Livan ermənilərinin Qarabağa köçü: məkrli plan, yoxsa blef... - TƏHLİL
Siyaset
Oxunub: 617
7 avq 2020 | 18:45
Livan ermənilərinin Qarabağa köçü: məkrli plan, yoxsa blef... - TƏHLİL


Qondarma Qarabağ rejiminin rəhbəri Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Arama zəng edib. O, Beyrutdakı partlayışa görə 100-150 erməni ailəsinin Livandan Qarabağa köçürülməsini təklif edib. I Aramın təklifə müsbət cavab verdiyi və prosesin detallarının müzakirəsinə başlanıldığı bildirilir.(modern.az)

?’Yeni Müsavat’’ bildirir ki, bundan əvvəl də xaricdə yaşayan ermənilərin, xüsusən də Suriya ermənilərinin Dağlıq Qarabağda məskunlaşdırılması prosesi olub. Bəs biz nə etməliyik? Torpaqlarımıza yad ölkələrdən gətirilən ermənilərin məskunlaşmasının qarşısını almaq üçün hansı diplomatik, ya da hərbi addımlar atmalıyıq?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, Livanda güclü partlayış nəticəsində bu ölkədə yaşayan ermənilər də xəsarət alıblar. “Livanda iqtisadi və sosial vəziyyət partlayışa qədər də ağır idi. Partlayış bu ölkənin borclarını daha da artıracaq. Bu vəziyyətdə Livanda yaşayan ermənilər başqa ölkələrə köçmək barədə düşünürlər. Livanda yaşayan varlı ermənilər ABŞ və Avropadakı ölkələri seçirlər. Bu ermənilər ABŞ və Avropadakı qohumlarının maliyyə dəstəkləri hesabına adı çəkilən ölkələrə gedirlər. Livanda yaşayan kasıb və Qərb ölkələrində qohumu, tanışı olmayan ermənilər isə Ermənistanı seçmək məcburiyyətində qalırlar. Livandakı ermənilərin Ermənistana köçünü diqqətlə izləməliyik. Çünki Ermənistan hakimiyyətlərin illərdir davam edən siyasəti ona yönəlib ki, kənardan gələn ermənilər Azərbaycanın işğal altındakı ərazilərinə köçürülsün. Ermənistan hakimiyyəti bu yolla işğal altındakı əraziləri məskunlaşdırmağa çalışır. Eyni ilə Suriyada müharibə başlayanda varlı ermənilər Qərb ölkələrinə, kasıb ermənilər isə Ermənistana və bir hissəsi işğal altındakı torpaqlara köçürüldü. Ermənistanda doğulan və yaşayan ermənilər Azərbaycanın işğal altındakı torpaqlarına köçmürlər, çünki bunun onlar üçün necə riskli və gələcəkdə müharibənin qaçılmaz olduğunu anlayır. Gəlmə ermənilər isə Dağlıq Qarabağ və digər işğal altındakı rayonları ona görə seçirlər ki, çünki İrəvan onlara başqa alternativ təklif etmir, işğal altındakı ərazilərdə isə onlara ev, heyvan və bir qədər maliyyə verir”, - deyə politoloq bildirib.

Elxan Şahinoğlu deyir ki, rəsmi Bakı Beyrutdakı partlayışla bağlı Livana 1 milyon dollar verib: “Ermənistan qardaş adlandırdığı Livana quruca başsağlığı verib, Azərbaycan isə pul ayırıb. Bu unudulmayacaq. Əlbəttə, bu o demək deyil ki, Livan bu pulun müqabilində gələcəkdə Ermənistanla münasibətlərinə göz gəzdirəcək. Buna baxmayaraq, bizim tam haqqımız var ki, diplomatik kanallarla Livan hökumətinin diqqətinə çatdıraq ki, erməni vətəndaşlarına Azərbaycanın işğal altındakı torpaqlarına məskunlaşmanın necə təhlükəli olduğunu bəri başdan anlatsın. Ancaq orası da var ki, partlayışdan sonra Livan elə vəziyyətdədir ki, kimin hara köçəcəyi rəsmi Beyrutun marağında deyil. Tam əksinə, iqtisadi və sosial xaosa yuvarlanan Livan hökuməti ölkə əhalisinin bir hissəsinin, o cümlədən ermənilərin miqrasiyasını arzulayır”.

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı Livan tərəfini xəbərdar etməlidir: “Azərbaycan ərazilərinə Livan və digər ölkələrdə yaşayan ermənilərin köçürülməsi ilə bağlı rəsmi məlumat əldə edəcəyiksə, onlar buna görə məsuliyyət daşıyacaqlar. Ermənilər bu günə qədər çalışırdılar ki, etnik kökənli Livan, Suriya ermənilərini işğal olunmuş Azərbaycan ərazilərinə gətirsinlər. Azərbaycan bu cür hərəkətlərin qarşısının alınması üçün addımlar atacaq”.

Hərbi ekspert deyib ki, Azərbaycanın Livana 1 milyon yardım etməsi də unudulmamalıdır: “Livanın düşdüyü durumla bağlı Azərbaycan bu ölkəyə 1 milyon dollar yardım edib. Azərbaycan bir sıra məsələlərdə Livana əvvəllər də dəstək olub. Livan ona daim dəstək olan Azərbaycanın maraqlarını nəzərə almalıdır. Biz indiyə qədər bir sıra ölkələrlə yumşaq danışmışıq, bunun müqabilində Azərbaycana qarşı hörmətsiz davranış sərgiləyiblər. Biz Livanın çətin durumunu da anlayışla qarşılayırıq. Hər halda, onlar ermənilərin toruna düşməyəcəklərinə inamımız var. Livanın öz vətəndaşlarının Azərbaycanın işğal altında olan ərazilərinə yerləşməsinə imkan verməyəcəyinə inam var”.

Hərbi ekspert deyir ki, məskunlaşmaya razı olan Livan erməniləri də məsuliyyətlərini dərk etməlidir: “Sabah onların məskunlaşacağı Azərbaycanın işğal altındakı ərazilərində ölkəmizin ordusu əməliyyatlar keçirə bilər. Bunu nəzərə almalıdırlar. Bundan başqa onları aldadıb həmin ərazilərdə məskunlaşdıranlar da məsuliyyət daşıyırlar. Sabah həmin ərazilərdə məskunlaşanların başı ağrıyanda, həyatını itirəndə, problemlə üzləşəndə buna görə Azərbaycan məsuliyyət daşımayacaq. Bunun məsuliyyəti Livanın və Ermənistanın üzərində olacaq. İşğal altında olan ərazilərimizlə bağlı fikrimiz qətidir, işğaldan azad etməkdə israrlıyıq. Ona görə də Livan vətəndaşlarını işğal altındakı Azərbaycan ərazilərinə köçürmək istəyənlər bunun məsuliyyətini üzərinə götürmüş olurlar”.

Hərbi ekspert deyir ki, Azərbaycan əsgəri əməliyyatlara başlayanda əlində silah olan şəxsdən vətəndaşlığını soruşmayacaq: “Bunu unutmasınlar ki, hərbi əməliyyatlar, antiterror əməliyyatlar zamanı mülki vətəndaşlar xaric hər bir silahlı məhv ediləcək. Ermənistan həmin Livan vətəndaşlarını ora dəvət etməkdə məqsədi var. O adamları dəvət edirlər ki, əllərinə silah verib öz çirkin məqsədləri üçün istifadə etsinlər”.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ