Deputat: “Xoş gələcəyimiz üçün bir olub, qaydalara riayət edib koronavirusa qalib gələk”
Siyaset
Oxunub: 348
5 apr 2020 | 12:40
Deputat: “Xoş gələcəyimiz üçün bir olub, qaydalara riayət edib koronavirusa qalib gələk”


“Bu gün qlobal bəlaya çevrilən koronavirus pandemiyasından qorunma]ın ən yaxşı yolu və müalicəsi özünütəcriddir. Yəni, insan özünü, ətrafını, yaxınlarını, əzizlərini bu bəladan qorumaq üçün mütləq digərləri ilə sıx təmaslardan maksimum dərəcədə qorumalı və bununla bağlı hökumət tərəfindən tətbiq edilən qaydalara ciddi əməl etməlidir”.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili İqbal Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanda koronavirus pandemiyasına qarşı effektiv mübarizəni təşkil etmək, eyni zamanda hər bir vətəndaşın bu infeksiyaya yoluxmaması üçün onların təhlükəsizliyinin, sağlamlığının ən yüksək səviyyədə təmin edilməsi istiqamətində ciddi tədbirlər planı hazırlayaraq həyata keçirməkdədir:

“Ölkə başçısı tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir ki, pandemiya Azərbaycanda geniş vüsət almasın və bunun qarşısı qısa zamanda alınsın. Bu məqsədlə ölkə başçısının tapşırığı ilə ölkəyə koronavirus infeksiyasını müəyyən edən test laboratoriyaları alınaraq gətirilib. Məhz bu laborator testlər vasitəsi ilə bu gün daha çox insanı yoxlamaq mümkün olub. Bundan əlavə olaraq xaricdən gələn vətəndaşlarımızın karantində saxlamaq üçün yetərincə xəstəxanalar ayrılıb. Ancaq onu da qeyd etmək yerinə düşər ki, bu işdə ölkə başçısının təşəbbüsünə yerli sahibkarlar və insanlarımız da yaxından dəstək verməkdədir. Bir sıra iş adamları öz turizm obyektlərini xaricdən gələn soydaşlarımızın karantin rejimində saxlanması üçün təqdim edib və vətəndaşlarımız həmin turizm obyektlərinin otellərində yerləşdirilib. Yəni, bu işdə Azərbaycan cəmiyyəti koronavirus pandemiyasına qarşı eyni nöqtəyə vurur. Hamı ölkə başçısının ətrafında sıx bilərşib”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda koronavirus pandemiyasna qarşı tədbirlər planı hazırlansa da, bu virusun yayılmasının qarşısnı almaq hələ də mümkün deyil:

“Bunun isə bir sıra obyektiv və subyektiv səsəbələri var. İlkin mərhələdə koronavirusa yoluxanlar ancaq xaricdən gələn vətəndaşlarımızda aşkar edildi. Sonra isə daxildə də bu yayılma halları qeydə alınmağa başladı. Obyektiv səbəb, epidemiyanın hava, su vasitəsi ilə keçməsidirsə, digər əsas səbəbi insanların bir-biri ilə təması ilə yoluxmasıdır. Çünki bu infeksiyaya yoluxma zamanı inkubasiya dövrü 14 gündən 28 günədək davam edir. Bu zaman infeksiyaya yoluxan insan COVİD-19 daşıyıcısı olaraq bilmədən digər insanlarla təmasda olur. Bax, bunu nəzərə alaraq ölkə rəhbərliyi Azərbaycanda karantin rejimi tətbiq edərək insanları #evdəqal sosial və özünütəcrid mexanizmini tətbiq etdi. Yəni, belə bir bəla ilə təkcə inzibati metodlarla mübarizə aparmaq yetərli deyil.

Bu işdə vətəndaşlar da aktiv olmalı və özlərinin vətəndaş məsuliyyətini dərk edərək qaydalara riayət etməlidir. Ancaq bəzi insanlarımız bu qaydalara riayət etmədi və nəticədə virus yayıldı. Ölkə başçısının dediyi kimi virusun yayılmasında səbəbkarlarından biri də məhz insanların məsuliyyətsiz davranışı oldu. Odur ki, hər birimiz Operativ Qərargahın tətbiq etdiyi təlimatlara və qaydalara ciddi riayət edəriksə, bəladan daha tez və az itki ilə çıxmış olarıq. Bir daha təkrar edirəm ki, ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə bütün zəruri addımlar atılır. Ancaq vətəndaşlar da özlərində məsuliyyət hiss edib, qaydalara riayət edib, özlərini bu çətin günlərdə cəmiyyətdən təcrid etməyi bacarmalıdır. Bunu təkcə insan öz sağlamlığı üçün yox, övladının, ən yaxın əzizinin, valideyninin, yaxınlarının sağlamlığı üçün etməlidir. Bu virusdan qorunmanın hələlik başqa yolu yoxdur. Çünki COVİD-19-un hələlik müalicə metodu tapılmayıb. Ona görə də insanlar deyilən qaydalara ciddi əməl etməlidirlər”.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti və Birini vitse-prezident tərəfindən ölkəmizdə koronavirusa qarşı həyata keçirilən mübarizə metodu dünyanın digər ölkələri, xüsusən də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təqdir olunur: “Hətta Azərbaycan təcrübəsi bir sıra digər ölkələrdə tətbiq olunmaqdadır”.
Deputatın sözlərinə görə, görülən tədbirlər nəticəsində koronavirus pandemiyası nəzarətdə saxlamaq mümkündür.

“Yaxın qonşularımıza və dünyanın ən inkişaf etmiş ölkələrinə nəzər salsaq görərik ki, vəziyyət həmin ölkələrdən qat-qat yaxşıdır. Dünyanın istər iqtisadi, istərsə də tibbi cəhətdən ən inkişaf etmiş ölkələri belə bu virusa qarşı mübarizədə ən aciz durma düşüblər. Heç nə edə bilmirlər. Həmin ölkələrdə gündə yüzlərlə insan koronavirus pandemiyasından dünyasını dəyişir. Bu gün MDB məkanında ən acınacaqlı durum Ermənistandadır. Bu ölkədə koronavirusa yoluxanların sayı 770-ə, ölənlərin sayı isə 7 nəfərə çatıb. Ölkədə fövqəladə vəziyyət elna olunsa da, koronavirus epidemiyasına qarşı effektiv mübarizə apara bilmir. Ermənistan rəhbərliyi vətəndaşının təhlükəsizliyini və sağlamlığını müdafiə edə bilmir. Onun taleyinə laqeyd yanaşır. Bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparıb, hər bir dünya insanının təhlükəsizliyini, sağlamlığını qorumaq istiqamətində səylərini birləşdirsə də, Ermənistan yenə də öz ampulasına uyğun hərəkət etməkdədir. Belə bir məqamda da Ermənistan təxribatçı və işğalçı siyasətini davam etdirməkdədir. Martın 31-də separatçı Dağlıq Qarabağda keçirilən “seçkilər” bunun bariz göstəricisidir. Bu bir daha göstərir ki, işğalçılıq siyasəti Ermənistan rəhbərliyi üçün vətəndaşının sağlamlığından daha üstündür.

Ermənistanda fərqli olaraq Azərbaycan dünyanın koronavirus pandemiyası ilə bağlı çağrışına adekvat reaksiya verərək, pandemiyaya qarşı mübarizədə öz töhfəsini verməkdədir. Azərbaycan rəhbərliyi təkcə ölkədə deyil, eyni zamanda qlobal miqyasda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparmaq üçün əlindən gələni etməkdədir. Bu məqsədlə ilk olaraq ÜST-ə 5 milyon dollar həcmində yardım edib. Azərbaycan praktikası dünyada tətbiq olunmaqdadır. Hər bir vətəndaşının təhlükəsizliyinin, sağlamlığının müdafiəsi üçün bütün zəruri addımları atır”.

Deputat son olaraq qeyd edib ki, gəlin bu bəlaya qarşı vətəndaş məsuliyyətimizi dərk etməklə hamımız deyilən qaydalara riayət edib, eyni nöqtəyə vurmaqla qısa zamanda koronavirus pandemiyasından birlikdə xilas olaq:

“Onun üçün də #evdəqal prinsiplərinə, qayda və təlimatlarına ciddi əməl edib, psixoloji ruh yüksəkliyini qoruyaraq özümüzü, yaxınlarımızı, övladlarımızı, valideynlərimiz, əzizlərimizi bu bəladan xilas etməliyik. Xoş gələcəyimiz təmin etmək üçün Operativ Qərargahın qəbul etdiyi qaydalara riayət edək. Bu işdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva cəmiyyətə nümunədir və biz də onlardan nümunə götürüb, vətəndaş olaraq üzərimizə düşən məsuliyyəti ölkə rəhbərliyi kimi layiqincə yerniə yetirək”.
Bu gün, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE