Kreml “qara siyahı” hazırlayıb: İrəvana qarşı “B ssenarisi” - GƏLİŞMƏ
Siyaset
Oxunub: 385
1 may 2020 | 18:17
Kreml “qara siyahı” hazırlayıb: İrəvana qarşı “B ssenarisi” - GƏLİŞMƏ


Pandemiya Rusiya-Ermənistan münasibətlərini yeni və daha ciddi sınağa çəkib. Özü də ən çox rəsmi İrəvanın ziyanına. Doğrudur, işğalçı ölkə Rusiyanın forpostu olaraq qalır. Lakin region hakimiyyətləri arasında hazırda ən qəliz durumda olan düşmən ölkə iqtidarının daxili və xarici siyasəti koronavirus pandemiyası dövründə belə, Moskvanı qıcıqlandırmaqda davam edir. Kremlin “məxməri” baş nazir Nikol Paşinyana qəzəbi soyumaq əvəzinə, deyəsən, güclənir. Bu da növbəti fakt.

“Rusiya hakimiyyəti Ermənistanın bir sıra yüksək çinli xadiminə qarşı sanksiyalar tətbiq etmək qərarı verib. Sanksiyalar ilk növbədə siyasi xarakterli məhkəmə proseslərində iştirak edən hakimlərə şamil ediləcək”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə erməni mediası yazıb.

Bildirilir ki, hüquq-mühafizə orqanları maliyyə axını Rusiya ilə bağlı hakimləri nəzarətə götürəcək. “Tamamilə mümkündür ki, onların maliyyə köçürmələri bloklanacaq, mülklərinə isə həbs qoyulacaq, habelə Rusiyaya girişləri qadağan olunacaq”, - deyə erməni qaynağı qeyd edib.

Məlumatlara görə, “qara siyahı”ya hüquq-mühafizə sistemi rəhbərlərinin də adları daxil ediləcək. O sırada baş prokuror Artur Davtyanın və Təhqiqat Komitəsinin başçısı Ayk Qriqoryanın adı çəkilir. “İstisna deyil ki, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Eduard Martirosyan da ”siyahı"nı bəzəyəcək. Ancaq onunla bağlı informasiya hələlik öz təsdiqini tapmayıb. Habelə Ermənistanın Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryanln adı hallanır. Bundan əlavə, “qara siyahı”dakı şəxslərlə əlaqəli şirkətlər və fiziki şəxslərin də ciddi problemləri yarana bilər. Bu xüsusda baş prokuror Artur Davtyan xüsusilə dişəbatan görünür, çünki onun qardaşının Rusiyada böyük biznesi var".

*****

Qeyd edək ki, adı çəkilənlər baş nazir Nikol Paşinyanın komandasının kadrları və ya ona sadiq adamlar sayılırlar. Bu mənada Rusiyanın həqiqətən belə bir “qara siyahısı” varsa, bu, ilk növbədə Paşinyana özünəməxsus mesaj hesab oluna bilər - Ermənistan rəhbərindən Moskvanın narazı olması haqda mesaj.

Bu narazılıq təzə deyil. Məlumdur ki, Ermənistanda iki il öncə yaşanmış, Rusiyanın əsla xoşlanmadığı “məxməri inqilab”dan sonra “qərbyönlü” Nikol Paşinyanla Putinin “ulduzları” hələ də barışmayıb. Vəziyyəti qəlizləşdirən həm də Paşinyanın Ermənistanın sabiq prezident, Putinin dostu Robert Köçəryanı bu günədək həbsdə saxlamasıdır. Moskvadan bir neçə dəfə İrəvana diplomatik kanallarla “burax” göstərişi gəlsə də, erməni baş nazir hər dəfə Putinin xahişini yerə salıb. Ötən ilin oktyabrında isə bir neçə saatlıq İrəvanda olan Kreml başçısı Rusiya səfirliyində nümayişkaranə şəkildə Köçəryanın arvadı ilə görüşmüşdü.

Bu mənada Moskvanın “qara siyahısı”nda ilk növbədə “siyasi xarakterli məhkəmə proseslərində iştirak edən hakimlər”in yer alması diqqət çəkməyə bilməz. Hərçənd Rusiyanın özü də demokratik və şəffaf idarəçiliyə malik, müstəqil məhkəmələri və hakimləri olan dövlət deyil. Rusiyada Kremlin göstərişi ilə həyata keçirilən siyasi təqiblər və siyasi sifarişli məhkəmə proseslərinə və hökmlərinə dair onlarla nümunə gətirmək olar.

Siyahının indi - koronavirus pandemiyası dövrünə, işğalçı ölkənin Rusiyadan daha güclü asılılığa düşdüyü dönəmə təsadüf eləməsi də diqqət çəkməyə bilməz. Yeri gəlmişkən, Paşinyan hökuməti pandemiyanın ölkə iqtisadiyyatına və əhalinin güzəranına vurduğu ağır zərbələri yumşaltmaq üçün neçə vaxtdır təbii qazın qiymətini aşağı salmaq üçün Rusiya tərəfini razı salmağa çalışır. Lakin nəticə yoxdur. “Qazprom”dan açıq bildirilib ki, endirim gözlənilmir (hazırda qiymət min kub metr üçün 165 dollardır).

*****

Bu arada düşmən ölkədə Paşinyan hökumətinə qarşı narazılıq dalğası güclənməkdədir. Artıq ac-yalavac əhali kiçik qruplar şəklində olsa da, hökumət binası qarşısında etirazlar keçirməyə başlayıb. Bu isə Rusiyanı sevindirməyə bilməz. Çünki “qərbyönlü Paşinyanın reytinqi düşdükcə, Kremlin ”B ssenarisi"nın reallaşma şansı artır.

Moskvaya sadiq kadrlardan biri də Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, Nikol Paşinyanla konfliktdə olduğu üçün vəzifədən istefa verən general Artur Vanetsyandır. Bir ara onun Robert Köçəryanın oğlu Sedrak Köçəryanla birgə indiki hakimiyyətə qarşı müxalif partiya yaratmağa hazırlaşması barədə məlumatlar da yayılmışdı. Dünən isə Vanetsyan iddia edib ki, Paşinyan bir müddət öncə hüquq-mühafizə orqanları ilə görüş keçirib və görüş zamanı ona qarşı “istənilən bəhanə ilə cinayət işi qaldırılmasını” tələb edib.

Bu yandan isə koronavirus pandemiyası Paşinyanın barmaqla sayılacaq uğurlarını da sıfırlamaqdadır. Bir sözlə, “məxməri” baş nazirin başı iqtidar olduğu iki ildə heç vaxt olmadığı qədər dərddədir...

“Ermənistandakı hazırkı hökumət hakimiyyətdə qalmağa davam edərsə, həm özünü, həm də Ermənistanı məhv edəcək. Bu, bütövlükdə Ermənistanın dövlətçiliyinə təhdiddir. Buna görə Paşinyan və onun komandasının hakimiyyətdən getməsi respublikanın siyasi qüvvələrinin gündəmində olmalıdır”.

Bu barədə məlumatı isə Aysor.am saytı yayıb (Axar.az). Məqalədə bildirilib ki, Ermənistanda iki il ərzində Paşinyanın ailəsinin və bir qrup dövlət məmurunun rifahının yaxşılaşması istisna olmaqla, ölkənin bütün sahələrində uğursuzluqlar qeydə alınıb.

“Uğursuzluqlar hər yerdədir: iqtisadiyyatdan tutmuş xarici siyasətə, Dağlıq Qarabağ münaqişəsinin həllindən tutmuş koronavirusla mübarizəyə qədər. Xarici siyasətdəki uğursuzluqlar Rusiya yönündə daha çox gözə çarpır - Sergey Lavrovun verdiyi açıqlamalar, Ermənistan liderinin Ağ Evə girməsinə belə icazə verilmədiyi məqam və Nikolun səfərlərinin, ümumiyyətlə, turist ziyarətlərinə bənzəməsi, orta vəzifəli şəxslərlə görüşü bunları təsdiqləyir. Qarabağ məsələsi barədə danışmağa isə ehtiyac qalmır, çünki danışıqlar masasında sənədin olması səbəbindən Paşinyanın böyük yalanı üzə çıxdı”, - deyə məqalədə qeyd edilib.

Qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, pandemiya dövründə reytinqi daha sürətlə düşən Ermənistan hökumətinin Rusiyadan “xilas kəməri” alması, ümumiyyətlə, mümkün olmaya, Paşinyan pandemiyadan, sadəcə, çıxmaya bilər...
“Yeni Müsavat”
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?