17-10-2020, 14:15 Oxunub: 71

Mövlud Çavuşoğlu: “Ermənistanın törətdiyi vəhşiliklərə susmaq onların cinayətlərinə ortaq olmaqdır”

Mövlud Çavuşoğlu: “Ermənistanın törətdiyi vəhşiliklərə susmaq onların cinayətlərinə ortaq olmaqdır”


“Ermənistanın mülki vətəndaşlara qarşı törətdiyi vəhşiliklərə susmaq onların cinayətlərinin bir hissəsi olmaq deməkdir”.

Oxu.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ermənistanın işğalçı ordusunun Azərbaycanın Gəncə və Mingəçevir şəhərində mülki yaşayış yerlərini raket atəşinə tutmasını, nəticədə, günahsız dinc sakinlərin ölməsini şərh edərkən bildirib.

“Ermənistan müharibə cinayətləri həyata keçirməyə, mülki şəxsləri öldürməyə davam edir. Uşaqlar da daxil olmaqla, günahsız insanları öldürür.

Bu vəhşiliyə susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir. İnsanlıqdan nəsibini almayanlar törətdikləri cinayətlərin cavabını verəcək. Hər zaman can Azərbaycanın yanındayıq”, - deyə Türkiyənin xarici siyasət qurumunun rəhbəri vurğulayıb.
“Kim nə deyir desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır” - Türkiyə prezidentinin sözçüsü “Kim nə deyir desin, Türkiyə sona qədər Azərbaycanın yanındadır” - Türkiyə prezidentinin sözçüsü Siyaset Ceyhun Bayramov və Mövlud çavuşoğlu arasında telefon danışığı olub Ceyhun Bayramov və Mövlud çavuşoğlu arasında telefon danışığı olub Siyaset “Ermənistan Gəncədə mülki şəxslərə hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir” - Hikmət Hacıyev “Ermənistan Gəncədə mülki şəxslərə hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir” - Hikmət Hacıyev Siyaset / Dunya Çavuşoğlu NATO-nun baş katibi ilə görüşdə Qarabağdan danışıb Çavuşoğlu NATO-nun baş katibi ilə görüşdə Qarabağdan danışıb Siyaset Çavuşoğlu: “Ermənistanda cəsarət haradandır?” Çavuşoğlu: “Ermənistanda cəsarət haradandır?” Siyaset