XİN-dən Nikol Paşinyanın Dağlıq Qarabağa gəlməsinə MÜNASİBƏT
Siyaset
Oxunub: 335
9 may 2020 | 19:43
XİN-dən Nikol Paşinyanın Dağlıq Qarabağa gəlməsinə MÜNASİBƏT


Beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycan ərazilərini 30 ilə yaxındır ki, hərbi işğal altında saxlayan və bir milyondan çox azərbaycanlının fundamental hüququnu pozan, eləcə də faşist canilərinin qəhrəmanlaşdırılmasını həyat normasına çevirən bir ölkənin baş nazirinin “qələbədən”, “sülhdən” və “təhlükəsizlikdən” danışması riyakarlığın son həddidir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistan baş nazirinin Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə “Qələbə gününü” qeyd etmək məqsədilə səfərinə münasibət bildirərkən deyib.

"Başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla, bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalına son qoyulması tələbini heçə sayaraq, Azərbaycanın işğal olunmuş Şuşa şəhərində “qələbə” nitqi ilə çıxış edən N.Paşinyan, yəqin dərk edir ki Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına haqq qazandıran bu məsuliyyətsiz davranış, münaqişənin sülh yolu ilə həlli imkanlarını heçə endirir.
Ermənistan rəhbərliyinin bu davranışı təcavüzkar ölkənin münaqişənin həlli üzrə aparılan danışıqlarda, işğalçı ölkəyə xas olan saxtakar mövqe nümayiş etdirdiyini və onun yeganə məqsədinin işğala əsaslanan təhlükəli status-quo vəziyyətinin möhkəmlənməsi olduğunu aydın göstərir.

Lakin xatırladırıq ki, Ermənistanın bu niyyəti heç zaman reallaşmayacaq. Beynəlxalq hüquq, beynəlxalq ədalət və beynəlxalq ictimaiyyətin birmənalı şəkildə dəstəklədiyi Azərbaycan ərazilərini işğaldan azad edəcək və beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin edəcək. Münaqişənin həllinin və bölgədə sülh və təhlükəsizliyin təmin olunmasının digər yolu yoxdur", XİN rəsmsi vurğulayıb.
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub