3-07-2020, 17:20 Oxunub: 212

Şok etiraf: “ABŞ hökuməti Qarabağa...” – Azərbaycana qarşı təxribat

Şok etiraf: “ABŞ hökuməti Qarabağa...” – Azərbaycana qarşı təxribat


Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki terrorçu rejimin “xarici işlər naziri” ABŞ Konqresinin bir qrup üzvünə təşəkkür məktubu göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Terrorçu rejimin nümayəndəsi minnətdarlıq hissi ilə qeyd edib ki, 2019-cu ilin oktyabrında Vaşinqtonda keçirilən görüşlərdən sonra Konqres üzvləri ABŞ-ın bölgədə yaşayan insanlara humanitar yardım etməsi üçün ardıcıl səy göstərirlər.

Mayilyan məktubunda son onilliklərdə ABŞ hökumətinin Qarabağdakı terrorçu rejimə ardıcıl yardımlar göstərdiyini açıq şəkildə dilə gətirib.

O, ABŞ-ın “HALO Turst” şirkətinin işğal edilmiş bölgənin minalardan təmizlədiyinə də diqqət çəkib.

ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ABŞ-ın hökumət səviyyəsində terrorçu rejimə yardım ayırması indinin məsələsi deyil. Hələ I Qarabağ savaşında işğala məruz qalan Azərbaycana silah embarqosu tətbiq edən ABŞ kağız üzərində ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, həmişə əməldə Minsk qrupunun digər üzvləri – Fransa və Rusiya kimi təcavüzkarın yanında olduğunu nümayiş etdirib.
ABŞ Nümayəndələr Palatasından yeni layihə — Ermənilərə 70 milyon dollar yardım ABŞ Nümayəndələr Palatasından yeni layihə — Ermənilərə 70 milyon dollar yardım Dunya Dövlət Departamenti: ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir Dövlət Departamenti: ABŞ Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir Siyaset ABŞ terrorçulara Azərbaycana hücum üçün tribuna verdi - ŞOK ADDIM ABŞ terrorçulara Azərbaycana hücum üçün tribuna verdi - ŞOK ADDIM Dunya ABŞ terrorçulara Azərbaycana hücum üçün tribuna verdi - ŞOK ADDIM ABŞ terrorçulara Azərbaycana hücum üçün tribuna verdi - ŞOK ADDIM Dunya XİN: Dağlıq Qarabağdakı qondarma rejimin Ermənistan tərəfindən tanınması Minsk Qrupu prosesinə son qoyulması deməkdir XİN: Dağlıq Qarabağdakı qondarma rejimin Ermənistan tərəfindən tanınması Minsk Qrupu prosesinə son qoyulması deməkdir Siyaset