Əli Həsənov: "Rusiya ilə münasibətlər Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir"
Siyaset
Oxunub: 1 145
30 sen 2015 | 14:01
Bu gün Yekaterinburqda VI Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb.
Əli Həsənov: "Rusiya ilə münasibətlər Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir"
APA-nın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, regionlararası forumun işində iştirak etmək üçün Azərbaycandan buraya geniş nümayəndə heyəti gəlib.

Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının nümayəndələri, rayonların icra hakimiyyəti başçıları, müxtəlif nazirlik və idarələrin, ölkəmizin işgüzar dairələrinin təmsilçiləri daxildir. Forumun təşkilatçıları Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyidir.
Rusiya prezidenti Vladimir Putinin regionlararası forumun iştirakçılarına təbrik məktubunu Rusiya prezidenti administrasiyasının xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov oxuyub. Rusiya dövlət başçısının təbrikində qeyd edilir ki, ötən illər ərzində Rusiya-Azərbaycan əlaqələri daha da möhkəmlənib. Bu gün ticari-iqtisadi sahədə, sənaye, energetika, elmi-texniki və başqa sahələrdə qarşılıqlı fəaliyyəti möhkəmlətmək üçün hər iki ölkənin bütün zəruri imkanları var.
Azərbaycan prezidenti İlham Əliyevin regionlararası forumun iştirakçılarına təbrik məktubunu isə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.
Mətnin xülasəsi
"Rusiya Federasiyasının subyektləri ilə Azərbaycan arasında birbaşa iqtisadi, siyasi, sosial əlaqələr hər iki ölkənin maraqlarına cavab verir və bu maraqlara müvafiq olaraq müzakirələr aparılır"

Forumun "Regionlararası əməkdaşlığın nəticələri və perspektivləri" mövzusunda plenar iclası başa çatandan sonra sənədlər imzalanıb. Sonra VI Rusiya-Azərbaycan Regionlararası Forumu öz işini "dəyirmi masa"larla davam etdirib. Rusiya-Azərbaycan Gənclər Forumu, habelə ekspertlərin "Rusiya-Azərbaycan: ikitərəfli dialoqun inkişafında yeni meyllər. İqtisadiyyat, siyasət, inteqrasiya” mövzusunda görüşü, sənaye sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı, Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı, nəqliyyat, turizm, humanitar əlaqələr sahələrində ikitərəfli əməkdaşlığın inkişafı və başqa mövzularda "dəyirmi masa"lar keçirilib.
Ə. Həsənov VI Rusiya-Azərbaycan regionlararası forumuna münasibət bildirərkən qeyd edib ki, Avrasiya regionunda Rusiya ilə münasibətlər Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir.
"Bu münasibətlərə uyğun olaraq biz bu foruma önəm veririk. Azərbaycan prezidenti İlham Əliyev davamlı olaraq 6 dəfədir ki, Azərbaycan-Rusiya regionlararası forumuna müraciət ünvanlayır və bu müraciətlərdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlığına mühüm önəm verilir", - deyə Ə. Həsənov vurğulayıb.
Prezidentin köməkçisi xatırladıb ki, ilk Rusiya-Azərbaycan regionlararası forumu 2010-cu ildə Bakıda keçirilib və ardıcıl olaraq bir dəfə Rusiyada, bir dəfə Azərbaycanda keçirilir. Foruma hər iki ölkənin prezidentləri müraciətlərini ünvanlayır. Bu müraciətlərdə Azərbaycan-Rusiya münasibətlərinin bütün aspektlərinə toxunulur və qiymət verilir. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycan arasında birbaşa iqtisadi, siyasi, sosial əlaqələr hər iki ölkənin maraqlarına cavab verir və bu maraqlara müvafiq olaraq müzakirələr aparılır. Bugünkü forumda beş “dəyirmi masa”nın keçirildiyini deyən Ə. Həsənov gənclər arasında foruma xüsusi toxunaraq bildirib ki, Azərbaycanın və Rusiyanın gələcəyini quran nəslin nümayəndələri birlikdə bu əlaqələrin bugünkü vəziyyətini və perspektivlərini müzakirə edəcəklər.
“Forumun sonunda aparılan müzakirələr, səslənən fikirlər və rəylər əsasında Azərbaycan və Rusiya prezidentlərinə təkliflər hazırlanaraq qəbul ediləcək”, - deyə Ə. Həsənov bildirib.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE