11-09-2015, 12:38 Oxunub: 830

UNEC-ə maraq artıb

UNEC-ə maraq artıb


























Sentyabrın 11-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov ali təhsil ocağına 600-dən yuxarı bal toplayaraq qəbul olunan tələbələrlə görüşüb

UNEC-in rektoru Ədalət Muradov tələbə adını qazanan gəncləri təbrik edib. İqtisad Universitetini seçdikləri üçün tələbələrə təşəkkür edən rektor, UNEC haqqında ətraflı məlumat verib, ali təhsil ocağının beynəlxalq əlaqələrindən söz açıb. UNEC-də ən müasir texnalogiyaların tətbiq edildiyini vurğulayan rektor əlavə edib ki, yeni tədris ilindən ölkədə ilk dəfə olaraq İqtisad Universitetində təhsil prosesinin tam elektronlaşdırılması prosesinə start verilib.

UNEC-ə 600-dən yüksək bal toplayaraq qəbul olunan tələbələrin sayı 103 nəfərdir. Bu rəqəm ötən il 93, ondan öncəki il isə 49 olub. Bu dinamika bizi çox sevindirir deyən rektor əlavə edib ki, 600-dən yuxarı bal toplayan hər bir tələbəyə bir semestr boyunca universitet hesabına 100 manat məbləğində əlavə təqaüd veriləcək. Bundan başqa, imtahan sessiyasında fakültə fərqi olmadan hər kurs üzrə ən yüksək nəticə göstərən 15 tələbəyə əlaçı təqaüdü veriləcək. Bunlar ödənişli, əyani və ya qiyabi təhsil alan tələbələr də ola bilər.

UNEC-ə yüksək bal toplayan tələbələrin əksəriyyəti (51 tələbə) UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbul olunub. Yeni yaranan bu məktəbdə interaktiv metodlarla təşkil olunan tədris bütövlükdə ingilis dilində aparılır və dünya iqtisadiyyatı, maliyyə, mühasibat uçotu, iqtisadiyyat və biznes inzibatçılığı ixtisasları üzrə bakalavr təhsili, dünya iqtisadiyyatı və maliyyə ixtisaslarında isə magistr təhsili təşkil olunur. Dərsləri UNEC-in və dünyanın aparıcı universitetlərinin müəllimləri keçir.

Yüksək bal toplayan tələbələrin 36 nəfəri isə Maliyyə fakültəsində təhsil alacaqlar.

Ə.Muradov tələbələri sentyabrın 14-də təşkil olunacaq “Oriyentasiya günü”nə dəvət edib. Bildirib ki, UNEC-də ilk dəfə təşkil olunacaq “Oriyentasiya günü”ndə məqsəd yeni qəbul olunan tələbələri universitet həyatı ilə tanış etmək və əyləncəli, pozitiv gün yaşatmaqdır. Tədbir UNEC-in əsas tədris binasında təşkil olunacaq və saat 09:00-dan 18:00-dək davam edəcək.

Görüşün sonunda tələbə və valideynləri maraqlandıran suallar cavablandırılıb, tələbələrə tələbə biletləri təqdim edilib.

Qeyd: Əziz həmkarlar! Azərbaycan Dövlət Universiteti Elmi Şurasının 29 iyun 2015-ci il tarixli iclasının qərarına əsasən universitetin mövcud abbreviaturası dəyişdirilərək Azərbaycan, rus və ingilis dillərində UNEC (University of Economy) kimi müəyyən edilib. Bununla əlaqadar xəbərlərinizdə ADİU yox, UNEC abbreviaturasından istifadə etməyinizi xahiş edirik. Əməkdaşlıq üçün təşəkkür edirik!

11 sentyabr 2015
Təfəkkür Universitetinə köçürülən tələbələrə hədə-qorxu gəlirlər Təfəkkür Universitetinə köçürülən tələbələrə hədə-qorxu gəlirlər Sosial İqtisad universitetində qalmaqal İqtisad universitetində qalmaqal Siyaset Müəllimlərin maaşı ilə bağlı - YENİ QAYDA + VİDEO Müəllimlərin maaşı ilə bağlı - YENİ QAYDA + VİDEO Sosial ADİU ilə Fransa universitetləri arasında memorandum imzalanıb ADİU ilə Fransa universitetləri arasında memorandum imzalanıb Sosial Sumqayıt Dövlət Universitetinin divarlarında belə rüşvət hənirtisi var Sumqayıt Dövlət Universitetinin divarlarında belə rüşvət hənirtisi var Gundem