“Səhiyyəmiz koma vəziyyətindədir...” - İrəvan qarışa bilər
Siyaset
Oxunub: 450
25 mar 2020 | 18:49
“Səhiyyəmiz koma vəziyyətindədir...” - İrəvan qarışa bilər


İşğalçı Ermənistanda blokda səbəbindən onsuz da ağır olan iqtisadi-sosial durum koronavirus pandemiyası ilə daha da ağırlaşıb, kasıb əhalinin güzəranı faktiki, kritik həddə gəlib çatıb. Bu fonda isə Nikol Paşinyanın inqilabçı hökumətindən narazılıq sürətlə artmaqdadır.

Son məlumata görə, cırtdan Ermənistanda 265 koronavirus xəstəsi var – bu, qonşu Azərbaycan və Gürcüstandan xeyli çoxdur. Koronavirus səbəbindən Ermənistanın bütün qonşularla, o cümlədən “nəfəslik” rolunda olan İranla sərhədi qapadılıb, kütləvi tədbirlər qadağan edilib, kafe və restoranlar, məktəblər bağlanıb. Ölkədə martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan olunub. Bütün bunlar düşmən ölkəni iqtisadi böhranla üz-üzə qoyub.

***

“Ermənistan iqtisadiyyatı uçuruma yuvarlana bilər”. Musavat.com xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” partiyasının sədri, oliqarx Qaqik Tsarukyan ölkədəki durumu və hökumətin pandemiya ilə bağlı atdığı addımları şərh edərkən deyib.

Onun sözlərinə görə, əgər Ermənistan rəhbərliyi ona qulaq asmasa, ölkə quyunun dibində olacaq. “Ağıllı tədbirlər görülməzsə, Ermənistan iqtisadiyyatı uçurumun qırağındadır və dağıla bilər. Onu bərpa eləmək çətin olacaq”, - deyə Tsarukyan qeyd edib.

Partiya sədri hesab edir ki, hökumət fövqəladə rejimdə fəaliyyəti dayanmış müəssisələrin işçilərinin əmək haqqını ödəmək öhdəliyi götürməlidir. “Bəs siz şirkətin əməkdaşlarına boş dayanmaya görə kompensasiya ayıracaqsızmı” sualına o, mənfi cavab verib: “Niyə mən ödəməliyəm ki? Dövlət qərar qəbul edib, fövqəladə vəziyyət elan edib, qoy o da xalqa ödəsin”.
Tsarukyanın fikrincə, vergi xidməti onsuz da iş adamlarının dərisini soyaraq büdcəni doldurmağa çalışır.

***
“Paşinyan milləti bolşevikcəsinə “özününkü”lərə və “yad”lara bölür. Milləti parçalanmağa doğru aparır”. Bu fikir isə panarmenian.com saytındakı baş məqalədə yer alıb.

Məqalədə ardınca deyilir: “Biz çox həyəcanlı bir dövrdə yaşayırıq. Bizim siyasətçilərimizin populizmi isə Ermənistan və “arsax” üçün ən dəhşətli sonuclara gətirə bilər. Xalq onlardan xüsusən də indiki qəliz dönəmdə quru vəd yox, real addımlar gözləyir. Əfsus ki, Paşinyan birliyə yox, parçalanmaya xidmət edir. Hər şey də buna doğru inkişaf edir. Biz artıq görürük ki, hakimiyyətin cinayətkarcasına hərəkətsizliyi ona gətirib ki, Ermənistanda koronavirusa yoluxanlar Azərbaycan və Gürcüstandan çoxdur. Bütün bunlar ondan xəbər verir ki, hökumətin addımları gecikmiş və populist xarakter daşıyıb və daşıyır. Və hakimiyyətin reallıqda bu təhdidə qarşı nə edəcəyini sadəcə, bilmir, bununla bağlı anlayışı yoxdur. Axı heç kim bilmir ki, fövqəladə vəziyyət daha nə qədər sürəcək. Ermənistan ondan asılı olmayan səbəblərdən tam izolyasiyaya düşüb. Sərhədlərimizin hamısı bağlıdır. Bəs vəziyyətin daha yarım il və ya 1 il sürəcəyi təqdirdə ehtiyatımız varmı? Artıq rubl dəyərdən düşməkdə davam edir və bu da mütləq bizim iqtisadiyyatda özünü göstərəcək. İxrac, büdcə gəlirləri azalır. Demək, dramın devalvasiyası tezliklə qaçılmaz olacaq”.

Məqalənin sonunda hökumətə konkret suallar ünvanlanıb: “Dram nə qədər müddətə və nə qədər çökəcək? Kişik və orta biznesə hansı təzminatlar olacaq? Pensiya və minimal əmək haqqının indeksasiyası nəzərdə tutulurmu? Yaranmış kritik vəziyyətdə ordu necə təmin ediləcək?”

***

Ermənistandakı İşəgötürənlər İttifaqının sədri Qaqik Makaryan isə Novostink-ə bildirib ki, koronovirus ölkədəki iqtisadi problemləri daha da qəlizləşdirib, nəinki onların yaranmasına səbəb olub. Musavat.com-un məlumatına görə, bu xüsusda o, hökumət səviyyəsində fövqəladə tədbirlərin görülmədiyini deyib. Onun qiymətləndirmıəsinə görə, koronavirus səhiyyə sahəsindəki problemləri üzə çıxarmaqla yanaşı, sosial-iqtisadi sferalarda yetərincə ağır problemlər üçün ilkin zəmin hazırlayıb.

“Bizim səhiyyəmiz yeni situasiyada özünün tam qabiliyyətsizliyini göstərdi”. Bu barədə Tevos Arşakyan özünün tənqidi məqaləsində yazır.

“Ermənistan regionda ən az əhaliyə malik olmasına rəğmən, məhz bizim ölkədə Covid-19-a yoluxma halı ən yüksəkdir. İnfeksiyanın yayılma anına kimi qonşu Gürcüstanda xarici turistlərin bizdən dəfələrlə çox olmasına baxmayaraq, orada koronovirusa yoluxanlar Ermənistandan xeyli azdır. Azərbaycanda isə Gürcüstandan da azdır”, - deyə müəllif qeyd edir.
Səbəbləri isə o, belə izah edir: “Bu, birincisi onu göstərir ki, Ermənistanın Səhiyyə Nazirliyi sadəcə, yuxuda olub və həddən ziyadə gec ayılıb. İkincisi isə bizim səhiyyəmizin pandemiyaya hazır olmadığı üzə çıxıb. Səhiyyəmiz hələ də özünə gəlməyib. Adamlar öz səhhətini sadəcə, bu səhiyyəyə etibar etmirlər. Hətta bizə düşmən olan Türkiyədəki həmvətənlərimiz Ermənistana qayıtmaq istəmədiklərini bildiriblər. Ölkənin səhiyyə sisteminə etimadsızılığın bundan qabarıq təzahürü ola bilırmi? Bizim səhiyyəmiz koma vəziyyətindədir”.

Bu arada gələn xəbərlərə görə, düşmən ölkədə tibbi maskaların və dezinfeksiya edici vasitələrin kəskin qıtlığı və bahalaşması müşahidə edilməkdədir. Paralel surətdə gündəlik tələbat mallarının qiymətində qalxma davam edir...
Musavat.com
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"