Camalovlar soyadı Azərbaycanda kifayət məşhurdur
Siyaset / Bolge
Oxunub: 1 503
14 sen 2015 | 17:12
Camalovlar soyadı Azərbaycanda kifayət məşhurdur


Şirvan rayonu Camalov qardaşlarına qurban verilib- ŞOK DOSYE











Camalovlar soyadı Azərbaycanda kifayət məşhurdur. Bu soyadı daşıyan qardaşlardan biri Yavər Camalov müdafiə sənayesi naziri, digəri Mərdan Camalov isə Şirvan rayon icra hakimiyyətinin başçısıdır.

İkincinin bu posta təyinat almasında nazir qardaşının həlledici rola malik olması isə danılmaz reallıqdır. Camalov qardaşları vəzifədə olduqları uzun illər ərzində özləri və yaxın ətrafları üçün kifayət qədər parıltılı və geniş şəbəkəli biznes strukturları yarada biliblər. Bir vaxtlar Camalovlar soyadı Azərbaycanın oliqarx elitasında tanınmırdısa, bu gün üçün bunu demək mümkünsüzdür. Fakt ondan ibarətdir ki, hazırda Camalovlar ölkə oliqarxiyasını təşkil edən mühüm faktorlardan birinə çevrilib.

Qardaşların nəyi var, nəyi yox?

Təbii ki, ölkədə açıq və şəffaf biznes mühitinin olmaması üzündən suala tam cavab vermək imkanlarımız xaricindədir. Hər halda bu gün filan obyektin faktiki olaraq filankəsə məxsusluğu 100 faiz bəlli olsa da bunu isbatlamaq o qədər də asan deyil. Bununla belə, Savash.org kifayət qədər ciddi əsaslara söykənərək Camalov qardaşlarının malik olduqları biznes səltənətinin bir qismini oxucularına təqdim edir.

Müdafiə sənayesi naziri Yavər Camalov yuxarıda da qeyd etdiyimiz kimi son illər özünə böyük biznes imperiyası qurmağa nail olub. Onun paytaxtın «İnqilab» küçəsində böyük ticarət və xidmət obyektləri var. «Aksessuar İnşaat», «Çinar market» şəbəkəsi də nazirə məxsusdur. Bundan əlavə «Kral» şadlıq evi, Səməd Vurğun küçəsindəki «Olimpik Star» idman kompleksi, «Ambassador» hoteli və restoranı, «Qızıltac» və «Niaqara» restoranları da Yavər Camalovun biznes səltənətinin tərkib hissəsinə daxildir. Onun Bakının «Milyonçular məhəlləsi» adlanan ərazidəki villasının bəlkə də 10 milyon manat qiyməti var.

Bu arada xüsusi qeyd edilməlidir ki, Yavər Camalov qardaşlarını da müxtəlif vəzifələrə yerləşdirməyi bacarıb ki, bu da ona əlavə üstünlüklər və manevr imkanları yaradır. Nazirin qardaşlarından biri Mərdan Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısıdır, digər qardaşı Əlikram Camalov isə «Hacı Camalxan» Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.

Mərdan Camalovu tanımağa çalışaq...

Hər şeydən öncə qeyd olunmalıdır ki, Mərdan Camalov artıq 10 ildir, Şirvan Rayon İcra Hakimiyyətinə başçısı vəzifəsində çalışır. Belə ki, o Şirvan şəhərinə 2005-ci il 18 aprel tarixdə başçı göndərilib.

Mərdan Camalov 27 may 1956-cı ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya, 1983-1988-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat İnstitutunun iqtisadiyyat fakultəsini bitirmib. M.Camalov əmək fəaliyyətinə 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim kimi başlasa da sonradan pedoqoji fəaliyyətdən uzaqlaşıb. 1981-1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis vəzifələrində çalışan Mərdan Camalov sonrakı illərdə də nəzərə çarpan vəzifə sahibi olmayıb.

Belə ki, 1989-1993-cü illərdə Azərittifaqın Əli Bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993-1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995-1996-cı ildə “Azəriqaz” Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996-2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi vəzifəsində işləmişdir. Onun “ulduzu” isə məhz 2005-ci ildən parlamağa başlayıb. Belə ki, həmin ildə o Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əli Bayramlı (Şirvan) şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilb.

Həm başçı, həm biznesmen...

Artıq 10 ildir ki, Müdafiə və Sənaye naziri Yavər Camalovun qardaşı Mərdan Camalov Şirvan rayonuna rəhbərlik edir. Mərdan Camalov Şirvan şəhərinin sanki padşahıdır. Nə istəyir edir, hansı sahədəki biznesi deyirsən nəzarətindədir. Səsini çıxaran da elə günə salınır ki, bir də söz deməyi ağlına belə gətirmir. Bir sözlə, Mərdan Camalov özünü Şirvan şəhərinin həm prezidenti, həm də biznesmeni sayır.

Ümumiyyətlə, regionların sosial inkişafı proqramı çərçivəsində Şirvan şəhərinin abadlaşdırılması üçün küllü miqdarda vəsait ayrılıb. Həmin vəsaitlə məktəb binası, parklar, zavod və fabriklərin salınması nəzərdə tutulmuşdu. Amma Mərdan Camalov vəsaitin sox hissəsini həzmirabedən keçirərək, gözdən pərdə asmaq üçün bir-iki park saldı ki, guya nəsə iş görülüb. Əslində isə... Əslində, şəhərdə vəziyyət heç də ürəkaçan deyil. Mərdan Camalovun başı biznes fəaliyyətinə elə qarışıb ki, daşımalı olduğu vəzifəni belə unudub.

M.Camalov Şirvan şəhərinin ilk olaraq torpaqlarını dədə malı kimi kateqoriyalara bölərək əvvəlcə hektarlarını 100 min manatlara, sonra isə torpağın hər kvadrat metrini 100-150-200 manata satıb. Hazırda Şirvanda hər kəs bilir ki, torpağın kvadrat metrini M.Camalov şəxsən satır. Bundan başqa M.Camalov ötən 10 il ərzində Şirvan şəhərində kifayət qədər torpaq sahəsi, iaşə obyektləri ələ keçirməyi bacarıb.

Bütün Şirvan sakinlərinin gözü qarşısında M.Camalov Heydər Əliyevə dırnaq arası sayğısı olduğundan adına olan meydanda yerləşən Şahmat məktəbini bölərək Samir adlı oğluna verib. Hazırda telefon mağazası kimi fəaliyyətdədir. Bundan başqa Heydər Əliyev adına istirahət parkında dəbdəbəli çayxanası, uşaq əyləncə qurğuları, yayda su, dondurma, qarğıdalı köşkləri fəaliyyət göstərir.

Həmin kompleks obyektdən gələn vəsait bilavasitə M.Camalova çatır. Həmin obyekt əvvəllər M.Camalova yaxın adamlarından olan Statistika İdarəsinin rəisi Məharət adlı şəxsin adına rəsimləşmişdir. Qalmaqallı "Muray MMC” şirkəti tərəfindən Şirvanda Heydər Əliyev adına mərkəz tikiləndən sonra M.Camalov əvvəlki yaşayış binasının altında olan Heydər Əliyev adına muzeyi də yaxın qohumlarına bağışladı.

Rayondakı "Leyla” şadlıq sarayının, “Şirvan” Ticarət Mərkəzinin də əsl sahibi məhz Mərdan Camalovdur. İcra başçısının bir özəlliyi isə ondan ibarətdir ki, o pərdəli, şəxsi avtomabilində, həm də DYP-nin müşayəti ilə işə, evə gedib gəlir.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb