“İlham Əliyevin uğurlu ekoloji siyasəti” kitabı çap olunub
Siyaset
Oxunub: 1 182
9 okt 2015 | 05:38
“İlham Əliyevin uğurlu ekoloji siyasəti” kitabı çap olunub


























Nəşr 24 bölmədən ibarətdir

“İlham Əliyevin uğurlu ekoloji siyasəti” kitabı işıq üzü görüb.

AzərTAc xəbər verir ki, kitab Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanıb. Onun elmi redaktoru ekologiya və təbii sərvətlər naziri, professor Hüseyn Bağırovdur.

Məlumdur ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın nadir təbiətinin mühafizəsi məsələlərinə həmişə xüsusi diqqət yetirirdi. Yeni nəşr Ulu Öndərin bu sözləri ilə açılır: “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız. Təbiətə zərər vuranlar, ağacları kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir”.

Heydər Əliyevin Vətənimizin biomüxtəlifliyinin, onun bənzərsiz gözəlliyinin qorunub saxlanılması sahəsində müdrik siyasəti hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Kitabın birinci səhifəsində dövlətimizin başçısının bu sözləri yer alıb: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su – bütün bunlara biz çox böyük diqqət göstərməliyik”.

Hüseyn Bağırovun kitaba yazdığı ön sözdə deyilir ki, iqtisadiyyatın dinamik inkişafı nəticəsində gəlirlərin artması, onların qeyri-neft sektoruna yönəldilməsi ekoloji layihələrin həyata keçirilməsinə böyük imkanlar açıb. Bir çox ölkələrin maliyyə böhranının çətinliklərini hiss etdikləri bir vaxtda Azərbaycanda infrastruktur layihələri həyata keçirilirdi, ekoloji problemlərin həllinə yönəldilən tədbirlər prioritet elan edilmişdi. Dövlətimizin başçısının sərəncamları ilə ölkəmizdə yeni qoruqlar yaradılıb, daha əvvəl yaradılan qoruqların sahələri genişləndirilib, Xəzərin sahilində modul tipli sutəmizləyici qurğuların quraşdırılması istiqamətində böyük iş aparılıb. Əhalinin suyun keyfiyyəti ilə bağlı çətinlik çəkdiyi kəndlərdə də sutəmizləyici qurğular quraşdırılıb. Kür çayı boyunca yerləşən kəndlərdə yaşayan 450 mindən çox adam Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən su ilə təmin olunub.

Son illərdə ölkədə yaşıllaşdırma işləri geniş vüsət alıb. Bu tədbirlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər, Leyla Əliyevanın başçılıq etdiyi IDEA İctimai Birliyi də fəal iştirak edir. Nəşrdə yeni yaşıllıqların miqyasını göstərən məlumatlar verilib. Belə ki, 2008-2014-cü illərdə 4 352 933 ting əkilib, 3 164 hektar ərazidə müasir damcı suvarma sistemi quraşdırılıb.

Kitabda dövlət qoruqlarına, yasaqlıqlarına və digər təbiəti mühafizə obyektlərinə geniş yer ayrılıb. Hazırda ölkədə 9 milli park, 11 dövlət qoruğu və 24 dövlət yasaqlığı fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi bütövlükdə ölkənin ümumi ərazisinin 10,3 faizini təşkil edir. Kitabın hər bir qoruğa dair bölməsində ölkəmizin bu nadir guşələrinin flora və fauna növlərinin çoxsaylı fotoşəkilləri yer alıb.

24 bölmədən ibarət olan kitabda Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf 7 rayonun təbiəti haqqında məlumatlar verilir, Azərbaycanın təbii sərvətlərini vəhşicəsinə məhv edən təcavüzkarın vurduğu ümumi ziyan göstərilir. İşğal edilmiş ərazilərdə 247 352 hektar meşə sahəsi, o cümlədən nadir ağac növlərinin bitdiyi 13197,5 hektar meşə sahəsi, 152 təbiət abidəsi və 5 geoloji obyekt məhv edilib.

Nəşrdə çoxsaylı dövlət ekoloji proqram və layihələrinin həyata keçirilməsinin gedişatı haqqında statistik göstəricilər, Azərbaycan Milli Məclisinin ratifikasiya etdiyi beynəlxalq təbiəti mühafizə Konvensiyaları haqqında məlumatlar verilib.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...