Əli Kərimlinin Cəmil Həsənliyə qəzəbi: “Bu qocanın kitabını bağlamaq vaxtı çatıb”
Siyaset
Oxunub: 1 116
10 okt 2015 | 17:01
Bu dəfə şəxsiyyətəpərəstişin qurbanı Milli Şura sədri olacaq
Əli Kərimlinin Cəmil Həsənliyə qəzəbi: “Bu qocanın kitabını bağlamaq vaxtı çatıb”
Zaman keçdikcə Əli Kərimlinin qurultay adlandırdığı toplantı-şounun gizli məqamları üzə çıxır. Redaksiyamıza həmin toplantıda və ondan sonra baş vermiş olaylarla bağlı maraqlı məlumatlar daxil olub. Milli Şura rəhbərliyinə daxil olan və məlum səbəblərdən adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, qurultaydan sonra Əli Kərimli və Cəmil Həsənli arasında ciddi gərginlik yaşanıb. Mənbə bu gərginliklə bağlı detalları açıqlayıb: “Qurultaya qədər Milli Şuranın Koordinasiya Mərkəzinin toplantılarında və qeyri-rəsmi yığıncaqlarımızda Əli Kərimli bir neçə dəfə yarızarafat “Cəmil müəllim bu qurultaya sürpriz hazırlayıb” deyirdi. Düzü, bunun konkret nə olduğunu bilmirdik. Ancaq qurultaya bir neçə gün qalmış Milli Şuranın Koordinasiya Mərkəzinin çox dar çərçivədə üzvləri arasında məsələ açıldı və məlum oldu ki, Əli Kərimli Cəmil Həsənlidən AXCP-yə qayıtmasını istəyib. Üzbəüz “yox” cavabı verməkdən çəkinən Cəmil müəllim “Milli Şura sədrinin hansısa partiya üzvü olması düzgün qarşılanmaz” formasında bu məsələni müzakirəyə çıxarıb. Biz çoxumuz da bu fikrin doğru olduğunu bildirdik. Belə bir situasiyaya hazır olmayan Əli Kərimli “Mən bu məsələni Cəmil müəllimə zarafatla demişəm, o, onsuz da ruhən cəbhəçidir”, deyərək mövzunu bağladı. Ancaq hamı hiss etdi ki, Kərimli pərt olub. Yəni, doğrudan Cəmil müəllimə belə bir təklif olunduğu və rədd cavabının gözlənilmədiyi sezilirdi”. Mənbənin sözlərinə görə Kərimli-Həsənli münasibətlərindəki gərginlik qurultay adlandırılan toplantıda pik həddə çatıb. Buna səbəb isə tarixçi professorun hüquqşünas siyasətçinin əsəblərinə toxunan hərəkətləri və çıxışı olub. Mənbə bununla bağlı deyir: “Kərimli daxilən şəxsi diktatura və alternativsiz pərəstişə meyilli adamdır. Həmin tədbirdə Əli Kərimli zala daxil olarkən birinci cərgənin ayağa qalxmaması onu xeyli əsəbiləşdirib. Həmin şəxslər qonaqlar olsa da, bu az sayda qonaqlara Kərimli Milli Şurada öz kölgəsi altında saxladığı şəxslər kimi baxır və Cəmil Həsənlinin ayağa qalxması kifayət edərdi ki, bu adamlar da Kərimlini alqışla qarşılasınlar. Amma Milli Şura sədri nəinki bunu etmədi, hətta zala daxil olan Kərimli ilə yerindən qalxmadan görüşdü”. Mənbəmiz bildirir ki, Həsənlinin bu davranışları Kərimli tərəfindən narazılıqla qarşılanıb. Bütün bunlar azmış kimi Cəmil Həsənli öz çıxışında da lazımsız məqamlara toxunub, xüsusilə onun sosial şəbəkə ilə bağlı dedikləri Əli Kərəmlinin narazılığına səbəb olub”. Aydınlıq olsun deyə Cəmil Həsənlinin həmin toplantıda etdiyi çıxışdan sözügedən hissəni diqqətinizə çatdırırıq: “Bəzən dostlar cəbhəçi gənclərin sosial şəbəkələrdə aktivliyindən şikayət edir, onların fəaliyyətini bir kampaniya kimi qəbul edirlər. Mən əminliklə deyirəm ki, bu, kampaniya deyil, cəbhəçi gənclərin həyat mövqeyidir. Cəbhəçilər çağdaş dövrün, zəmanənin mühüm bir hissəsi olan sosial şəbəkələrdə də bu üstünlüyü əldə etmişlər. Bu, onların çox böyük uğurudur”. Nəzərə alsaq ki, Əli Kərimli bütün çıxışını ona ünvanlanan “müxalifətçilik facebook likelərindən kənara çıxmır” ittihamına cavab üzərində qurmuşdu, Cəmil müəllimin sosial şəbəkə fəaliyyətinin cəbhəçi gənclər üçün həyat tərzinə çevrilməsini etiraf etməsinin necə reaksiya doğurduğunu təsəvvür etmək olar. Mənbəmiz bütün bu baş verənlərin Kərimli-Həsənli arasında “soyuq müharibə”nin əsasını qoyduğunu bildirir. Onun sözlərinə görə, hətta bu yaxınlarda Əli Kərimli öz yaxın çevrəsi ilə söhbət zamanı Cəmil Həsənli və Milli Şuranı nəzərdə tutaraq “Bu qocanın kitabını bağlamaq vaxtı çatıb” deyib.

Cebhe.info
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ