15-09-2020, 18:23 Oxunub: 67

Siyavuş Novruzovu kim əvəz edəcək? – AD AÇIQLANDI

Siyavuş Novruzovu kim əvəz edəcək? – AD AÇIQLANDI


Məlum olduğu kimi, Ramiz Mehdiyevin sərt karantin dövründə təşkil etdiyi toy məclisində iştirak edən deputat Siyavuş Novruzov ciddi tənqidlərə və ittihamlara tuş gəlib. Nəticədə uzun illər yerinə yetirdiyi YAP-ın icraçı katibinin müavini və Təşkilat şöbəsinin müdiri vəzifələrilə vidalaşmalı olan S.Novruzov hələlik parlamentdə komitə sədri postunu saxlamaqdadır.

S.Novruzovun bir müddət əvvəl vidalaşdığı YAP-ın Təşkilat şöbəsinin müdiri vəzifəsinin yeni sahibi məlum olub.

Bu postu hakim partiyanın Qaradağ rayonundan deputatı, YAP Siyasi Şurasının üzvü, YAP-ın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov tutacaq.

Aydın Hüseynov 1962-ci ildə Tovuz rayonu Çatax kəndində anadan olub. Azərbaycan Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Uzun illər maliyyə sistemində müxtəlif vəzifələr tutub.

Ardıcıl iki dəfə Qardağ rayonundan YAP-ın deputatı seçilib. (Azpolitika)
Siyavuş Novruzovun adı siyahıdan çıxarıldı Siyavuş Novruzovun adı siyahıdan çıxarıldı Siyaset Siyavuş Novruzovun istefası qəbul edilib Siyavuş Novruzovun istefası qəbul edilib Siyaset Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verdi Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verdi Siyaset “Ramiz Mehdiyev bizi aldadıb” — Siyavuş Novruzov “Ramiz Mehdiyev bizi aldadıb” — Siyavuş Novruzov Siyaset Siyavuş Novruzovun xanımı yeni Ombudsman seçildi Siyavuş Novruzovun xanımı yeni Ombudsman seçildi Siyaset