Rusiya Qarabağdan istifadə edib Paşinyana qarşı bunt qaldırmağa çalışır? - GƏLİŞMƏ
Siyaset
Oxunub: 314
25 apr 2020 | 17:20
Rusiya Qarabağdan istifadə edib Paşinyana qarşı bunt qaldırmağa çalışır? - GƏLİŞMƏ


Rusiya xarici işlər naziri Sergey Lavrovun bu günlərdə Qarabağa dair verdiyi bəyanat Ermənistanda baş nazir Nikol Paşinyana qarşı yeni hücumlar başladıb. İndi Paşinyanın opponentləri yenidən Qarabağ kartından istifadə etməklə onu sıxışdırmağa çalışırlar və yalançılıqda, riyakarlıqda və “xalqdan gizli olaraq” torpaqları Azərbaycana qaytarmaq planlarını müzakirə etməkdə günahlandırırlar.

Xatırladaq ki, Lavrov Qarabağa dair mərhələli həll planının müzakirə olunduğunu deyib. Həmin plana əsasən Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalı, kommunikasiyalar açılmalıdır.

Əslində Lavrovun bəyanatında heç bir sensasiya və yenilik yox idi. Çünki danışıqların bütün mərhələlərində ətraf rayonların azad edilməsi prinsipinin yer aldığı həll variantları müzakirə olunub, sadəcə Dağlıq Qarabağın yekun statusunun daha sonra, referendumla müəyyən edilməsi prinsipinə görə belə həll variantları “mərhələli” adlanır. Lakin Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan dərhal panikaya düşərək heç bir mərhələli həll variantı müzakirə etmədiklərini deyib.

Virtualaz.org xəbər verir ki, erməni siyasi şərhçi Armen Baqdasaryan “A1+” kanalına müsahibəsində mərhələli, yaxud paket həll variantı barədə danışarkən iki ayrı sənədin olduğunu düşünmək yanlışdır. Çünki əslində paket variant da münaqişənin mərhələli həllini nəzərdə tutur. “Axı biz başa düşürük ki, bir günün içində nə qaçqınlar qayıda bilər, nə kommunikasiyalar açılar. Sadəcə olaarq bütün bu məsələlər paket halında razılaşdırılmalıdır, həyata keçirilməsi isə mərhələli şəkildə baş verməlidir”,-o bildirir.

Baqdasaryan deyib ki, bütün keçmiş haimiyyətlər də danışıqları bu prinsiplə aparıblar. Ona görə də indi Ermənistan hakimiyyətini mərhələli həll planı üzrə danışıqlar aparmağa görə qınamağın Qarabağ münaqişəsinə heç bir aidiyyatı yoxdur. Bu, Ermənistandakı daxili siyasi situasiya ilə bağlıdır.

“Ermənistanda situasiya kifayət qədər gərgindir, koronavirus epidemiyası ilə bağlı və ondan irəli gələn sosial-iqtisadi problemlər də bir tərəfdən. Müxalifət isə baş qaldırıb və mənim fikrimcə Rusiya da onu dəstəkləyir. Problem təkcə Lavrovun bəyanatında deyil. Problem odur ki, məsələn, birdən Rusiya hakimiyyəti deyir ki, əgər pul ödənməsə Ermənistanın qazı və elektriki kəsiləcək. Bu, açıq-aşkar bir zəncirin həlqələridir. Ermənistanda həm Qarabağ məsələsindən, həm sosial narazılıqdan istifadə edib etiraz dalğası başlatmaq istəyirlər”,-Baqdasaryan deyib.

Ekspert yaxın vaxtlarda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, paşinyanla münaqişədən sonra istefa verən Artur Vanetsyanın da fəallaşacağını deyib. “Əminəm ki, yaxın vaxtlarda bu zərbələrə daha biri əlavə olunacaq. Vanetsyan fəallaşır və o nəsə açıqlayacaq. Deməli hakimiyyətə qarşı eyni vaxtda bir neçə istiqamətdən güclü zərbələr gələcək, bu zərbələrin uğur şansı böyükdür. Ermənistan hakimiyyətinə qarşı total hücum var, o cümlədən xarici oyunçular tərəfindən”,-Baqdasaryan əlavə edib.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?