31-08-2020, 10:15 Oxunub: 154
Dağlıq Qarabağın azərbaycanlı icmasından Qubadlının işğalının 27-ci ildönümü ilə bağlı BƏYANAT

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir:
“1993-cü ilin 31 avqust tarixində Azərbaycan Respublikasının Qubadlı rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Ermənistanın təcavüzü nəticəsində 238 Qubadlı sakini şəhid olub, 316 nəfər əlil, 100-dən çox insan isə itkin düşüb. İşğal nəticəsində rayonun inzibati mərkəzi və 93 kəndi tamamilə dağıdılaraq talan edilib, 40 mindən çox Qubadlı sakini məcburi köçkünə çevrilib.
Qubadlının işğalı nəticəsində 445 min kvadrat metr mənzil fondu, dörd tibb ocağı, altı uşaq bağçası, 61 ümumi təhsil məktəbi, 10 mədəniyyət evi, 24 klub, bir tarix-diyarşünaslıq muzeyi, 60 kitabxana dağıdılıb, işğalçılar 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni isə yandırıb, talan ediblər. Aşağı Mollu və Həmzəli kəndlərinin hər birində doqquz, Əliquluuşağı kəndində beş, “Gavur dərəsi” deyilən ərazidə isə 4-cü əsrə aid bir qədim mağara, 5-ci əsrdə tikilmiş Göy qala, Muradxanlıda Qalalı qalası, Xocamsaxlı kəndindəki tarixi abidələrin hamısı düşmən tapdağı altında qalıb.
Ermənistanın münaqişənin əvvəlində iddia etdiyi əzəli torpaqlarımız olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən Qubadlı rayonu da daxil olmaqla ətraf yeddi rayonu işğal etməsi, münaqişənin məhz Ermənistanın Azərbaycan ərazilərini güc yolu ilə ilhaq etmək niyyətindən qaynaqlandığını sübut edir. Son illərdə Ermənistan tərəfindən Qubadlı da daxil olmaqla, işğal altındakı Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma siyasətinin daha da gücləndirilməsi onu göstərir ki, Ermənistan ərazilərimizi işğal altında saxlamaq və işğalın nəticələrini möhkəmləndirmək niyyətindən əl çəkməyib və münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.
Bəyan edirik ki, münaqişənin həlli yalnız Ermənistan Silahlı Qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma torpaqlarına qayıdışından sonra mümkündür. Bütün məcburi köçkünlər kimi qubadlılar da öz doğma torpaqlarına geri dönəcəklər”.
XƏBƏR LENTİ
23:39 | Nə TƏBİB, nə də nazirlik onlara sahib çıxmır - SOS: Bir azdan həkim tapmayacağıq! 22:50 | Hacıqabulda vətəndaşları incidən kimdir? - Nazirə müraciət olundu 22:22 | Sahil Babayevin işçilərindən ŞOK QƏRAR - FOTO 21:47 | Başçının DİQQƏTİNƏ: Goranboyda vətəndaş acınacaqlı durumdadır... - Vətəndaş HARAY ÇƏKİR 21:18 | Xaçmazda bulanıq tenderlər... - İLGİNC FAKTLAR 20:44 | Vilyam Hacıyevə rüşvət verən şəxs necə oldu təkrar vəzifəyə qaytarıldı... - İLGİNC FAKT 20:19 | Ramiz Mehdiyevin İsa Həbibbəylini “vurmasının” şok səbəbi - İLGİNC İDDİA 19:52 | "Görəsən, bu şirkətə bir əncam çəkən olacaq?" - GİLEY 19:23 | Ermənistan üçün tək şans: Bataqlıq, yoxsa aydınlıq? - TƏHLİL 18:45 | Məğlub ölkə kapitulyasiyadan sonra strateji “yol xəritəsi axtarışında - TƏHLİL 18:20 | Azərbaycan ictimaiyyəti qardaş ölkənin ölkəmizdə hərbi baza qurmasını arzulayır - AMMA... 17:49 | Vidadi Muradovun qandallanmasını qaçılmaz edən səbəblər - ilginc detallar... 17:21 | Yasamalda satışa çıxarılan yaşıllıq ərazi hansı məmura məxsusdur? - FOTO 16:46 | “Döyüşdən qayıdan hərbçilərə psixoloji yardım mütləqdir” - GƏLİŞMƏ 16:17 | Metro da açılmalıdır, digər obyektlər də... - Əks halda...