Kərəm Həsənovla Rauf Vəliyevin müəmmalı əməliyyatı - ŞOK İDDİALAR
Siyaset
Oxunub: 1 030
29 sen 2015 | 06:25
Kərəm Həsənovla Rauf Vəliyevin müəmmalı əməliyyatı - ŞOK İDDİALAR

















"Gəmi Təmiri" ASC və "Səyyar dəniz balıq ovu" ASC "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyinə keçirilib

Adıçəkilən ASC-lər bunadək Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) nəzarətində olub. Müəmmalı qalan onların nə vaxt və hansı şəkildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nə verilməsidir. Bu barədə qaynar.info-ya etibarlı mənbədən bildirilib. Mənbənin dediyinə görə, "Gəmi Təmiri” və "Səyyar dəniz balıq ovu”nun sözügedən QSC-nin tabeliyinə necə verildiyi qaranlıq qalır: "Məsələ burasındadır ki, sentyabrın 18-də hər iki ASC ilə bağlı rəsmi dövlət qəzetlərində elan yerləşdirilib. Elanlarda ayrı-ayrılıqda həm "Gəmi Təmiri”, həm də "Səyyar dəniz balıq ovu”nun səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəyi bildirilir, qeyd olunur ki, icra orqanının formalaşdırılması ilə əlaqədar məsələyə baxılacaq” Mənbənin sözlərinə görə, sözügedən elanlardan məlum olur ki, hər iki ümumi yığıncaq Səbail rayonu, M.Rəsulzadə küçəsi, 5 nömrəli ünvanda yerləşən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin inzibati binasında baş tutacaq. Hər iki ümumi yığıncağın keçiriləcəyi tarix bu il oktyabrın 19-udur. Elanlarda da hər iki ASC-nin sözügedən QSC-nin tabeliyinə olduğu qeyd edilib. "Qaranlıq qalan məqam isə ondan ibarətdir ki, vaxyilə "Azərbalıq” Dövlət Konserni də adıçəkilən SC-ləri investisiya müsabiqələrinə çıxarmış və həmin müsabiqələrin nəticələri açıqlanmamışdı. İndi isə Kərəm Həsənovun rəhbərlik etdiyi komitənin (yəni ƏMDK-nin – red.) nəzarətində olan bu iki qurumun nə vaxt, hansı yolla "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyinə keçirildiyi maraq doğurur” – deyə mənbəmiz bildirir. Xatırladaq ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC "iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə” Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən, respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb. QSC-nin sədri Rauf Vəliyevdir. Onu da deyək ki, QSC-nin rəsmi saytında şirkətə daxil olan strukturların siyahısında "Gəmi Təmiri” ilə "Səyyar dəniz balıq ovu” açıq səhmdar cəmiyyətlərinin adlarına rast gəlinmir.
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası