1-10-2015, 21:00 Oxunub: 5 396

Seçicisinin özünü döydürüb, anasını söydürən deputat – Tanıyın!!!

Seçicisinin özünü döydürüb, anasını söydürən deputat – Tanıyın!!!












78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədov 2010-cu ildən parlamentin üzvüdür. Parlamentin Aqrar siyasət komitəsinin üzvüdür. Onun keçmiş nazir Fərhad Əliyevlə çox yaxşı münasibətlərə malik olduğu da söylənilir. Hətta deyilənə görə, 2005-ci ildə onun komandasının tərkibində Milli Məclisə düşməyi planlaşdırmışdı. Ancaq istədikləri baş tutmadı…

Onun da adı parlamentdə "lal” deputatlar sırasında çəkilir. Vaxtilə qardaşı Asif Məmmədov Şamaxının icra başçısı vəzifəsində işləyib.

Deputat kreslosuna yiyələnərək, seçicilərin problemlərini həll etmək əvəzinə, İ. Məmmədov daha çox seçildiyi rayon sakinlərinin hüquqlarını tapdalamaqla məşğuldur. Onun icra başçısı ilə birlikdə başqasına məxsus torpaq sahəsini zəbt etdiyi söylənilir. Günxeber.com saytı 14 sentyabr 2014-cü il tarixli yazısında Lerik rayon sakini Eldəniz Quliyevin şikayətini dərc edib ki, burada da onun şikayət etdiyi obyektlərdən biri də məhz deputat İqbal Məmmədov olub. Həmin şikayətində E. Quliyev sənədlər əsasında özünə məxsus olan 60 sot torpaq sahəsinin icra başçısı Rövşən Bağırov və deputat İqbal Məmmədov tərəfindən zorla zəbt edildiyini bildirmişdi. Hətta o qanunsuzluğa son qoyulmasa özünü yandıracağını da deyirdi. Şikayətində o, kömək üçün dövlət qurumlarından yardım istəyib: "Lerik rayonunda 60 sot qanuni mülkiyyətimi zorla əlimizdən alıblar. Bunun səbəbi odur ki, mənim torpağım dövlət əhəmiyyətli obyektin tikintisi üçün plana düşmüşdü. Bunun müqabilində mənə kompensasiya vermədilər. Torpağımı zorla əlimizdən alan və buna görə kompensasiya verməyən Lerikin icra başçısı Rövşən Bağırov və Milli Məclisin deputatı İqbal Məmmədovdur”.

O, bununla bağlı dəfələrlə şikayət etdiyini, lakin şikayətlərinin heç bir nəticə vermədiyini iddia edirdi.

E.Quliyevin sözlərinə görə məsələ ictimailəşəndən sonra deputat İ. Məmmədov onu təhdid edib: "Mən öz hüquqlarımı qorumaq üçün bu məsələni ictimailəşdirmək istəyirəm. Əvvəllər də bunu etmişəm, amma rayonun deputatı İqbal Məmmədov bir müddət əvvvəl mənimlə telefon əlaqəsi yaradaraq "səni aradan götürərəm” deyə təhdid etdi. Hətta nalayiq küçə söyüşləri ilə məni təhqir etməkdən çəkinmədi. 75 yaşlı anamı–Əliyeva Xoşqədəm Şövqi qızını təhqir elədilər. Axşam saat 17:08 radələrində 2-ci dəfə anonim zəng edərək, bu məsələni böyütsəm, məni öldürəcəklərini bildirdilər. Ümidimiz o torpaq sahəsi idi. Əkinimizi viran, bizi müflis etdilər. Qardaşım–1968-ci il təvəllüdlü Quliyev Tahiri rayon deputatı İqbal Məmmədov qohumları vasitəsi ilə şər atdıraraq həbs etdirdi. Onun qohumları icra hakimiyyətində və polisdə işləyir. Bu məsələdən çəkindirmək üçün hər gün bizə hədə-qorxu gələn anonim zənglər edirlər”.

Vətəndaş şikayətində həmçinin icra başçısını və deputatın təzyiqlərindən bezərək özünü yandıracağını da istisna etməmişdi: "Faktiki rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov və deputat İqbal Məmmədov Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 145, 146, 147-ci maddələrini kobud şəkildə pozub, bizim hüquqlarımızı tapdalayıblar. Ailəmizin razılığı olmadan torpaq sahəmizi "Azərenerji”nin rəhbəri Etibar Pirverdiyevə satıblar. Orada əkdiyimiz taxıl zəmisini texnikanın qabağına verib məhv etdilər. Amma mənə heç bir kompensasiya ödəmirlər. Əgər bu təzyiqlər davam edərsə, özümü azyaşlı körpələrimin gözü qarşısında İcra Hakmiyiyyətinin qarşında yandıracam. Bizi özümüzü öldürmək həddinə çatdırıblar”.

Bu şikayətdən də göründüyü kimi, İ. Məmmədov deputatlığı dövründə seçicilərin rəğbətini qazana bilməyib.

Azerinfo saytı bu ilin sentyabrın 7-də dərc etdiyi yazısında İ. Məmmədovu "lal” deputat kimi xarakterizə edib: "Aqrar siyasət komitəsinin üzvü olan Məmmədov ötən beş ildə Milli Məclisdə müzakirə olunan məsələlərə nadir hallarda münasibət bildirib.Halbuki deputatı olduğu Lerik rayonunda əhalinin böyük hissəsi məhz kənd təsərrüfatı ilə məşğul olur. Deməli, aqrar siyasət komitəsinin üzvü kimi Məmmədov daha çox təşəbbüslər irəli sürməli, kənd təsərrüfatının inkişafı üçün təkliflərlə çıxış etməliydi”.

Deyilənə görə, İqbal Məmmədov icra başçısı Rövşən Bağırovla yaxın münasibəti ilə seçilir.

Deputatın qardaşı Çingiz Məmmədov da rayonda qoluzorluluğu ilə "seçilib”. Saytın yazdığına görə hətta bir müddət öncə rayonun Piran kənd sakini Elsevər İbrahimov məhz Çingiz Məmmədovun qəzəbinə tuş gələrək döyülmüşdü. Ç.Məmmədovun beton zavodunda sürücü işləyən E.İbrahimovun duruşundan xoşu gəlməyibmiş:

"Saat 11 radələrində məni göndərdilər ”Relaks”a, yük göndərməyə. Saat 3-ə işləmiş qayıdıb gəldim, nahar da etməmişdim. Bir də gördüm ki, zavodun müdiri Çingiz məni yanına çağırır. Gördüm bir nəfərlə söhbət edir, gəldim onun yanına. Birdən mənə tərəf dönüb "Küçük, bu nə təhər duruşdu, qalmısan yanımda” deyərək, qəfildən bir sillə vurdu, sonra da boğazımdan tutub yıxdı yerə. Sonra ətrafdakılar bizi zorla ayırdı, mən də çıxıb getdim”.

78 saylı dairənin seçiciləri hesab edirlər ki, İqbal Məmmədovun bu dəfə də deputatlığa namizəd olması, onlar üçün ikiqat təhlükəlidir: "Bu adam varlandıqca camaatı ayağının altına alır. Özünün elədikləri azmış kimi qardaşı da istədiyi vaxt sürücüsünü döyür, təhqir edir və heç kim bu adamlara "gözün üstə qaşın var” demir. Amma o unutmasın ki, yenə adamlarını göndərib qapı-qapı səs istəyəcək. Bizə hüquqlarımızı müdafiə edən, sözümüzü deyən, sözün əsl mənasında vəkilimiz olan şəxs lazımdır, anamızı söyən yox, bizi döydürən deputat yox”.

Gunxeber.com saytı 27 aprel 2012-ci ildə nəşr etdirdiyi yazıda İ. Məmmədovun biznesinə də toxunub.

Mətbuatda yazılanlara görə "Kaspi-Yıldız” firmasına rəhbərlik edən İ.Məmmədov ölkəyə gətirilən bütün yanğın söndürmə aparatlarının satışına nəzarət edir. Özü də bu aparatlar bütün sahibkarlara zorla satılır. Bundan əlavə, Lerik rayonunda yerləşən və ölkənin ən böyük məkanlarından biri olan "Relax” istirahət mərkəzinin də İ.Məmmədova məxsus olduğu deyilir.

İ.Məmmədovla bağlı mətbuatda gedən başqa bir xəbərdə isə deyilirdi ki, deputat qardaşı Asif Məmmədovla birlikdə Lerikdə ikinci "Relax” inşa etdirir. Bunu isə prezidentin dövlət büdcəsindən Şamaxı rayonuna ayırdığı pulun hesabına edirlər.
Lerik İH başçısının birinci müavinindən ŞOK sözlər: — Lerik İH başçısının birinci müavinindən ŞOK sözlər: — "Get Putindən kömək istə" Bolge Seçicisini ölümlə hədələyən, anasını söyən deputat kimdir? — TƏHLİL Seçicisini ölümlə hədələyən, anasını söyən deputat kimdir? — TƏHLİL Siyaset Başı biznesinə qarışan deputat haradadır? – Leriklilər İqbal Məmmədovu axtarır (VİDEO) Başı biznesinə qarışan deputat haradadır? – Leriklilər İqbal Məmmədovu axtarır (VİDEO) Bolge Gədəbəyin icra başçısından deputata şikayət olundu Gədəbəyin icra başçısından deputata şikayət olundu Bolge İcra başçısının qardaşı oğlundan ağstafalılara ağır təhqir İcra başçısının qardaşı oğlundan ağstafalılara ağır təhqir Bolge