Səməd Seyidov: "İnsan haqları üzrə işçi qrupu Avropa Şurasının nümayəndəsi olmadan da fəaliyyətini davam etdirəcək"
Siyaset
Oxunub: 1 028
8 okt 2015 | 14:34
İşçi qrupu Avropa Şurasının qərarı ilə bağlı bəyanat hazırlayıb
Səməd Seyidov: "İnsan haqları üzrə işçi qrupu Avropa Şurasının nümayəndəsi olmadan da fəaliyyətini davam etdirəcək"
"Azərbaycanda yaradılmış, qeyri-hökumət təşkilatları, dövlət nümayəndələri, parlament üzvlərindən ibarət olan işçi qrupu fəaliyyət göstərir, əminəm ki, bundan sonra da göstərəcək".
Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA yanında nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandın Azərbaycanda insan haqları üzrə fəaliyyət göstərən işçi qrupunda onun nümayəndəsinin iştirak etməyəcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.
Millət vəkili əlavə edib ki, mətbuatda AŞ-nin Azərbaycanla əlaqələrini kəsməsi barədə məlumatlar dərc edilir, lakin bu fikilər həqiqəti əks etdirmir: "Sadəcə, bu işçi qrupunun işində Avropa Şurası baş katibinin nümayəndəsi də iştirak edirdi və biz çox təəssüflənirik ki, cənab Yaqland belə bir bəyanat verərək nümayəndəsinin işçi qrupunda iştirakının qarşısını aldı. Bununla, Avropa Şurası özünə böyük bir zərbə vurdu. Ona görə ki, bu işçi qrupunu biz Avropa Şurası üçün yaratmamışıq. Bu bizim təşəbbüsümüzdür. İşçi qrupu Azərbaycanda insan haqları ilə bağlı məsələləri araşdırıb həll etmək istiqamətində xeyli iş görüb. Qısa müddətdə QHT-lər tərəfindən narahatçılıqla qarşılanan 16 nəfər həbsdən azad olunub, bir nəfərin cəza müddəti xeyli azaldılıb. Xeyli şəxsin hüquqlarının təmin olunması ilə bağlı məsələlərinin artıq həll olunması istiqamətində işlər gedirdi və gedir".

S. Seyidov bu bəyanatın arxasında hansı anti-Azərbaycan qüvvələrinin dayandığının Azərbaycana məlum olduğunu deyib: “Biz bu anti-Azərbaycan qüvvələrinin təzyiqi ilə bu gün də rastlaşırıq. O cümlədən də bu bəyanat məhz həmin anti-Azərbaycan qüvvələrinin təsiri altında verilib. Bu, isterik vəziyyətdə olan erməni lobbisinin təsiridir. O cümlədən müstəqil Azərbaycanın beynəlxalq təşkilatlarda fəaliyyəti, Azərbaycanın bu gün söz sahibinə çevrilməsi xüsusi qüvvələri narahat edir və onlar Avropa Şurasında belə bir bəyanatın verilməsinə təkan veriblər. Bununla, onlar işçi qrupuna deyil, Avropa Şurasının nüfuzuna zərbə vurdular. Biz insan haqları ilə bağlı məşğul olmuşuq, oluruq və gələcəkdə də olacağıq. Avropa Şurası baş katibinin nümayəndəsi işçi qrupunun işində iştirakdan imtina edirsə, etsin. Lakin bu o demək deyil ki, işçi qrupunun fəaliyyəti dayandırılacaq. İşçi qrupunun həmsədri kimi deyirəm, işçi qrupu fəaliyyətini davam etdirəcək. İşçi qrupu Azərbaycanda demokratikləşmə proseslərinin, insan haqları ilə bağlı məsələlərin həlli istiqamətində fəaliyyətini davam edəcək. QHT nümayəndələri, millət vəkilləri, dövlət rəsmiləri işçi qrupunda işlərini davam etdirməkdə israrlıdırlar".
S. Seyidov işçi qrupunun artıq məsələ ilə bağlı bəyanat verdiyini deyib. Onun sözlərinə görə, bütün qrup üzvlərinin imzaladığı bəyanat AŞ-ya göndəriləcək.
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...