İşğalçının “ipi” rusa bağlıdırsa... - GƏLİŞMƏ
Siyaset
Oxunub: 410
4 iy 2020 | 17:23
İşğalçının “ipi” rusa bağlıdırsa... - GƏLİŞMƏ


Xəbər verildiyi kimi, iyunun 30-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında videokonfrans formatında daha bir görüş keçirilib. Bundan bir gün qabaq isə eyni formatda XİN rəhbərləri ATƏT-in Minsk qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şoferlə (ABŞ) Dağlıq Qarabağ məsələsi ilə bağlı ayrı-ayrılıqda müzakirələr aparmışdılar.

Həmsədrlərin Məmmədyarov-Mnatsakanyanın online görüşü ilə bağlı yaydıqları bəyanatda vasitəçilər sülh və danışıqlar predmeti üçün əlverişli şəraitə imkan yaradılması və mühitin qorunub saxlanılmasının əhəmiyyətini vurğulayıblar. Onlar yerlərdəki nisbi sabitliyi müsbət qiymətləndiriblər və tərəflərin eskalasiyadan qaçması üçün birbaşa əlaqə kanallarından istifadəsinin davam etdirmələrinə məmnunluqlarını ifadə ediblər. Bununla birlikdə, 9 mart 2019-cu il tarixli bəyanatlarına əsaslanan həmsədrlər narahatlıqla qeyd ediblər ki, təxribatçı ifadələr nizamlama prosesinə xələl gətirə bilər. Onlar münaqişənin hərb yolu ilə həllinin mövcud olmadığını vurğulayaraq, israrla tərəfləri atəşkəs rejiminin möhkəmlənməsinə və əhalini sülhə hazırlamaq üçün əlavə addımların atılmasına təşəbbüs etməyə çağırıblar. Vasitəçilər və XİN başçıları arasında bu ay daha bir videokonfrans keçirməyi və mümkün qədər tez görüşməyi razılaşdırıblar.

*****

Ancaq bu formatda daha bir görüş nəyi dəyişəcək, əgər işğalçı Ermənistan məhz həmsədr dövlətlərin “ikili standart” yanaşması nəticəsində özünü tam cəzasızlıq şəraitində hiss edirsə və konstruktiv danışıqlarla bir araya sığmayan fitnəkar, daha həyasız mövqe tutmağa davam edirsə. Heç şübhəsiz, həmsədrlərin budəfəki növbətçi bəyanatı İrəvanı öz maksimalist mövqeyində qalmağa bir az da şirnikləndirəcək. Çünki vasitəçilər hər iki tərəfə eyni gözlə baxırsa, heç bir real həll modeli irəli sürməyib, üstəlik, “münaqişənin hərbi həll yolu yoxdur” deyərək, Azərbaycanı öz ərazilərini güc yolu ilə azad eləməkdən çəkindirməyə çalışırsa, İrəvan pozucu mövqeyini niyə dəyişsin ki?

Bu halda xalqları sülhə hazırlamaq kimi pafoslu sözlərin anlamı qalırmı? Daha bir sual: ümumiyyətlə, illərdir canlı təmaslarla Qarabağa dair sülh prosesində heç bir irəliləyiş əldə olunmayıbsa, “quş qoymaq” üçün təşkil edilən və ən əvvəl Azərbaycanın əl-qolunu bağlamağa və başımız altına yastıq qoymağa hesablanmış videokonfranslar nəyi dəyişəcək? Üstəgəl, Ermənistanın “ipi” Rusiyaya möhkəm bağlıdırsa, Dağlıq Qarabağ problemini belə videokonfranslarla çözmək mümkünmü?

*****

“Bu formatda müzakirələr yarı-imitasiya xarakteri daşısa da, hər halda proseslərin dayanmadığı, yerində saymadığı haqqında təsəvvür yaradır. Yəni həm həmsədrlərin fəaliyyətdə olduğu, həm də danışıqlar prosesinin canlı və gündəmdə qaldığı nəzərə çarpır”.

Bunu politoloq Qabil Hüseyn Teleqraf.com-a deyib. Onun sözlərinə görə, bütövlükdə prosesi irəlilədə biləcək hansısa fundamental məsələlərin müzakirəsindən söhbət getmir: “Amma belə bir görüntü yaranır ki, tərəflər - mən bunu deyərkən Ermənistanı nəzərdə tuturam - ən azı danışıqlar prosesinə sadiqdirlər, danışıqlar prosesini davam etdirmək niyyətindədirlər. Hər halda burada həmsədrlərin də müəyyən səy göstərdiklərini görməmək mümkün deyil. Yəni Ermənistanı danışıqlar prosesinə təhrik edən tərəf, sözsüz ki, həmsədrlərdir. Son vaxtlar həmsədrlərin fəaliyyətsizliyi barədə ciddi irad və tənqidlər olmuşdu. Görünür, onlar bu tənqid və iradları eşidiblər. Elə ATƏT-in özünün ünvanına da ən azı Azərbaycan tərəfindən ciddi iradlar səsləndirilmişdi. Bütün bunlar həmsədrlər institutunu fəaliyyətə təhrik edib. Sonra danışıqlar prosesini bərpa etməyə cəhd ediblər və bu zaman Ermənistanla ciddi işlər aparmalı olublar”.

Ekspert Ermənistan daxilində hakimiyyət böhranının olduğunu, baş naziri Nikol Paşinyanın ünvanına ciddi iradlar səsləndirildiyini yada salıb: “Ölkədə siyasi və hakimiyyət böhranının mövcudluğundan danışılır. Belə bir şəraitdə sözsüz ki, Ermənistanı danışıqlar prosesinə yenidən qoşmaq hər halda danışıqlar prosesi qrafikinin, məsələnin diplomatik yollarla həlli variantının gündəmdə olduğu təəssüratı yaradır. Hər iki tərəf vasitəçilərin sülhyaratma səylərindən, ATƏT-in, hətta BMT-nin bu məsələlərə yanaşmasından söhbətlər etməyə başlayıb. Mən bunları illüziyaya qapılmadan söyləyirəm. Yəni ümidli notlar vermək fikrində deyiləm. Sadəcə olaraq, Ermənistan tərəfinin işğalçı olduğu halda hökm verən tərəf olmağa çalışdığı bir vaxtda belə bir görüşün keçirilməsinin ən azından etiket xatirinə faydalı olduğunu deməyə məcburam”.

Politoloq Rüstəm Məmmədov isə hesab edir ki, xarici işlər nazirlərinin son görüşündən hansısa nəticə əldə olunacağını söyləmək çətindir. “Ermənistanın qeyri-konstruktiv siyasəti danışıqlarda hər hansı nəticə əldə etməyə imkan vermir. Bu səbəbdən hələlik heç bir yenilik yoxdur. Ona görə də nəsə demək mümkünsüzdür”, - deyə o qeyd edib.

Buradaca qeyd edək ki, son vaxtlar Ermənistan tərəfi işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşmanı intensivləşdirməyə yönəlik addımlar atır. Söhbət həm də işğal edilmiş və Dağlıq Qarabağa aidiyyəti olmayan Cəbrayıl rayonundan Ermənistana ikinci yolun çəkilişindən gedir. Bu məsələ iyunun 29-da Elmar Məmmədyarovun Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə videokonfrans formatında görüşü zamanı da qaldırılıb.

Bu istiqamətdə də fikirlərini bildirən Rüstəm Məmmədov deyib ki, Ermənistan tərəfindən aparılan bu qeyri-qanuni fəaliyyətlər danışıqlar prosesinə, heç şübhəsiz, mənfi təsir edir: “Təbii ki, Ermənistanın siyasəti çox qeyri-konstruktiv və tərbiyəsiz bir siyasətdir. Ona görə də bu danışıqların bir nəticə ilə yekunlaşmasına əngəl törədir. Sözsüz ki, İrəvan danışıqları uzatmaq yolu ilə işğal rejimini qoruyub saxlamağa çalışır. Bu isə nə ATƏT-in Minsk qrupunun həmsədrlərini, nə də Azərbaycanı qane edə bilər”.

Onu da vurğulamaq zərurəti var ki, rəsmi Bakı daima beynəlxalq ictimaiyyəti, özəlliklə də vasitəçi dövlətləri təcavüzkar Ermənistana təzyiq göstərməyə çağırır. Ancaq əfsuslar olsun ki, hələlik bu çağırışlara adekvat cavab verilməyib. Rüstəm Məmmədov bununla bağlı olaraq deyir ki, sülh çağırışına cavab verməyən birinci tərəf Ermənistanın özüdür: “Mənə belə gəlir ki, Ermənistan, sadəcə olaraq, özünə qarşı müharibəni sürətləndirməyə çalışır. O hesab edir ki, müharibə yolu ilə vəziyyətdən çıxa biləcək. Ancaq başa düşmür ki, müharibə başlayarsa, Azərbaycan İrəvana qədər gedib çıxacaq”.

Rusiya faktorunun bu məsələdə necə rol oynayacağına gəldikdə politoloq hesab edir ki, Moskva hazırda Azərbaycanın mövqeyini dəstəkləyir. “Rusiya da Ermənistanın əleyhinə gedə biləcək siyasət yürütməyə çalışır. Rusiya Nikol Paşinyanın siyasətindən çox narazıdır”, - deyə o qeyd edib.

ABŞ və Fransanın mövqeyinə gəldikdə isə politoloq qeyd edib ki, hazırda Birləşmiş Ştatların başı özünə qarışıb: “Vaşinqton hər zaman olduğu kimi orta mövqe tutur. Fransa, təbii ki, Ermənistanın tərəfindədir. Ancaq bu gün Minsk Qrupu da, Avropa İttifaqı da Azərbaycanın mövqeyini dəstəkləyirlər. Təbii ki, Paşinyan hökuməti bu vəziyyətdə tab gətirə bilməyəcək”.

*****

Lakin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev bir qədər fərqli düşünür. Onun sözlərinə görə, son bəyanatla həmsədr ölkələrin münaqişənin saxlanılmasında və işğalın davam etməsində maraqlı olması növbəti dəfə öz təsdiqini tapmış olub: “Onlar Paşinyan hakimiyyətə gələndən sonra cəbhədə əldə olunmuş nisbi sakitlikdən məmnun olduqlarını ifadə ediblər. Çünki işğalçı erməni əsgərləri ölmür və Ermənistan qorxusuz-hürküsüz işğal etdiyi torpaqları məskunlaşdırır. Həmsədrlər bildiriblər ki, münaqişənin hərbi yolla həlli yoxdur, xalqları sülhə hazırlamaq lazımdır və cəbhə bölgəsində monitorinqlər keçirilməlidir. Bir cümlə ilə belə işğal olunmuş ərazilərin qanunsuz məskunlaşdırılması və işğalın davam etməsi pislənilməyib. Əslində başqa mövqenin sərgilənməsini gözləmək də sadəlövhlük olardı. ABŞ və Fransada ölkənin siyasətini müəyyənləşdirən siyasətçilərə güclü təsir imkanlarına malik erməni diasporu var, hər iki dövlət xristian ölkəsidir. Rusiya isə Ermənistanın hərbi-siyasi müttəfiqidir. Həm də biz müstəqil olmadığını bəyan etdiyimiz Ermənistanın xarici işlər nazirindən hansı addımın atılmasını gözləyirik ki?”

Siyasətçi vəziyyətdən çıxış yolunu belə görür: “Mən iqtidarı Rusiya ilə danışmağa və nəticələri barədə xalqı məlumatlandırmağa çağırıram. Ya Rusiya münaqişənin həllinə razılıq verməli və biz səmimi hərbi- siyasi müttəfiqə çevrilməliyik, ya da Rusiya münaqişəni qoruyub saxlamaq siyasətini davam etdirərsə, onunla münasibətlərə yenidən baxmalı, Azərbaycan Avroatlantik məkana inteqrasiya yolunu tutmalıdır. Yoxsa 130 il də Ermənistanla danışıqlar aparsaq, heç nə dəyişməyəcək. Bizim Rusiya ilə indiki zorən dostluğumuz Qərbin mütərəqqi və ədalətli kəsiminin də bizə inamını sarsıdır. Bizi onların ciddi dəstəyindən məhrum edir. Ona görə Azərbaycan Qarabağ məsələsində daha cəsarətli və çevik xarici siyasət yürütməlidir. Biz bir il ərzində genişmiqyaslı islahatlar aparmalı, Rusiya münaqişənin həllinə razı olmasa, o zaman böyük risk etsək də, torpaqlarımız uğrunda ölüm-dirim savaşına başlamalıyıq. Pakistandan və Türkiyədən hərbi yardım istəməliyik. Nə qədər ki, Ərdoğan hakimiyyətdədir, bunu etməliyik. O, Azərbaycanı sevən, müstəqil və qürurlu adamdır. Sabah Dəmirəl kimi birisi Türkiyədə hakimiyyətə gəlsə, ən yaxın müttəfiqimiz Türkiyəni də itirəcəyik. Ermənistanı işğala son qoymayacağı təqdirdə müharibənin qaçılmazlığına inandırmaq üçün böyük savaşa qədər, riyakar Minsk Qrupu həmsədrlərinin açıqlamalarına əhəmiyyət vermədən, torpaqlarımızdakı işğalçı ordunun əsgərlərini hər gün öldürməyə çalışmalıyıq. Çalışmalıyıq ki, hər gün Ermənistana əsgər tabutları yola salınsın. Bizim sözdə yox, əməldə torpaqlarımızı işğaldan azad etməyə nə qədər qətiyyətli olduğumuza düşmən və onun havadarları əmin olmalıdırlar. Ermənistan tam əmin olmalıdır ki, onu kimin müdafiə etməsindən asılı olmayaraq, müharibə başlasa, o, viran qalacaq”.

Bu, azərbaycanlı siyasilərin və ekspertlərin Qarabağ məsələsinə baxışını əks etdirən fikir və proqnozlarıdır. Nəticə çıxarmaq oxucuların öhdəsinə qalır...
“Yeni Müsavat”
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE