Qarabağda "seçki”: Paşinyana qarşı etirazları kim körükləyir? - GƏLİŞMƏ
Siyaset
Oxunub: 367
7 apr 2020 | 18:43
Qarabağda "seçki”: Paşinyana qarşı etirazları kim körükləyir? - GƏLİŞMƏ


Dağlıq Qarabağdakı işğalçı rejimin martın 31-də keçirdiyi qondarma prezident və parlament seçkilərinə etiraz edən ermənilər etiraza qalxıb.

200-dən çox erməni Xankəndi şəhərində toplaşaraq "seçki" saxtakarlığına etirazını bildirib.

Aksiya iştirakçıları qanunsuz "seçkilərin" nəticəsinin ləğv olunmasını, qondarma qurumun rəhbəri Bako Saakyanın, "polis rəisi" Levon Mnatsakanyan və "Təhlükəsizlik Şurasının katibi" Arşavir Qaramyanın istefasını tələb ediblər.

Narazı ermənilər "seçkilər"in mənasız olduğunu deyiblər. Onlar saxtakarlıq və qanunsuzluğun hökm sürməsindən şikayətləniblər.

Qeyd edək ki, uydurma seçkilərin nəticələrinə görə, özünü sabiq baş nazir kimi təqdim edən Araik Harutunyan 49,26 faiz, cinayətkar rejimin “xarici işlər naziri” Masis Mailyan isə 26,4 faiz səs toplayaraq birinci və ikinci yerləri bölüşüb. Lakin namizədlərdən heç biri 50 faizdən artıq səs toplaya bilnmədiyinə görə, aprelin 14-də “seçkilər”in ikinci turunu keçirmək qərara alınıb.

Lakin bir neçə gün sonra proses pozulub və namizədlər arasında qarşıdurma yaranıb. Dağlıq Qarabağda yaşayan ermənilərə müraciət edən Masis Mailyan seçkilərin ikinci turunu boykot etməyə çağırıb. O, bəyan edib ki, “hakimiyyət” onun seçki qərargahının və digər namizədlərin seçkini təxirə salmaq çağırışlarına qulaq asmayıb və indi əhalini ikinci turda səsvermə məntəqələrinə getməməyə səsləyir. Mailyan bu mövqeyini Dağlıq Qarabağda koronavirus pandemiyasının yayılması təhlükəsi ilə əsaslandırıb.
Hələ martın 26-da M.Mailyan mövcud riskləri nəzərə alaraq seçkiləri təxirə salmağa çağırış etmişdi. Bir neçə namizəd bu təşəbbüsü dəstəkləsə də, Bako Saakyan rejimi seçkilərin başqa vaxta keçirilməsi təklifinə məhəl qoymayıb və səsverməni nəyin bahasına olursa olsun təşkil etməyi qərara alıb.

Təbii ki, M.Mailyanın bəyanatı ilk növbədə, Dağlıq Qarabağda koronavirusun olmaması barədə iddiaların yalan olduğunu aşkara çıxarır. Ancaq bunlar məsələnin formal tərəfidir və boykot çağırışının arxasında siyasi məqamların dayandığı şübhə doğurmur. Bu baxımdan, səsvemənin nəticələrinə etiraz aksiyasının da məhz M.Mailyan və onu dəstəkləyən dairələr tərəfindən təşkil edildiyini söyləmək olar. Mailyana dəstək verən cinayətkar rejimin sabiq “müdafiə naziri” Samvel Babayan da seçkilərin saxtalaşdırıldığını bildirir. Hətta martın 31-də axşam saatlarında Araik Harutunyan öz qələbəsini elan etmək istəyib və bu məqsədlə atəşfəşanlıq da təşkil olunub. Lakin bunun ciddi narazılıqla qarşılanacağını anlayan qondarma rejimin rəhbərliyi Harutunyanın qələbəsi üçün 0,8 faiz səs çatmadığını elan edərək aprelin 14-də seçkilərin ikinci turunu keçirməyi qərara alıb. “Seçkilər”in nəticələrinə münasibət Dağlıq Qarabağda müxtəlif siyasi qüvvələrin maraqlarının toqquşmasına səbəb olub. Əlbəttə ki, söhbət Qarabağ klanı ilə Ermənistan hökuməti arasındakı rəqabətdən gedir.

Martın 31-də keçirilmiş seçkilər hər iki klan arasındakı rəqabətin pik nöqtəsi hesab olunurdu. 2018-ci ildə hakimiyyətə gəldikdən sonra N.Paşinyan Ermənistanda Qarabağ klanını siyasi cəhətdən küncə sıxışdıra bilsə də tam sıradan çıxara bilmədi. Klanın lideri hesab olunan Röbert Köçəryanın, sabiq müdafiə naziri Seyran Ohanyanın həbsi, eks-prezident Serj Sarkisyana və qohumlarına cinayət işinin açılması onların Dağlıq Qarabağdakı mövqelərinin zəiflədilməsinə hesablanmışdı. Paşinyanın əsas məqsədi isə “seçkilər”də Dağlıq Qarabağda özünə yaxın olan adamı rəhbərliyə gətirməklə rəqib siyasi qüvvənin maliyyə, hərbi və digər resurslarına nəzarəti ələ keçirmək idi. Martın 31-də keçirilmiş “seçkilər” Paşinyanın buna demək olar ki, nail olduğunu deməyə əsas verir. Çünki ikinci tura keçən hər iki namizəd Ermənistanın baş nazirinə yaxınlığı ilə tanınır. Hətta N.Paşinyan “səsvermə”nin nəticələri açıqlanmamış Araik Harutunyanın qələbəsini elan etməıyə cəhd göstərib. Bununla da o, “seçki” ssenarisinin özü tərəfindən yazıldığını təsdiq edib.

“Qeyd edək ki, prezident seçkilərini ilk turda başa vurmaq üçün prezidentliyə namizəd Araik Harutyunyana ilkin məlumatlara görə, cəmi bir neçə yüz səs çatmayıb. Hesab edirəm ki, bu fakt olduqca inandırıcıdır. Parlament seçkilərində iştirak edən qüvvələrin sayı da kifayət qədər aydındır, birinci və ikinci yerləri hakimiyyət deyil, müxalifət qüvvələri tutub”-Paşinyan belə deyib.

Göründüyü kimi, seçkilərin nəticələri Paşinyanı qane edir. O, özünə yaxın olan Araik Harutunyanı qondarma rejimin başına gətirmək imkanı qazanıb. Artıq uydurma parlamentdə də A.Harutunyanın rəhbərlik etdiyi “Azad vətən” təşkilatı üstünlük qazanıb. Ona görə də ikinci turda Harutunyanın qalib gələcəyi şübhə doğurmur. Ermənistanın “Hraparak” qəzetinin yazdığına görə, həm Harutunyan, həm də Mailyan İrəvana gələrək Paşinyanla gizli görüş keçirib. Harutunyan İrəvana gəldiyini təsdiq etsə də Paşinyanla görüşmədiyini deyib. Lakin separatçıların nümayəndəsinin “seçkilər”dən dərhal sonra İrəvana səfər etməsi bu addımın siyasi məqsədlə atıldığına şübhə yeri qoymur. Bu baxımdan, Harutunyanın Paşinyanla və ya Ermənistan hökumətinin digər rəsmisi ilə görüşməsindən asılı olmayaraq, nəticə seçki planının İrəvandan idarə olunduğunu üzə çıxarır.

Eyni zamanda, Mailyanın da Paşinyanla görüşməsinə dair məlumatlar qeyd edilən arqumenti daha da gücləndirir. Sadəcə olaraq, Masis Mailyanın telefon zənglərinə cavab verməməsi həmin xəbəri aydınlaşdırmağa mane olub.

Bütün bunlar isə Dağlıq Qarabağdakı “seçki” saxtakarlığının İrəvanda hazırlandığını sübuta yetirir. Lakin hakimiyyəti təhvil vermək məcburiyyətində qalan Qarabağ klanının işğal altındakı bölgələrdə təsir imkanlarının güclü olması saxtalaşdırma ssenarisini total şəkildə həyata keçirməyə əngəl yaradlb. Ümumilikdə isə bu gün Xankəndidə baş verənlər əsasən Paşinyana yaxın olmaq uğrunda mübarizəni əks etdirir. Əgər Köçəryanın və ya Sarkisyanın prezidentliyi dönəmində Dağlıq Qarabağda xuntanın başına gəlmək üçün Qarabağ klanın rəhbərlik edən şəxsin dəstəyini almaq lazım gəlirdisə, artıq status-kvo tamamilə dəyişib. İndi Harutunyan və Mailyan arasında gedən rəqabət Paşinyanın etimadını qazanmaq, yaxud ən azı yeni situasiyada əvvəlki mövqeyini saxlamaq uğrunda gedir.

Hələ ötən il Paşinyanın “seçkilər”də M.Mailyanın namizədlyini dəstəklədiyinə dair məlumatlar da yayılmışdı. 2019-cu ilin oktyabr ayında Ermənistanın “Johovurd” qəzeti Paşinyanın “Soros Fondu”nun Dağlıq Qarabağdakı nümayəndəsi M.Mailyanı hakimiyyətə gətirmək istədiyini yazırdı. Həmin vaxtlarda Paşinyanla Harutunyanın münasibətlərində soyuqluq yaşanırdı. Görünür, tərəflərin sonradan maraqlarını uzlaşdıra bilməsi Paşinyanın Harutunyana dəstək verməsi və Mailyanın oyundan kənar qalması ilə nəticələnib.

Erməni politoloq Robert Hevondyan isə hesab edir ki, “seçkilər”in ikinci turunun keçirilməyəcəyini söyləmək olmaz. Sadəcə olaraq, səsvermənin vaxtı qarşılıqlı razılaşma əsasında dəyişdirilə bilər. Birinci turda 14 faiz səslə üçüncü yeri tutan Vitali Balasanyanın tərəfdarları növbəti mərhələdə öz səslərini Masis Mailyana verə bilər.

Bu isə deməyə əsas verir ki, Mailyanın kornavirusu bəhanə edərək müqaviməti davam etdirməsi yeni tərəfdarlar toplamaq üçün əlavə vaxt qazanmağa hesablanıb.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO