Xankəndində parad, yoxsa suverenliyimizə müdaxilə cəhdi? - NƏ ETMƏLİ?
Siyaset
Oxunub: 430
29 apr 2021 | 16:48
Xankəndində parad, yoxsa suverenliyimizə müdaxilə cəhdi? - NƏ ETMƏLİ?


Ermənistandakı Rusiyaya məxsus 102-ci hərbi bazadan da buraya hərbi texnika və əlavə canlı qüvvə yeridiləcəksə, sözsüz ki, bu, Azərbaycan dövlətinin suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə müdaxilə cəhdindən başqa bir şey olmayacaq.

Rusiya hər il olduğu kimi, bu il də İkinci Dünya Müharibəsinin növbəti ildönümünü qeyd etməyə hazırlaşır. Amma bu dəfə rus əsgərləri Moskva meydanları ilə yanaşı, Azərbaycan ərazisində də parad keçirmək niyyətindədir. Bəli, məhz Azərbaycan ərazisində! Özü də Azərbaycan xalqının maraqlarını nəzərə almadan, rəsmi Bakı ilə anlaşmadan! Doğrudur, Azərbaycanda da 9 may – faşizm üzərində qələbə gününü “Böyük Vətən Müharibəsi” kimi qəbul edənlər az deyil. Üstəlik, bu savaşda Azərbaycan xalqı da böyük itki verdiyindən, bu tarixi yad etmək olar. Ən azı həlak olanlarımızın xatirəsini əziz tutmaq üçün. Amma 9 may Azərbaycanın qələbə günü olmadığından, həmin tarixdə ölkəmizdə hərbi parad keçirilməsi milli maraqlarımıza ziddir.

Təbii ki, söhbət Rusiya sülhməramlılarının Qarabağda, Xankəndində 9 may tarixində hərbi parad keçirməyə hazırlaşmasından gedir. Özü də indiki həssas və “Qarabağ Azərbaycandır!” şüarının Azərbaycanda hər bir vətandaşın dilinin əzbəri olduğu bir dönəmdə. Əgər rus sülhməramlılarının missiyası tezliklə Qarabağı qansız-qadasız Azərbaycana təhvil verməkdən ibarətdirsə, o zaman Xankəndində yaşayan ermənilər üçün hərbi paradın keçirilməsi nə məqsəd daşıyır?! Bəlli olduğu kimi, hər bir paradın keçirilməsində başlıca məqsəd dövlətin öz hərbi gücünü nümayiş etdirməkdir. Əgər belədirsə, o halda Rusiya sülhməramlıları Xankəndində öz güclərini kimə nümayiş etdirirlər?! Digər tərəfdən, Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərlərinin imzaladığı 10 noyabr bəyanatında rus sülhməramlıların məhdud sayda hərbi texnikalarla təmin olunması məsələsi öz əksini tapıbsa, o halda mayın 9-da rus hərbçiləri hansı texnikaları nümayiş etdirəcəklər?! Çünki,məlum anlaşmaya əsasən, “Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib”.Əgər söhbət həmin texnikaların nümayişindən gedirsə, bu, kimə lazımdır? Yox, Ermənistandakı Rusiyaya məxsus 102-ci hərbi bazadan da buraya hərbi texnika və əlavə canlı qüvvə yeridiləcəksə, sözsüz ki, bu, Azərbaycan dövlətinin suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə müdaxilə cəhdindən başqa bir şey olmayacaq.

Azərbaycan Rusiyaya qarşı hansı addımları atmalıdır?

Təbii ki, dövlətlər heç bir qərarı boşuna vermir və hər bir siyasi gedişin öz hədəfləri olur. Bu baxımdan, rəsmi Moskvanın Xankəndində parad keçirməsinin arxasında ciddi siyasi maraqlar durduğu istisna deyil. O da bəllidir ki, bu siyasi gediş birbaşa Azərbaycan dövləti və qardaş Türkiyənin nəbzini yoxlamağa hesablanıb. Çox güman ki, hər iki ölkədə istər parad öncəsi, istər də sonra baş verən proseslər Kremldə ciddi şəkildə təhlil olunacaq və Rusiyanın Qarabağla bağlı gələcək planları da məhz bu reaksiyalara uyğun tərtib olunacaq. Yəni bu parad Moskvanın siyasi təxribat cəhdindən başqa bir şey deyil.

Əlbəttə, belə bir vəziyyətdə “Şimal Ayısı”nın təxribatlarına getmək olmaz. İstər qardaş Türkiyə, istər də rəsmi Bakı Moskvanın bu əməlini soyuqqanlılıqla müşahidə etməklə yanaşı, alternativ planlar üzərində də işləməlidir. Çünki Rusiyanın bu addımı bir daha onu təsdiq edir ki, Moskva 10 noyabr bəyannatının müddəalarına əməl etməyə də bilər. Belə bir vəziyyətdə isə hansı addımların atılacağı indidən Milli Ordu rəhbərliyinin əlində paket halında hazır olmalıdır. Doğrudur, Prezident İlham Əliyev Azərbaycanın “dəmir yumruğu”nun düşmənə hər an növbəti zərbə vurmağa hazır olduğunu ermənilərə, dolayısı ilə Rusiya rəhbərliyinə tez-tez xatırladır. Amma görünən odur ki, ermənilər 44 günlük İkinci Qarabağ Savaşından yetərincə “dərs almayıblar” və sonuncu separatçı erməni qalanadək məhv edilmək üçün “əldən-ayaqdan” gedirlər.

Baydenin bəyanatından doğan eyforiya

Yeri gəlmişkən, ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanıması da son vaxtlar ermənilərin eyforiyaya qapılmasına səbəb olub. Bu hadisə ətrafında yaşanan proseslərin gedişi həm də onu göstərir ki, Baydenin məlum çıxışı ermənilər arasında separatçılıq meyllərini daha da artırıb. Üstəlik, bununla İkinci Qarabağ Savaşında Rusiyadan üz döndərən ermənilərin ABŞ-a böyük sevgi ilə yanaşdığı da aşkardır. Bu baxımdan, Rusiyanın mayın 9-da Xankəndində hərbi parad keçirmək qərarının həm də Baydenin məlum çıxışı ilə bağlı olduğu istisna olunmamalıdır. Çünki Rusiya Ermənistan cəmiyyətində Amerikaya “sevgi toxumları”nın cücərib, daha da böyüməsində heç bir halda maraqlı ola bilməz. Görünür, Kremlin Xankəndində hərbi parad keçirmək niyyətinin arxasında da məhz o dayanır ki, ermənilər Rusiyanın hərbi gücünü hər zaman öz yanlarında hiss etsinlər. Bir sözlə, rəsmi Moskva məlum paradla “bir daşla iki quş” vurmaq niyyətindədir. Yuxarıda qeyd etdiyimiz kimi, həm regiondakı gələcək siyasi oyunları üçün Azərbaycan və Türkiyənin reaksiyasını öyrənmək, həm də erməniləri yenidən öz tərəfinə çəkmək istəyir.

Azərbaycan və Türkiyənin növbəri ortaq addımı…

Belə bir vəziyyətdəistər rəsmi Bakı, istər də qardaş Türkiyə öz kartını bir qədər də açıq oynamalıdır. Rusiya rəhbərliyinə açıq şəkildə çatdırılmalıdır ki, Azərbaycan ordusu İkinci Qarabağ Savaşında yarım qalan işini istənilən an yekunlaşdıra və işğaldan azad olunan digər rayonlar kimi, Qarabağın hazırda müvəqqəti olaraq rus sülhməramlılarının nəzarətində olan əraziləri də silah gücünə qısa zamanda azad oluna bilər. Azərbaycanın bu prinsipial mövqeyi hər zaman ortada olmalıdır ki, istər “revanş” niyyətinə düşən separatçı ermənilər, istər də onların havadarları bu məsələdə nə qədər ciddi olduğumuzu bir an belə unutmasınlar.

O ki qaldı konkret olaraq Xankəndində keçirilməsi nəzərədə tutulan 9 may paradına, zənnimizcə, son vaxtlar mətbuatda səslənən “Xankəndində keçiriləcək məlum parada nə üçün adekvat bir addım atmayaq, biz də həmin gün Şuşada hərbi parad keçirməyək?” kimi fikirlər tez bir zamanda nəzərdən keçirilə bilər. Bu, həm indiyə kimi hər il 8 mayda Şuşanın işğalını bayram kimi qeyd edən ermənilərə, həm də Xankəndində Azərbaycanla hesablaşmadan, onun razılığını almadan, Azərbaycan rəsmilərini dəvət etmədən, qondarma rejimin iştirakıyla parad keçirməyə hazırlaşanlara layiqli cavab olar. “İkinci Dünya Müharibəsində həlak olan 300 mindən çox azərbaycanlının xatirəsinə hörmət əlaməti olaraq bu paradı elə bir təntənə ilə qeyd edək ki, Xankəndində, yəni Şuşanın ayağının altında olanların himnimizi eşidən qulaqları, bayrağımızı görən gözləri deşilin. Hələ havaya bir neçə hərbi dron da qaldırmaq olar ki, qulaqları “Bayraktar” səsi üçün yadırğayan ermənilər ayılsınlar…” – deyə, səslənən fikirlər indiki vaxtda tam yerinə düşür.

“Hürriyyət”
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...