Ceyms Uorlik: "Sülh sazişi prezidentlərin siyasi iradəsindən asılıdır"
Siyaset / Dunya
Oxunub: 1 026
24 sen 2015 | 05:59
Ceyms Uorlik: "Sülh sazişi prezidentlərin siyasi iradəsindən asılıdır"




















"Dinc əhali arasında itkilərdən narahatıq"

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik BBC radiosuna müsahibə verib. "Gündəlik Bakı" qəzeti müsahibəni oxuculara təqdim edir: Diplomat Ceyms Uorlik ATƏT-in Minsk qrupunun amerikalı həmsədri postuna dövlət katibi Con Kerri tərəfindən 2013-cü ilin 5 avqustunda təyin edilib. Bundan əvvəl o, dövlət katibinin Əfqanıstan və Pakistan üzrə xüsusi elçisinin köməkçisi, ABŞ-ın Bolqarıstandakı səfiri vəzifələrində çalışıb.

- 1994-cü ildə atəşkəs sazişinin imzalanmasından 21 il keçir və sülh həmişə olduğundan daha kövrəkdir. O vaxtdan bəri vəziyyət bəzən daha da pisləşmiş görünür. Atəşkəsin pozulması halları indi o qədər tez-tez baş verir ki, Dağlıq Qarabağın "donmuş münaqişə" sayılması bir yana qalsın, atəşkəsin özünün mövcud olduğu belə hiss olunmur.

- Dağlıq Qarabağ "dondurulmuş münaqişə" deyil. Təmas xətti və Azərbaycan-Ermənistan sərhədi boyunca gərginlik çox yüksəkdir. Biz atəşkəsin pozulması hallarından və tərəflərin artilleriya da daxil ağır silahlardan istifadə etməsinə dair xəbərlərdən narahatıq. Bununla belə, mən inanıram ki, tərəflər həmsədrlərin münaqişənin dinc və danışıqlar yolu ilə həlli məqsədinə tərəfdardırlar. Biz hərtərəfli sazişin elementləri üzərində işləmək məqsədilə region liderləri ilə görüşürük. Biz gələn həftə keçiriləcək BMT Baş Assambleyasında xarici işlər nazirləri ilə görüşərkən gərginliyin azaldılması və atəşkəsə ciddi riayət edilməsi gündəliyimizdəki əsas məsələ olacaq.

- Ötən il yeni eskalasiyalar adlandırıla biləcək atəşkəs pozuntuları olub. Lap bu yaxınlarda siz hər iki tərəfdən artilleriyadan istifadə olunması barədə tvit post etmisiniz. Belə bir vəziyyətdə hər hansı bir ümid işartısı varmı?

-Toplardan və ağır silahlardan istifadə yolverilməzdir. Biz xüsusilə də dinc əhali arasında itkilərdən narahatıq və tərəfləri belə zorakılıqların qarşısının alınması üçün bütün mümkün addımların atılmasına çağırmışıq. Biz situasiyanın sabitləşdirilməsi naminə tərəflər arasında etimadın və danışıqlar üçün daha konstruktiv atmosferin yaradılması üçün tədbirlərimizin müzakirəsini davam etdiririk.

- Çoxları ATƏT-in Minsk Qrupunun işindən məlumatlı olsalar da, ATƏT-in Monitorinq Missiyası daha az tanınır. Bu, həmsədrlərin işinə bilavasitə bağlı olmasa da, lütfən bir qədər bu qurumun məqsədi və əhəmiyyəti barədə məlumat verin…

- Diplomat Anji Kasprşikin rəhbərlik etdiyi ATƏT-in Monitorinq Missiyası təmas xətti və Azərbaycan-Ermənistan sərhədi boyunca vəziyyət barədə müntəzəm olaraq mühüm informasiyaları toplayır. Bu komandanın səyləri olmasa idi, beynəlxalq icma münaqişədən təsirlənmiş ərazilərdə vəziyyətin necə olduğu barədə məlumat ala bilməzdi. Səfir Kasprşikin komandası tərəflərin hərbi komandirləri ilə güclü əlaqələrə malikdir və vəziyyət təhlükəli həddə çatanda bu əlaqələrdən gərginliyin azaldılması üçün istifadə edir.

- 2014-cü ilin mayında Carnegi İnstitutunda 1994-cü il atəşkəs sazişinin 20-ci ildönümünə həsr olunmuş yığıncaqda siz hər hansı davamlı sülhün və yekun sazişin əldə olunması üçün 6 mühüm amilin mövcudluğunu vurğulamışdınız. Bunlara ərazilərin qaytarılması, köçkünlərin evlərinə qayıtması və status barədə razılaşma da daxil idi. Bunlar 1994-cü ildə imzalanmış Bişkək Protokolunun müddəaları ilə də ziddiyyət təşkil etmir. Elə isə bu prinsiplərin rəsmiləşdirilməsinə nə mane olur?

- Tərəflər mənim Carnegi çıxışımda münaqişənin həlli üçün göstərdiyim elementləri və prinsipləri tanıyırlar. Çatışmayan Ermənistan və Azərbaycanda sazişin əldə olunması üçün siyasi iradədir. Mən bir neçə yerdə dəfələrlə demişəm ki, prezidentlər müharibə ritorikası ilə danışmaqdan əl çəkməli və ictimaiyyətlərini sülhə hazırlamalıdırlar. Həmsədrlər tərəflərlə birlikdə sazişin detalları üzərində işi davam etdirirlər, lakin sazişin yekunlaşdırılması ilk növbədə prezidentlərin siyasi iradəsindən asılıdır.

- 1990-cı illərədək ermənilər və azərbaycanlılar bir yerdə sülh içində yaşadıqlarını xatırlayırdılar. Onlar Gürcüstanda elə indi də belə yaşayırlar. Sizcə xalq diplomatiyası nə dərəcədə əhəmiyyətlidir?

- Xalq diplomatiyası Ermənistan və Azərbaycan xalqları arasında etimad yaradılması üçün çox mühümdür. Biz bütün dünya boyunca sülh proseslərində görmüşük ki, siyasi danışıqlar aşağıdan gələn səylərlə tamamlanır. Belə səylər müharibədən əzab çəkmiş adamlar arasında münasibətlərin yaxşılaşmasına və sülhdən faydalanmasına imkan yaradır. Ermənistan və Azərbaycan arasında gərginlik çox yüksək olsa da, həmsədrlər iki ölkənin insanlarını bir araya gətirməyə çalışırlar. Bu mənada Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları da istisna təşkil etmirlər.

- Siz bu yaxınlarda Dağlıq Qarabağdakı Sərsəng su anbarının şəklini Instagrama yükləməsiniz və yazmısınız ki, bütün tərəflər su məsələsində əməkdaşlıq edə bilərdilər. Belə bir hal artıq Gürcüstan-Cənubi Osetiya İnzibati Sərhəd Xətti boyunda baş verib. Lakin Qarabağ münaqişəsinə dair belə bir təşəbbüs olmayıb.

- Mən dəfələrlə demişəm ki, bütün tərəflər həmsədrlərlə bir araya gəlib münaqişədən təsirlənmiş insanların maraqları naminə müzakirələr aparmalıdırlar. Su problemi bu təşəbbüslərdən ən göz qabağında olanıdır. Ümid edirəm ki, tərəflər su ehtiyatlarının bölüşdürülməsi sahəsində əməkdaşlığın müzakirəsi üçün masa arxasına gələ bilərlər. Həmsədrlər bu məsələdə onlara köməklik göstərməyə hazırdırlar.

- ATƏT-in Minsk Qrupunun tənqidlərindən biri də budur ki, danışıqlar prosesi məxfilik pərdəsinə bürünüb. Bu mənada, əlbəttə, diplomatik məhdudiyyətlər çərçivəsində, sizcə sosial media bunu nə dərəcədə dəyişə bilib? Bir diplomat kimi əldə etdiyiniz nəticələrin qiymətləndirilməsində sosial medianın sizin üçün yaratdığı əngəllər və açdığı imkanlar nədir?

- Sosial media Ermənistan və Azərbaycanda adamların bizim danışıqlarımızda iştirakı üçün mühüm alətdir. Əgər onlar bizim səylərimiz və sülhün gətirəcəyi faydalar barədə daha yaxşı məlumatlandırılsalar, öz liderlərindən razılaşmaya nail olunması üçün daha tələbkar olarlar. Mən ictimaiyyətlə söhbət imkanlarını yüksək qiymətləndirirəm və sosial media belə bir mübadilə üçün əlçatan bir imkandır.
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb
Dünən, 13:14
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd Əhmədovdan XƏBƏR VAR