Ziya Məmmədovun qardaşı oğulllarının adı yenə qalmaqalda - GƏLİŞMƏ
Siyaset
Oxunub: 381
3 iy 2020 | 18:46
Ziya Məmmədovun qardaşı oğulllarının adı yenə qalmaqalda - GƏLİŞMƏ


Sabiq nəqliyyat naziri Ziya Məmmədov bir neçə ildir vəzifəsindən uzaqlaşdırılsa da, yenə yaxın qohumları qalmaqallarla gündəmə gəlməyi bacarırlar. Bu dəfə isə Məmmədovlar bir gündə iki dəfə mediada “qəhrəman” olublar.

Belə ki, Z.Məmmədovun sabiq deputat olan qardaşı Elton Məmmədovun oğlu Aynar Məmmədov sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib.

Report. xəbər verib ki, Dövlət Yol Polisinin protokoluna əsasən, onun sürücülük hüququndan məhrum edilməsi ilə bağlı işə Səbayel Rayon Məhkəməsində baxılır. Qeyd edək ki, Aynar Məmmədova İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə protokol yazılıb. Bu inzibati xətaya yol verən şəxslər 400 manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.

“Başlarına daş salıb mənim oğlanlarım?” “Qaynarinfo” saytına açıqlamasında E.Məmmədov oğlunun sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı xəbərdən danışarkən belə deyib. Onun sözlərinə görə, yayılan məlumat həqiqəti əks etdirmir: “Mənim oğlanlarım həyatı boyu içki içməyib, siqaret çəkməyib, idman sahəsində böyük nüfuz sahibidirlər. Karantin dövründə evdən çölə də çıxmayıblar. Başlarına daş salıb mənim oğlanlarım? İşləri ilə məşğul olsunlar. Belələrini verəsən məhkəməyə. Görsünlər ki, məhkəməyə cəlb olunan kimdir? İctimaiyyətə niyə yanlış məlumat verirlər?” Aynar Məmmədov Oqtay Əsədovun spikerliyi dönəmində Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı idi. Ötən ilin iyulunda isə ona şöbənin baş müşaviri vəzifəsi verilmişdi. Amma O.Əsədov dönəmi başa çatdıqdan sonra A.Məmmədovun da işsiz qaldığı deyilir. Aynar Məmmədov həm də bahalı avtomobillər azarkeşidir. Hətta bir müddət öncə onun “Ferrari” aldığı xəbəri də vardı.

Elton Məmmədova gəlincə, o, bu ilin yanvarında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin sərəncamı ilə AMEA-nın İşlər İdarəsinin müdiri təyin edilib.

Maraqlıdır ki, iyulun 2-də Məmmədovlarla bağlı daha bir qalmaqal ortaya çıxıb. Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsində yaşayan sakinlər küçənin hər iki tərəfdən hörülməsindən, yolun kəsilməsindən şikayət ediblər. Bu barədə redaksiyamıza müvafiq şəkillər göndərən şikayətçilərdən biri - Günay Hüseyn qeyd edib ki, bu ağır karantin günlərində azyaşlı uşaqların yeganə əyləncə yeri olan küçənin hasarlanması ilə onlar evə qapanmalı olacaqlar. Küçənin hasarlanması təşəbbüsünün şəkillərdə görünən, darvazası qəsr girəcəyini xatırladan imarətin sahibindən gəldiyi bildirilir. Bu ev isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun ailəsinə məxsusdur.

Nəriman Məmmədovun adı oxuculara bir zamanlar başqa bir villasında qətl törədilməsi ilə bağlı yaranan qalmaqaldan tanışdır. O zaman onun Qusar rayonunun Çiləgir qəsəbəsində yerləşən villasının gözətçisi N.Məmmədovun gözü qarşısında başqa bir nəfəri öldürüb və sabiq nazirin qardaşı bu hadisədən şoka düşərək uzun müddət müalicə alıb, 2016-cı ildə vəfat edib.

İndi küçənin hasarlanmasının əsas səbəbi olaraq mərhum N.Məmmədovun ailə üzvlərinin küçədən gələn səs-küydən narahat olduğu göstərilir. Küçəni kəsmək üçün göstərişin konkret olaraq N.Məmmədovun oğlu Fuad Məmmədov tərəfindən verildiyi deyilir. Hadisə ilə bağlı şikayətçilər öz narazılıqlarını öncə ev sahibinə ünvanlamaq istəyiblər. Ancaq onların qarşısına çıxan Akif adlı şəxs (güman ki, F.Məmmədovun qohumu, mühafizəçisi) bildirib ki, onlar küçəni “yaxşı edib kəsirlər, küçə məhz onlarındır, şikayətçilər əllərindən gələni beş qaba çəksinlər”. Küçə sakinləri icra hakimiyyətinə, bələdiyyə şurasına müraciət etdiklərini, hələ lazımi cavab almadıqlarını, ona görə də məsələni ictimailəşdirməli olduqlarını bildiriblər.

“Yeni Müsavat”
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər