Rusiya Azərbaycanlılarının I Forumunun keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin iclası keçirilib
Siyaset / Dunya
Oxunub: 1 288
20 sen 2015 | 05:34
Rusiya Azərbaycanlılarının I Forumunun keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin iclası keçirilib
















Rusiyada iki güclü diasporumuz birləşdi, Abbas Abbasovun yerinə təyinat oldu - FOTOLAR

Rusiya regionlarında fəaliyyət göstərən azərbaycanlıların federal milli-mədəni muxtariyyətlərinin rəhbərləri və Ümumrusiya Azərbaycan Konqresinin regional bölmələrinin rəhbərləri iştirak ediblər. "Azərros” FMMM-in iclasda Kostroma, Nijni Novqorod və Moskva bölmələrindən başqa bütün regional rəhbərləri təmsil olunub. Təşkilatın adından "Azərros”un Ağsaqqallar Şurasının sədri Sərdar Abdullayev çıxış edərək, "Azərros”un tarixində yeni səhifənin açılışını təklif edib.

Rusiyanın regionlarında fəaliyyət göstərən ÜAK və federal milli-mədəni muxtariyyətlərinin diaspor rəhbərləri tərəfindən iclasın nəticəsi olaraq iki təşkilatın birləşməsi barədə deklarasiya qəbul olunub. Lakin ÜAK-ın adı və tarixi ümummilli lider Heydər Əliyev ilə bağlı olduğuna görə birləşmə prosesində ÜAK-a prioritet veriləcəyi bildirilib. Deklarasiyanın ikinci bəndinə əsasən təşkilatların aparatlarının qarşılıqlı inteqrasiyası üçün Foruma qədər hər iki təşkilatın bir binada – Rusiya Azərbaycan İcması Evində yerləşməsi qərarı verilib. Həmçinin təşkilatların saytlarının birləşməsi də qərara alınıb. Birləşmə prosesi Foruma qədər iclasda seçilmiş 4 nəfərdən ibarət işçi qrup və səriştəli hüquqşünaslar tərəfindən hazırlanacaq. Bu işin nəticələri isə Təşkilat Komitəsinin növbəti iclasında açıqlanacaq.

İclasda həmçinin "Azərros”un Ağsaqqallar Şurasının sədri Sərdar Abdullayev Azərbaycan regional diaspor rəhbərlərinin təklifi ilə ümumi Azərbaycan diasporu "Ağsaqqallar Şurasının” sədri təyin olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov bu addımın Azərbaycan diaspor tarixində mühüm olduğunu vurğulayaraq Rusiya-Azərbaycan münasibətlərinin rifahına qulluq edəcəyini bildirib.

Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev isə çıxışında bu addımın Azərbaycan diasporunda mövcud olan vəziyyət ilə əlaqədar olduğunu bildirərək bunun diasporun həyatında əhəmiyyətini xüsusi vurğulayıb.

İclasda bütün diaspor rəhbərlərinə söz verilib. Onlar diasporda mövcud olan problemlər barədə öz iradlarını, təkliflərini və arzularını səsləndiriblər.
Sonda Rusiya Azərbaycanlılarının I Forumunun Təşkilatı Komitəsinin növbəti iclasının bu ilin noyabr ayında keçiriləcəyi qeyd edilib.

Rusiya Azərbaycanlılarının I Forumunun keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin iclası keçirilib
Rusiya Azərbaycanlılarının I Forumunun keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin iclası keçirilib
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM