Nazirlər Kabinetində qazi və əlilləri narazı salan xəlvəti əməliyyat: - “Siyahını gizlicə dəyişiblər”
Sosial
Oxunub: 365
14 in 2021 | 16:35
Nazirlər Kabinetində qazi və əlilləri narazı salan xəlvəti əməliyyat: - “Siyahını gizlicə dəyişiblər”


Son vaxtlar ölkədə əlillik dərəcələrinin verilməsi ilə bağlı problem və müzakirələr səngimir.

Əlillik dərəcəsi təyin olunmayan və ya 5 illk müddət bitdiyinə görə təkrar təyinat aparılmayan insanlar bu sahədə problemlərin oduğunu bildirirlər. Məsələ hətta Milli Məclisdə də geniş ümzkairə olunub və bir qrup deputat yeni əlillk meyalarının qəbuluna qarşı çıxıblar. Bunun nəticəsi olaraq qanunun geniş müzakirəsinin keçirilməsi qərara alınıb.

Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının (AMZA) rəhbəri, qazi, jurnalist Rey Kərimoğlu əlillik dərəcələrinin verilməsi ilə bağlı yeni fakt aşkarladığını və problemin kökündə məhz bu amilin dayandığını bildirib.

Bununla bağlı Cebhe.info-ya açılama verən Rey Kərimoğlu bildirib ki, Nazirlər Kabinetinin 2015-ci ildə təsdiqlədiyi 413 saylı qərarı var: “Bu qərarda əlillik dərəcəsinə səbəb olan xəstəliklərin bir hisəsi siyahıdan çıxarılıb. Həmin qanun 2016-cı ildə qüvvəyə minib. Ona qədər kim ki, qrupa alıb, qanunla 5 ildən sonra təkrar komissiyadan keçməlidirlər. Problem odur ki, sonra həmin şəxslər komissiyaya müraciət edəndə məlum olur ki, artıq həmin xəstəliyə əlillik düşmür. O xəstəlikləri siyahıdan xəlvət çıxarıblar. Millət vəkili Musa Quliyev də parlamentin son iclasında mənim fikrimi təsdiqləyib və deyib ki, doğrudur, nə Milli Məclisin, nə də əlil təşkilatlarıın bundan xəbəri olub, xəlvət ediblər. Məndə həmin siyahılar var, 120 səhifəlik bir sənəddir. Biz bunu araşdırıraq bilmişik ki, məsələn, filankəsə 2015-ci ildə filan xəstəliklə bağlı əlillik dərəcəsi verilib, 5 ili tamam olub, indi həmin xəstəliyin ağırlaşdırıcı formasıdır, ancaq əlillikvermirlər. Deyirlər ki, bu xəstəlik siyahıdan çıxarılıb. Artıq bir neçə faktla qarşılaşdıq və biz öyrəndik ki, bir sıra xəstəlikləri siyahıdan çıxarıblar. İki minə yaxın kod və ya xəstəlik o siyahıdan çıxarılıb. Ona görə də insanlar əlillik dərəcəsi ala bilmir. Məsələn, xərçəng xəstələri var ki, onun müəyyən həddini siyahıdan çıxarıblar ki, əlillik düşmür. Nazirlər Kabinetinin 413 saylı qərarı Prezidentin həmin il sentyabrın 14-də imzalandığı Fərmanına görə qəbul edilib. Ancaq bu fərmanda əlilliyə səbəb olan xəstəliklərin siyahıdan çıxarılması və yenidən işlənməsi söhbəti yoxdur. Prezidentin o fərmanı ümumiyyətlə, əlillik dərəcələrini verilməsi, meyarların müəyyənləşdirilməsi, prosedurun həyata keçirilməsi, elektronlaşdırılması ilə bağlıdır. Bu sabiq nazir Səlim Müslümovun təklifi ilə xəlvət olub, sadəcə biabırçılqdır.

Söhbət təkcə Qarabağ qazisindən getmir, ölkədə 100 minlərlə xəstə, əlil var. Burada cinayət tərkibi var və Respublika Prokurorluğu bunu araşdırmalıdır. Bu saxtakarlıq səbəbindən Birinci Qarabağ müharibəsi qazilərinin yaşadıqlarını bir kənara qoysaq, bizim balalarımız, son döyüşün qəhrəmanları, sağlamlığını itirmiş oğlanların əlillik qrupları düzgün verilməyib və belə də davam edir. Yaranan narazılığın səbəbi də budur. Məsələn, bir nəfərin ayağının pəncəsi yoxdur, MN-nin Mərkəzi Həkim Kommissiyası yazıb ki, orduya yararsızdır. Bu qərara görə ona TSEK əlillik qrupu vermir. Həmin qərar imkan vermir ki, Vətən müharibəsi qazisinə heç olmasa 3- cü qrup əlillik dərəcəsi versinlər”.
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ