Saleh Məmmədova tabe olan idarə rəisi “bic uşaq” dünyaya gətirib- İDDİA
Sosial
Oxunub: 549
17 may 2021 | 17:39
Saleh Məmmədova tabe olan idarə rəisi “bic uşaq” dünyaya gətirib- İDDİA




Hazırda ölkə gündəmini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsində yaşanan biabırçılıq hallarının varlığı zəbt etdikcə şoka deyil, sanki “şökə” düşməli oluruq. Xeyli müddətdir ki, bir çox media qurumlarında Şamaxı rayonu, Sabir qəsəbə sakini Atakişiyev Mehman Nizaməddin oğlu adlı şəxsin iddiası əsasında, bu idarədə yaşanan biabırçılıq hallarının daha geniş çevrədə müzakirəyə çıxarılması onu söyləməyə əsas verir ki, deyəsən 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin müdiri Nazim Eynallı “toxunulmaz şəxs”ə çevrilib. Bu gün tam əksəriyyətin, o cümlədən bizim də belə bir qənaətə gəlməyimizə əsas səbəb, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri cənab Saleh Məmmədovun baş verənlərə münasibətini ifadə etməməsidir. Əslində o, bir rəhbər şəxs olaraq idarəçiliyini həyata keçirməklə bərabər, eyni zamanda sədri olduğu Agentliyin tabeli qurumlarında baş verənləri də diqqətdə saxlamalıdır. Yeri gəldikdə əxlaqi və mənəvi dəyərlərimizə zidd addımını atan hər kəsə qarşı ciddi cəza tədbiri tətbiq etməli və müvafiq qərarını da açıqlamalıdır. Mehman Atakişiyev adlı şəxsin iddiası əsasında 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin müdiri Nazim Eynallının adı ətrafında dolaşan söz-söhbətlərlə bağlı susqunluğun hökm sürməsi isə, məhz bu gün də tam əksəriyyətdə müəyyən şübhələrin baş qaldırmasına səbəb olmaqdadır. Amma, o halın varlığını da unutmaq olmaz ki, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri daha ciddi işlərlə məşğul olur. Ola bilər ki, bu gün Saleh Məmmədovun vaxtı olduqca məhdud olduğundan o, 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsində baş verənlərlə məşğul olmaq üçün vaxt tapmır. O halda ortaya belə bir sual çıxır, əgər Agentlik sədrinin vaxtı yoxdursa, bəs səbəb nədir ki, 1-ci müavin vəzifəsini daşıyan Əvəz Qocayev də susqunluq nümayiş etdirir və o, 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin müdiri Nazim Eynallının adı ətrafında dolaşan söz-söhbətlərlə bağlı heç bir münasibətini ifadə etmir?. Ola bilər ki, rəhbərlik tərəfindən Nazim Eynallıya qarşı “yaşıl işıq” yandırılıb ki, bu gün o, “ərköyün müdir” statusu qazanıb və belə bir addımını atmaqda da özünü haqlı bilir.

Qeyd edək ki, Şamaxı rayonu, Sabir qəsəbə sakini Mehman Atakişiyev bəzi media qurumlarına verdiyi açıqlamasında açıq-aşkar şəkildə bildirir ki, “Nazim Eynallı həyat yoldaşım Zümrüd Atakişiyeva ilə intim münasibətdə olur və belə bir səbəbdən də, həyat yoldaşım dünyaya uşaq gətirir. Bildirim ki, mən 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsində kaçeqarçı (fəhlə) işləyirdim, elə hallar olurdu ki, sutka ərzində 24 saat işdə olurdum. Günlərin birində gördüm ki, Nazim Eynallı həyat yoldaşıma mobil telefon, hətta Dubaydan gətirdiyi bahalı ətir də alıb. Bütün bunların hər biri məndə müəyyən şübhələrin baş qaldırmasına səbəb oldu. Hətta, xeyli müddət bundan öncə həyat yoldaşım Zümrüd Atakişiyeva, idarə rəisindən uşağa qaldığını da dilə gətirdi. İdarə rəisinin bu cür əməlləri ilə bağlı bu ilin mart ayından aidiyyatı dövlət qurumlarına şikayət ərizələri göndərsəm də, çox təəssüflər olsun ki, hələ də şikayətlərimə baxan yoxdur”.

Faktdır ki, 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsinin müdiri Nazim Eynallının adı ətrafında bu cür söz-söhbətin yayılması, öz-özlüyündə biabırçı halın varlığıdır. Çünki, hazırda bu idarədə müxtəlif yaş həddində olan insanlar çalışırlar və onlar bir-birini daha yaxından tanıyırlar. Əgər bu müəssisədə mənimsəmə faktı və digər qanunsuzluq hallarına qol qoyulması ilə bağlı hansısa müzakirələr aparılsaydı, o halda aparılan müzakirələrə müəyyən ad vermək olardı. Daha pis halın varlığı ondan ibarətdir ki, hazırda Nazim Eynallının rəhbəri olduğu bu idarədə yayılan söz-söhbətlər başqa bir şəxsin adı ilə bağlı deyil, məhz 19 saylı Xüsusi Təyinatlı Yol İdarəsi rəisinin adı ilə bağlı hallanmaqdadır.

Diqqəti bir məqama da yönəldək ki, idarə rəisi vəzifəsini daşıyan Nazim Eynallı, Mehman Atakişiyevin iddiası əsasında hansı media qurumunda barəsində tənqidi açıqlama yayımlanırsa, dərhal qabaqlayıcı tədbirlərini görməyə çalışır. Çünki, o, bugünkü vəzifəsini itirəcəyindən olduqca ehtiyat edir və ona görə də belə bir addımını atmaq qərarına gəlir. Maraqlı hal o olur ki, bu zaman Nazim Eynallı “alapaça jurnalist” imici ilə özünü cəmiyyətə təqdim etmiş şəxslərin imkanlarından yararlanmağa çalışır. Yəni, “qladiator” rolunu oynayan və “Nazim Eynallı mənim qohumumdur, ona toxunmayın” deməklə minbir cildə girən “alapaça jurnalist”lər, məhz belə bir yolla onu müdafiə etməyə çalışsalar da, hələ ki, istəklərinə nail ola bilməyiblər. Buna da əsas səbəb, Azərbaycan jurnalistikasının “üzqarası” adı ilə tanınan “alapaça jurnalist”lərin, hansısa maraqlarının təmin olunması yöndə atdıqları addımların effekt verməməsi olur. Onu da unutmaq olmaz ki, bu cür əməl və amal sahibi olan “alapaça jurnalist”lərin fəaliyyətləri ötən illərdə olduğu kimi, bu gün də cəmiyyətimiz üçün böyük təhlükə hesab olunur. Odur ki, hər zaman həm ayıq, həm də sayıq olmalıyıq ki, belə bir təhlükələrdən xilas ola bilək.

Mövzu diqqətimizdədir, araşdırmamız davam edəcək.

Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO