120 min azərbaycanlının taleyi necə olacaq? - AKTUAL
Sosial
Oxunub: 346
26 may 2021 | 17:43
120 min azərbaycanlının taleyi necə olacaq? - AKTUAL


Rusiyada qeyri-leqal yaşayan və çalışan MDB ölkələri vətəndaşlarına iyunun 15-nə qədər federasiya ərazisini tərk etmək üçün verilən zaman yaxınlaşır. Yada salaq ki, Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy aprelin 16-da MDB Parlament Assambleyasının Sankt-Peterburqda keçirilən toplantısında üzv ölkələri öz vətəndaşları arasında bu istiqamətdə təbliğat işi aparmağa çağıraraq, Rusiyanı könüllü tərk etməyəcəkləri halda, bu şəxslərin zorla çıxarılacaqları və ölkəyə girişlərinə qadağa qoyulacağı barədə xəbərdarlıq edib. Rusiya DİN-in məlumatına görə, Rusiyada MDB ölkələrindən olan qeyri-leqal miqrantların sayı 1 milyondan çoxdur və onların 120 min nəfəri Azərbaycan vətəndaşıdır.

İyunun 15-nə qədər həmin şəxslər ya vətənə qayıtmalı, ya da üçüncü bir ölkəyə getməlidirlər. Mayın 21-də Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkə ərazisində qeyri-qanuni yaşayan miqrantlarla bağlı nazir müavini Aleksandr Qorovoyun xəbərdarlığını xatırladan məlumat yayıb. Səfirliyin məlumatında deyilir ki, bu kateqoriyaya aid Azərbaycan Respublikasının vətəndaşları 15 iyun tarixinədək Rusiya ərazisində öz hüquqi vəziyyətlərini nizamlamaq məqsədi ilə faktiki yerləşmə yerlərində, bölgə və şəhərlərdə Daxili İşlər Nazirliyinin ərazi orqanlarının miqrasiya məsələləri üzrə bölməsinə ən qısa zamanda müraciət etməlidirlər. Qeyd edək ki, miqrantlarla bağlı qanun ötən ilin aprelində Rusiya prezidentinin imzaladığı qanunla qüvvəyə minib. Amma koronavirus pandemiyası ilə əlaqədar 15 mart 2020-ci il tarixinə qədər verilmiş vaxt 15 iyun tarixinə qədər uzadılıb. Sonra isə qərarın icrası yenidən 2021-ci ilin 15 iyununa qədər ertələnib. Mayın 21-də Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkə ərazisində qeyri-qanuni yaşayan miqrantlarla bağlı nazir müavini Aleksandr Qorovoyun xəbərdarlığını xatırladan məlumat yayıb. Səfirliyin məlumatda deyilir ki, bu kateqoriyaya aid Azərbaycan Respublikasının vətəndaşları 15 iyun tarixinədək Rusiya ərazisində öz hüquqi vəziyyətlərini nizamlamaq məqsədilə faktiki yerləşmə yerlərində, bölgə və şəhərlərdə Daxili İşlər Nazirliyinin ərazi orqanlarının miqrasiya məsələləri üzrə bölməsinə ən qısa zamanda müraciət etməlidirlər. “Rusiya qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq cərimə təxminən (5 000 rubl) və ya rüsumun ödənilməsindən sonra onların Rusiya ərazisində statusunun leqallaşdırılması aparılacaqdır. Səfirlik Rusiyada olan vətəndaşlarımıza qısa müddət ərzində aidiyyəti üzrə müraciət etməyi tövsiyə edir”, - deyə məlumatda bildirilir.

Qanuna görə, ölkəyə vizasız gəlmək hüququ olan keçmiş sovet respublikalarından olan şəxslər əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almaqla yanaşı, rus dili, Rusiya tarixi ilə bağlı imtahandan keçməlidir. Miqrantlarla bağlı qanunların sərtləşdirilməsi ölkədə işsizliyin səviyyəsini aşağı salmağa hesablanmışdı. Hökumət hesab edirdi ki, əmək miqrantlarının sıxışdırılması ilə onların yerini yerli əhalinin tutması mümkün olacaq. Amma sonrakı proseslər göstərdi ki, ruslar heç də kənd təsərrüfatı və ya tikintidə işləməyə həvəsli deyilmişlər. Miqrantlarla bağlı hələ 2007-ci ildən başlayaraq qəbul edilən qərarlar, eləcə də pandemiya Rusiyanın iqtisadiyyatına öz mənfi təsirlərini göstərməyə başlayıb. Rəsmi məlumatlara görə, Rusiya Federasiyasındakı əmək bazarında ən çox aşağıdakı ölkələrdən olan miqrantlar təmsil olunur. Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Ukrayna, Azərbaycan, Qazaxıstan, Çin, Moldova, Belarus, Vyetnam və Türkiyə.

Həm yeni qanunlar, həm də koronavirus bəlası təkcə aqrar sahədə deyil, tikinti sektorunda da ciddi geriləməyə səbəb olub. Yazqabağı Rusiya mediası yazırdı ki, aqrar sahənin ciddi inkişaf etdiyi ölkədə indi məhsulu toplamağa belə işçi qüvvəsi çatışmır. Kənd Təsərrüfatı Nazirliyi miqrantların mövsümi iş üçün Rusiyaya buraxılmasını istəyib. Ölkədə meyvə, tərəvəz, giləmeyvə sahələri və heyvandarlıq sahələləri daha ciddi problemlə üzləşib.

Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko Kənd Təsərrüfatı Nazirliyinə, Əmək Nazirliyinə və Daxili İşlər Nazirliyinə 2021-ci ildə əcnəbilərin mövsümi kənd təsərrüfatı işlərinə cəlb olunması məsələsinin həlli yolunu tapmağı tapşırıb. Təkcə aqrosənaye kompleksində deyil, tikintidə də “miqrant qıtlığı”nın aktual olduğunu söyləyib.

Problem həm də ondadır ki, bəzi vilayətlərdə kənd təsərrüfatı işçiləri üçün əmək haqqı aşağıdır və bu səbəbdən bir çoxları vilayətlərə deyil, məvacibin bir qədər yüksək olduğu Moskvaya üz tuturlar. Rusiyanın müəyyən bölgələrində inşaat sektorunda işçi çatışmazlığı 50 faiz təşkil edir.

Rusiyanın işçi miqrantlara ehtiyacı olsa da, belə görünür ki, bu dəfə miqrantlarla bağlı ciddi ölçü götürməkdə israrlıdır. Bu halda nə baş verəcək? Əslində azərbaycanlıların sayı deyiləndən çoxdur, əksəriyyəti də Azərbaycana müntəzəm pul göndərir. Onların qayıtması ölkədə sosial gərginliyi artıra bilərmi? Hökumət səfirlik səviyyəsində onlara hansı hüquqi yardımlar edə bilər?

Moskva şəhərində fəaliyyət göstərən “Hüquq mərkəzi” Vəkillər Kollegiyasının üzvü Ələkbər Qarayev “Yeni Müsavat”a deyib ki, söhbət pandemiya dönəmində Rusiya ərazisinə gələn və geri dönə bilməyən MDB vətəndaşlarından gedir: “Əgər həmin şəxslərin 3 il ərzində 2 inzibati cəzası yoxdursa, o şəxslər Miqrasiya İdarəsinə müraciət etməklə qeydiyyat müddətini uzada bilərlər. Kimlər ki, qeydiyyat müddətini uzatmaq istəmirsə, həmin şəxslər Rusiya Federasiyasının ərazisini tərk etməlidirlər. Kimlərin ki, 3 və ya 5 illik işləmək icazəsi var, bu tələb onlara aid deyil. Həmin şəxslər qalıb işlərini davam etdirə bilərlər”.

Vəkil deyir ki, Rusiya ərazisində işləmək izni olanlara hər hansı bir cəza tətbiq edilməyəcək: “Azərbaycan vətəndaşları da digər MDB ölkələrinin vətəndaşları kimi icazə almaqla, qeydiyyata düşməklə Rusiya Federasiyası ərazisində qala bilərlər. Bu halda onları kimsə ölkədən çıxarmayacaq”.

Vəkil bildirib ki, pandemiyadan əvvəl Rusiya Federasiyası ərazisinə gələn və hər hansı bir qeydiyyatı olmayan, qeydiyyata düşə bilməyənlər iyunun 15-nə qədər ölkə ərazisini tərk edəcəkləri halda, onlara hər hansı bir cəza tətbiq edilməyəcək: “Kimlər ki, 5 il əvvəl gəlib və hər hansı bir qeydiyyata düşməyiblər, onlara cəza tətbiq oluna bilər”.
“Yeni Müsavat”
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO