MSK Müsavat Partiyasının Bərdə və Ağcabədidən irəli sürdüyü namizədlərin şikayətini əsassız sayıb
Siyaset
Oxunub: 1 082
29 sen 2015 | 14:09
MSK Müsavat Partiyasının Bərdə və Ağcabədidən irəli sürdüyü namizədlərin şikayətini əsassız sayıb Mərkəzi Seçki Komissiyasının iclasında (MSK) daxil olan müraciətlərə baxılıb.

APA-nın məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki, 94 saylı Bərdə Kənd Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Dadaş Əhməd müvafiq dairə seçki komissiyasının namizədliyini qeydə almaması ilə əlaqədar MSK-ya şikayət edib. MSK-nın işçi qrupu tərəfindən aparılan araşdırma zamanı təqdim edilən 550 imzadan 192-si etibarsız sayılıb. Məsələ səsverməyə çıxarılıb və MSK şikayəti əsassız sayıb.

MSK üzvü Ramiz İbrahimov 82 saylı Ağcabədi Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürən Rəşid Nəcəflinin namizədliyinin 82 saylı Ağcabədi Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmamasından şikayət etdiyini nəzərə çatdırıb. Aparılan araşdırma zamanı 550 imza təqdim edildiyini, sonradan 224 nəfərin yazılı ərizə ilə dairə seçki komissiyasına ərizə verərək imzalarının Müsavat Partiyasının namizədi üçün alındığından xəbərsiz olduqlarını bildirdikləri üzə çıxıb. MSK-nın iclasında iştirak edən R. Nəcəfli deyib ki, ona imza verən 224 nəfər təzyiq və şantajla ərizə yazaraq imzalarını geri götürüb. MSK sədri Məzahir Pənahov imza verən şəxslərin imzalarını geri götürməsindən sonra MSK-nın atacağı bir addımın olmadığını söyləyib. MSK 82 saylı Ağcabədi Dirə Seçki Komissiyasının qərarını qüvvədə saxlayıb, R. Nəcəflinin şikayətini təmin etməyib.

MSK üzvü Qabil Orucov 61 saylı Neftçala Seçki Dairəsindən namizədliyi irəli sürülən Kamran Əsədovun müvafiq dairə seçki komissiyası tərəfindən namizədliyinin qeydə alınmamasından şikayət etdiyini bildirib. MSK şikayəti əsassız sayıb.
MSK üzvü Bəxşeyiş Əsgərov 74 saylı Lənkəran Kənd Seçki Dairəsindən namizədliyi irəli sürülən Tural Süleymanovun namizədliyinin 74 saylı Lənkəran Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmadığını nəzərə çatdırıb. MSK-nın işçi qrupunun apardığı araşdırma zamanı T. Süleymanov üçün imza toplayan şəxslərin namizəd üçün yox, kəndə yol çəkdirmək adı altında imza topladıqları üzə çıxıb. MSK T. Süleymanovun şikayətini əsassız sayıb.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi