27-10-2020, 14:57 Oxunub: 1 716

Müharibənin taleyi həll olunub - bir aylıq savaşın əsas yekunu

Müharibənin taleyi həll olunub - bir aylıq savaşın əsas yekunu


Bu gün Azərbaycan Ordusunun erməni işğalçı qüvvələrinə qarşı başladığı antiterror əməliyyatının 1 ayı tamam olur. Bu müddətdə rəşadətli hərbçilərimiz bir çox şəhər, kənd və qəsəbələrimizi, eləcə də olduqca mühüm strateji yüksəklikləri 27 illik zaman fasiləsindən sonra geri qaytarıblar.

Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ-da əldə olunan növbəti humanitar atəşkəsə məhəl qoymayan və yenə dinc yaşayış məntəqələrimizi raket atəşinə tutan düşmən hərb meydanında öz layiqli cavabını alır, silahlı qüvvələrimizin zəfər yürüşü davam edir. Birləşmələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir.

*****

Yerli və əcnəbi hərbi ekspertlər bu xüsusda Azərbaycan Ordusunun öz hədəflərinə çatacağına şübhə etmirlər. Məsələn, mövcud əməliyyat şəraitindən çıxış edən hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, müharibənin taleyi artıq həll olunub. Onun sözlərinə görə, bu gün ordumuz yalnız şəxsi heyət arasında itki olmasın deyə, çox da sürətli irəliləmir, tələsmir.

“Azərbaycan Ordusu öz vəzifəsini yerinə yetirir. Erməni silahlı birləşmələri isə artıq de-moralizə olunub, acınacaqlı vəziyyətdədir, yanacaq və sürtkü təchizatı ilə bağlı çətin vəziyyətə düşüb”, - deyə o qeyd edib.

Ekspertin qənaətincə, darmadağın edilmişı Ermənistan ordusunun bu müddət ərzində az-çox duruş gətirməsinin yeganə səbəbi qaçaqmal yolu ilə bölgəyə gətirilən silahlar olub: “Onları təchiz və təmin edəcək kimsə yoxdur. Ona görə də Ermənistan ordusu yalnız öz mövqelərini deyil, digər yaşayış məntəqələrini də işğaldan azad etməli olacaq. Əksinə, Azərbaycan hərbçiləri heç bir çətinlik çəkmir, inamla Şuşa və Xankəndinə doğru irəliləyir”.

Mütəxəssisin fikrincə, bu həftə Ali Baş Komandanın ordu qarşısında qoyduğu tapşırıqların yarısı yekunlaşacaq. “Ermənistan ordusunda kadr çatışmazlığı var. Erməni əsirlər deyir ki, çoxları döyüşməkdən imtina edir, hətta böyük pul qarşılığında erməni ordusunu xilas etmək istəyən muzdlular da. Mənim fikrimcə, Azərbaycan Ordusu qoyulan tapşırığı uğurla yerinə yetirəcək”, - deyə o əlavə edib.

*****

“Ermənistan müharibəni bərabər olmayan qüvvə ilə aparır. Azərbaycanın hərbi gücü daha çoxdur. Azərbaycan Ordusu təkcə dronlarla və müasir silahlarla yox, həm də kəşfiyyat məlumatları ilə erməni tərəfindən daha güclüdür”.

Bunu isə Haqqin.az-a açıqlamasında ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan kapitanı, NATO-nun Antiterror Mərkəzinin Türkiyədəki eks-komandanı Harri Tabax deyib.

O, ermənilərin azərbaycanlılara bütün parametrlər üzrə uduzduğunu bildirib: “Dağlıq Qarabağı dünyada heç kim tanımır. Ermənilər tarixin yanlış tərəfində yer aldılar. Mən Ermənistan rəhbəri Paşinyanı öz ordusunun məhvini dayandırmağa çağırıram. Komandir olaraq mən öz əsgərlərimi ölümə göndərməzdim. Bu, erməni komandirlər üçün doğru deyil. Əgər onlar həqiqi komandirdilərsə, əsgərlərinin həyatlarını qorumalıdırlar. Bu, satqınlıq, qorxaqlıq deyil”.

O, erməni əsgərlərin Qarabağda mənasız yerə öldüyünü bildirib.

Öz növbəsində Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko hesab edir ki, Azərbaycan Silahlı Qüvvələrinin yaxın dönəm üçün əməliyyat vəzifəsi Laçın dəhlizi üzərində nəzarəti təmin etməkdir və bundan sonra Qarabağda erməni ordusunun təslim olması və ya məhv edilməsi yalnız zaman məsələsi olacaq. Onun sözlərinə görə, hazırda Dağlıq Qarabağdakı müharibənin sərt reallığı belədir.

“İrəvan, strateji bir ümidsizlik vəziyyətində, Azərbaycanda genişmiqyaslı texnogen fəlakətə səbəb olmaq üçün Mingəçevir Su-Elektrik Stansiyasına və ya Azərbaycan neft və qaz infrastrukturunun kritik obyektlərinə kütləvi raket zərbəsi endirməyə cəhd edə bilər. Vacibdir ki, aparıcı dünya gücləri Ermənistanı bu cür hərəkətlərin yolverilməzliyi barədə xəbərdar edilsin. Paşinyan və generalları buna görə avtomatik olaraq Beynəlxalq Ədalət Məhkəməsi qarşısında duracaqlar”, - deyə o qeyd edib.

*****

“Cəbhədə işğal edilmiş rayonların bir-bir Azərbaycan tərəfindən geri alınması Ermənistanı seçim qarşısında qoyub. Əgər döyüşlərin dayandırılması cəhdləri baş tutmasa, o zaman Nikol Paşinyan müharibədə uduzan tərəf kimi Azərbaycanın şərtləri daxilində dialoqa getməlidir”.

Bunu politoloq Zaur Məmmədov deyib. Onun fikrincə, Paşinyanın qarşısında bir-birinə bənzəyən 2 seçim var: “Ya təslim olaraq torpaqları qaytarmaq, ya da müharibəni davam etdirərək minlərlə erməni əsgərinin məhv olması qarşılığında torpaqların Azərbaycan tərəfindən azad olunması!”

Politoloq Ermənistan rəhbərliyinin bu həftə təslim olaraq danışıqlara gedəcəyini ehtimal edir: “Lakin bu danışıqlar müharibədən əvvəlki danışıqlara bənzəməyəcək. Sülh danışıqlarının əsas mövzusu bütün erməni əsgərlərinin Qarabağdan çıxması, Azərbaycanın ərazi bütövlüyünün təminidir”.

*****

Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatları nəticəsində Ermənistanın işğalçı qüvvələrini canlı qüvvə sarıdan böyük tələfata məruz qalması təcavüzkar ölkəni döyüşçülərin sıralarını doldurmaq üçün resurslar, yollar axtarmağa vadar edir. Məsələ ondadır ki, 1-ci Qarabağ müharibəsi iştirakçıları tərəfindən yaradılan dəstələrin əksəriyyəti qısa müddətdə məğlub və məhv edilib. Yaşlı veteranların isə döyüş meydanında faydasızlığı üzə çıxıb. Ermənistan baş naziri N.Pşainyan çıxılmazlıqdan doğan son çağırışında yerli səviyyədən olan rəhbərləri könüllü kimi qeydiyyata düşməyə səsləyib, Ermənistan Müdafiə Nazirliyi isə çarəsizlikdən qadınları və hətta cinsi azlıqların təmsilçilərini boş yerə orduya cəlb etməyə çalışır.

Bu fonda erməni diasporunun müəyyən çevrələri xaricdə yaşayan və üçüncü ölkələrin vətəndaşı olan etnik ermənilər arasından muzdluların işə götürülməsi üçün məntəqələr yaratmaqdadır. Çox vaxt da muzdluların “verbovka” olunması ilə bağlı faktlar işğal altındakı ərazilərdə üstündə Fransa, Kanada, Livan, İspaniya, Yunanıstan və digər ölkələrin vətəndaşlarının sənədləri olan cəsədlər ələ keçən zaman Azərbaycan tərəfinə məlum olur.

Misal üçün, Yunanıstan vətəndaşları olan Aren Osipov, İspaniya vətəndaşı Armen Knyazyan, Fransadan Arthur Ohannisyan, Kanadadan Kristofer Artin, Livandan Gevorq Haciyan, Suriyadan Stepan Keşişyan və digər bir çox ekstremist muzdlular Dağlıq Qarabağ və bitişik ərazilərdəki döyüşlər zamanı öldürülüb. Rusiya və Gürcüstan vətəndaşları olan bəzi muzdlular isə hələ də döyüşlərdə iştirak etməyə davam edirlər. Məsələn, məşhur erməni separatçısı Vaxaqn Çaxalyan şimal cəbhəsindəki sığınacaqlarda gizlənib qorxaqcasına öz nəsibini gözləyir (son məlumata görə, o da artıq məhv edilib -red.) Milliyyətcə erməni olduqlarına baxmayaraq, fakt faktlığında qalır - onlar muzdlulardı və əsir düşəcəkləri təqdirdə Azərbaycan tərəfində onların vətəndaşı olduğu ölkələrlə bağlı ciddi suallar yarana bilər.

Rusiyadakı erməni diasporu da Rusiya Federasiyası və digər ölkələrin vətəndaşları arasından muzdluları işə cəlb etmək və yetişdirmək məqsədilə kampaniya təşkil edib. Belə ki, VOMA təşkilatı, ermənilərin hələ Dağlıq Qarabağda özlərini rahat hiss etdikləri vaxtlarda dağ şəraitində döyüşçülərin təlimi üçün dəfələrlə düşərgələr yaradıb. İndi də o, öz təşəbbüsü ilə Dağlıq Qarabağa muzdlular göndərməyə çalışır. VOMA tipli strukturların varlığı ilk növbədə Rusiyanın özünə təhdiddir. Ona görə ki, onun yetişdirdiyi bəzi ekstremistlər böyük ehtimalla “qaynar” Dağlıq Qarabağa getməməyi, öz “bacarıqlarını” elə Rusiyanın özündə tətbiq etməyi üstün tutacaqlar - öncə Azərbaycan diasporuna qarşı, daha sonra isə digər cinayətkar və ya ekstremist layihələrdə.

İyul ayında Azərbaycanla Ermənistan arasındakı sərhəddə vəziyyətin kəskinləşməsi zamanı bütün dünya mütəşəkkil erməni ekstremist qruplarının Los-Anceles və Brüsseldə kiçik azərbaycanlı qruplarına qarşı necə azğınlıqlar həyata keçirdiyinin şahidi oldu. O vaxt Rusiya hüquq-mühafizə orqanlarının vaxtında gördüyü tədbirlər sayəsində təqribən 2 milyon erməninin yaşadığı bu ölkədə erməni ekstremizminin qarşısını almaq mümkün olmuşdu. Bununla belə, Qarabağın işğaldan qurtulması və işğalçının cəzalandırılması hərbi əməliyyatlar teatrından xeyli uzaq ölkələrdə, xüsusən də oradakı döyüş hazırlığı keçmiş erməni radikalların Azərbaycandan qisas almaq istəməsinə və daha ciddi nəticələrə səbəb ola bilər.

O da təsadüfi deyil ki, VOMA muzdlular üçün yalnız bir istiqamətə biletin qiymətini ödəyir. Moskvadakı “Domodedovo” aeroportunu tərk edərkən bu muzdlular rahat Moskva həyatı ilə həmişəlik vidalaşmalıdırlar - geri qayıtmaq onların nəsibinə yazılmayıb... \\musavat.com\\
Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatından 25 il ötür Azərbaycan Ordusunun uğurlu Horadiz əməliyyatından 25 il ötür Hadise / Video Düşmən mövqelərimizi yenə atəşə tutdu Düşmən mövqelərimizi yenə atəşə tutdu Hadise Düşmən yaşayış məntəqələrimizi vurdu - Cəbhədən son xəbər Düşmən yaşayış məntəqələrimizi vurdu - Cəbhədən son xəbər Hadise Zakir Həsənov vur əmri verdi Zakir Həsənov vur əmri verdi Gundem Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini minaatan və qumbaraatanlardan atəşə tutmaqda davam edir Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini minaatan və qumbaraatanlardan atəşə tutmaqda davam edir Gundem