Elmar Məmmədyarov Panamanın vitse-prezidenti ilə görüşüb
Siyaset
Oxunub: 1 048
9 okt 2015 | 14:45
Xarici işlər naziri Elmar Məmmədyarov Panama Respublikasına rəsmi səfəri çərçivəsində Panama Respublikasının vitse-prezidenti və xarici işlər naziri xanım İsabel de Sant Malo de Alvarado ilə görüşüb.
Elmar Məmmədyarov Panamanın vitse-prezidenti ilə görüşüb
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Panamanın xarici işlər naziri azərbaycanlı həmkarını ölkəsində görməkdən məmnun olduğunu bildirərək bu rəsmi səfərin iki ölkə arasında əməkdaşlığa önəmli töhfə verəcəyinə əminliyini ifadə edib.

Ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu deyən xanım İsabel de Sant Malo de Alvarado iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə dair imzalanacaq sənədin ikitərəfli siyasi dialoq mexanizminin təsis edilməsinə xidmət edəcəyini nəzərə çatdırıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın xarici siyasətində Mərkəzi və Cənubi Amerika dövlətləri ilə əlaqələrin hərtərəfli inkişafına mühüm əhəmiyyət verdiyini qeyd etdi. O, Azərbaycan və Panama arasında mövcud əməkdaşlığın enerji və sərmayələr də daxil olmaqla, digər sahələrə də sirayət etməsinin vacibliyini diqqətə çatdırdı. Bu sahələrdə əməkdaşlığın hüquqi çərçivəsinin yaradılması üçün müvafiq hökumətlərarası sənədlərin imzalanmasının və ümumiyyətlə, iki ölkə arasında müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Elm-təhsil, təlim və digər humanitar sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu deyən nazir Elmar Məmmədyarov ADA Universiteti və Panamanın diplomatik institutu arasında təmasların yaradılmasının səmərəli olacağını qeyd edib.

Bakı-Tbilisi-Qars dəmir yol xətti, yeni tikilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ölkəmizin nəqliyyat infrastruktur imkanları haqqında məlumat verən Elmar Məmmədyarov bu layihələr vasitəsilə qədim İpək Yolu boyunca yük daşımalarının və iqtisadi-ticarət əlaqələrinin əsaslı şəkildə artacağını deyib.

Ölkəsində əlverişli investisiya mühitinin yaradıldığını deyən panamalı nazir Azərbaycanın Panama üçün arzuolunan tərəfdaş olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara toxunan Elmar Məmmədyarov Panamanın bu münaqişə ilə əlaqədar beynəlxalq hüququn prinsipləri əsasında tutduğu ədalətli mövqeyinə və Panama Parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsdiqləyən, eləcə də Xocalı soyqırımını tanıyan qətnamənin qəbuluna görə təşəkkürünü ifadə edib.

Münaqişənin həlli ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının tələb edildiyini deyən nazir Ermənistanın buna məhəl qoymadığını və münaqişənin həllinə maneələr yaratdığını vurğulayıb.

Elmar Məmmədyarov Ermənistanın işğal və təcavüzə əsaslanan mövcud status kvonu davam etdirmək siyasəti yürütdüyünü qeyd edərək, etimad quruculuğu tədbirləri məsələsinin Ermənistan tərəfindən siyasi möhtəkirlik obyektinə çevrildiyini söyləyib. O əlavə edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların qurulması kimi praktiki etimad quruculuğu tədbirlərinin nəticələri Ermənistan hakimiyyətinin maraqlarına cavab vermədiyi üçün hər bir vəchlə rəsmi Yerevan buna imkan vermir.

Panamalı nazir ölkəsi üçün dövlətlərin ərazi bütövlüyü və suverenliyinin vacib prinsiplər olduğunu diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov panamalı həmkarını Azərbaycana səfərə dəvət edib.

Görüşün sonunda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Panama Xarici İşlər Nazirliyi arasında ikitərəfli məsləhətləşmələr haqqında anlaşma memorandumu imzalanıb.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO