19-09-2020, 16:23 Oxunub: 95

AMEA bir şəxsin maraqlarına qurban verilir - GƏLİŞMƏ

AMEA bir şəxsin maraqlarına qurban verilir - GƏLİŞMƏ


Azərbaycan Milli Elimlər Akademiyası ölkənin ən vacib qurumu olmalıdır. Lakin biz bu gün bu qurumun müəyyən şəxslərin konkret siyasi maraqları əsasında fəaliyyət göstərdiyini görürük. AMEA prezidenti, akademik, PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında baş verən proseslər, eyni zamanda qurumun rəsmi saytında heç bir elmi əsası olmayan siyasi motivli yazıların dərc olunması mənfi bir haldır. Şərqşünaslıq İnstitutunun elmi işçisi, professor Solmaz Rüstəmova Tohidinin AMEA-nın rəsmi saytında yayılan məqaləsi isə bir daha bu qurumun, əslində, mahiyyətindən kənar işlər gördüyünü sübut edir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, professor Solmaz Rüstəmova Tohidinin AMEA-nın rəsmi saytında yayılan məqaləsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Solmaz Tohidinin yaxşı bir tarixçi alim kimi tanıyır:

“Onun elmi fəaliyyəti ilə yaxından tanışam. Lakin Solmaz xanımın Ramiz Mehdiyev ətrafında baş verən proseslərin səngidiyi və az qala gündəmdən çıxdığı bir vaxtda belə bir yazı yazması və bu yazını ölkənin bir nömrəli elmi qurumunun rəsmi saytında yayınlamasını anlamaq olmur. Baxın, cəmiyyətdə hər kəs öz vəzifəsini, məsuliyyətini dərk edib xalqına xidmət etməlidir. Bir elm xadiminin əsas vəzifəsi ölkəsinin, xalqının inkişafına töhfə verəcək əsərlər ərsəyə gətirmək və ya xalqın maariflənməsinə çalışmaqdır”.

Politoloqun sözlərinə görə, nə AMEA şəxsi mülkdür, nə də qurumun rəsmi saytı:

“Son zamanlar konkret şəxslərə görə AMEA kimi bir qurumun adının mənfi hallanması məni çox üzür. Bu qurum uzun illər ölkəmizə müstəsna xidmətlər göstərib. Bu qurumda dəyərli alimlər, elm xadimləri çalışıb. Bəs nə oldu ki, bu gün həm qurum, həm də onun rəsmi saytı şəxsi ambisiyalar və siyasi motivli məqalələr yayınlayaraq öz tarixi adını qaralayır. Düşünürəm, bu kimi hallar ciddi araşdırılmalı, müəyyən məsələlər həll edilməlidir. Qurumun işçiləri isə daha çox elmi fəaliyyətləri ilə seçilməli, innovativ kəşflər, dəyərli əsərlər ilə gündəmə gəlməlidir”.
AMEA-dan şok məqalə: - Müdafiə, yoxsa dövlətə qarşı çağırış?! AMEA-dan şok məqalə: - Müdafiə, yoxsa dövlətə qarşı çağırış?! Siyaset Ramiz Mehdiyev AMEA-nın sədri seçildi — SON DƏQİQƏ Ramiz Mehdiyev AMEA-nın sədri seçildi — SON DƏQİQƏ Siyaset AMEA həm də ixtisarlara başladı: kimlər gedir? - GƏLİŞMƏ AMEA həm də ixtisarlara başladı: kimlər gedir? - GƏLİŞMƏ Sosial AMEA-da ciddi ixtisarlar başladı – Açıqlama AMEA-da ciddi ixtisarlar başladı – Açıqlama Siyaset AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifədən azad edilib AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifədən azad edilib Sosial