Azərbaycan XİN: Ermənistanın sərhəd boyunca vəziyyəti gərginləşdirməsi təxribat xarakteri daşıyır
Siyaset
Oxunub: 1 222
25 sen 2015 | 15:28
"Məqsəd danışıqlar prosesinin irəliləməsinə maneə yaratmaqdır"

"BMT Baş Məclisinin 70-ci sessiyasının işə başlaması, sessiya çərçivəsində beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin ciddi müzakirə olunduğu və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Nyu Yorkda danışıqlar aparıldığı dövrdə Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin Ermənistan tərəfindən gərginləşdirilməsi təxribat xarakteri daşıyır. Məqsəd danışıqlar prosesinin irəliləməsinə maneə yaratmaqdır".

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini ciddi şəkildə pozaraq, Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən mülki şəxslərin hədəf seçilməsi davam etdirilir.

"Ermənistanın son belə təxribatı nəticəsində sentyabrın 23-də Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndinin mülki sakini Dursunova Esmira Aslan qızı yaralanıb.

Ermənistan atəş məntəqələrini qəsdən mülki obyektlərin içərisində və yaxınlığında yerləşdirərək və Azərbaycan silahlı qüvvələrinin mövqelərinə atəş açaraq, cavab atəşi ilə öz mülki şəxslərini hədəf obyekti etmək cəhdi kimi qeyri-insani taktika seçmişdir. Terrorçulara xas olan və mülki obyektləri və şəxsləri özünə sipər seçən bu taktika ilk növbədə Ermənistan vətəndaşlarına qarşı hərbi cinayətdir.

Azərbaycan Respublikası Cenevrə konvensiyaları və əlavə protokollar üzrə öz üzərinə götürdüyü öhdəliklərinə sadiqdir.

Ermənistandan fərqli olaraq, Cenevrə konvensiyaları və əlavə protokollar üzrə üzərinə düşən öhdəliklər Azərbaycan silahlı qüvvələrinin məcburi təlim - tədris proqramının tərkib hissəsidir. Ümumiyyətlə, mülki şəxslərin qorunması, qadın, uşaq və qocalara kömək edilməsi Azərbaycan xalqının və Azərbaycan əsgərinin malik olduğu yüksək mənəvi-əxlaqi dəyərdir.

Ermənistanın Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca mülki Azərbaycan əhalisinin hədəfə alınması və hətta öz vətəndaşlarının hərbi məqsədlərlə sipər və təxribat obyekti kimi istifadə etməkdən belə çəkinməmək Ermənistanın hərbi - siyasi rəhbərliyinin hərbi və insanlıq əleyhinə cinayət əməllərinin tərkib hissəsidir.

Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəsin pozulması və vəziyyətin gərginləşməsinin səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının davam etməsidir.

Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı davam etdiyi halda, vəziyyətin gərginləşməsinə görə işğalçı dövlət kimi bütün məsuliyyət Ermənistanın üzərinə düşür", - deyə XİN sözçüsü qeyd edib.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...