31-10-2020, 17:51 Oxunub: 65

Bakının “Ağ ev”in yeni sahibindən əsas gözləntisi... - GƏLİŞMƏ

Bakının “Ağ ev”in yeni sahibindən əsas gözləntisi... - GƏLİŞMƏ


Cəmi 72 saat sonra Amerika Birləşmiş Ştatlarının yeni prezidenti elan olunacaq. Noyabrın 3-də keçiriləcək seçkilərdə Respublikaçılardan Donald Tramp, Demokratlardan Co Bayden birincilik üçün yarışır.

“Yeni Müsavat” xəbər verir ki, üç gün sonra dünyanın bir nömrəli superdövlətində “Ağ Ev”in yeni sahibi məlum olacaq və nəzərlər okeanın o tayına dikilib.

Hər iki partiyanın - Respublikaçılar və Demokratların seçkidə şans nisbəti aşağı-yuxarı bərabərdir. Baxmayaraq ki, Tramp geridəydi. Hətta ABŞ prezidenti pandemiya səbəbindən seçkilərin təxirə salınmasını təklif edirdi. Çünki onun rəhbərliyi dövründə ölkədə xeyli iş yerləri açılmışdı, koronavirus hamısını bağladı, reytinqinə təsir göstərdi. Lakin son həftələrdə reytinqini yüksəldən Tramp Baydenlə başa-baş mübarizə aparır və növbəti prezidentlik şansları kifayət qədər artıb.

Demokratlara gəlincə, Bill Klinton və Barak Obama dövründəki siyasətin davamını istəyirlər. Bu siyasət həm də başqa ölkələrdə demokratikləşmə adı ilə onların daxili işlərinə müdaxilə etməkdir. Tramp isə bu kursu vəd etdiyi kimi seçmədi və yenə istəyir ki, sənayeni dirçəltsin, dövləti yenidən dünyanın iqtisadi nəhənginə çevirsin. Demokratların arzusu budur ki, əvvəlki kimi Amerika dünyada hegemon maliyyə oyunçusu olsun. Sənayenin inkişafına o qədər də fikir vermirlər.

Bizi isə maraqlandıran ABŞ seçicilərinin namizədlərdən nə gözlədiyi deyil, hansının Azərbaycana münasibətinin necə olacağıdır. Bayden Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tramp administrasiyasını Azərbaycana hərbi avadanlıq axınını dayandırmağa, Türkiyə və Rusiyanın münaqişəni qızışdırmasına imkan verməməyə çağırıb.

O, Trampı hədəfə alıb və deyib ki, ABŞ prezidenti Azərbaycan qoşunlarının Dağlıq Qarabağa doğru irəliləməsinin qarşısının alınmasına çoxdan çağırış etməliydi.

Görünür, bəyanat seçkiqabağı erməni elektoratına hesablanıb. İstənilən halda Tramp Baydenə nisbətən daha sərfəlidir. Çünki Paşinyanı iqtidara gətirən Sorosçular Obama, Bayden kimi qlobalistlərdir.

Politoloq Züriyə Qarayevanın “Yeni Müsavat”a bildirdiyinə görə, Amerikada baş tutacaq seçkilər təkcə Amerikann deyil, dünyanın maraq dairəsində olan hadisədir. Onun fikrincə, Tramp dövründə ABŞ proseslərə nisbətən kənardan baxmağa üstünlük verdi: “Əvvəlki kimi güclü NATO ölkəsi və münaqişələrə üçüncü tərəf rolunda müdaxilə missiyasını bir kənara qoydu. Onun bu cəhətdən yerini Almaniya tutmağa çalışdı. Tramp Amerika silahlı qüvvələrinin xaricə çıxmasının tərəfdarı deyildi. Ordunun xərclərinin azaldılması ilə büdcəyə qənaət etməyi vacib sayırdı. Bütün prezidentlərin dövründə böyük, ya da kiçik həcmli müharibələr olub, silahlı qüvvələr yerləşdirilib. Amma Tramp əksinə, İraqda silahlı qüvvələrini tam azaldıb, Suriyadan, Əfqanıstandan tamam geri çağırıb. Amma bu siyasəti mənfi qarşılanıb”.

Z.Qarayeva hesab edir ki, bununla belə Tramp düşmənlərinin sayını artırıb: “Meksika ilə divar, Qüdsün paytaxt kimi tanınması, İranla nüvə anlaşmasından imtina və sairə... Ona görə Tramp davam edərsə, ABŞ dünyada supergüc olmaq şansını itirəcək. Bu baxımdan Baydenin seçilmə şansı daha yüksək görünür. Anket sorğuları da bunu deməyə əsas verir. Co Bayden isə seçilərsə, Amerika daha öncəki mövqeyinə qayıdacaq. Amerika həminki müdaxiləçi siyasətinə davam edəcək”.

Politoloq xatırlatdı ki, Demokrat prezidentlərin dövründə Yaxın Şərqdə müharibələr daha da alovlanıb. “Bayden də bu siyasəti davam edəcək. ABŞ yenə vacib NATO ölkəsi mövqeyini bərpa edəcək. Ərəb dünyasına daha çox müdaxilə edəcək. Azərbaycanla əlaqələrə gəldikdə, Tramp dövründə əlaqələr normal olub. Hətta Qarabağ münaqişəsinə də qarışmadı. Ancaq Obamanın dövründə əksinə, Amerika mane olurdu. Ona görə Baydenin də həmin siyasəti davam edəcəyini düşünürəm. Bir sözlə, Avropa və NATO Baydenin qələbəsini səbirsizliklə gözləyir. Müsəlman dünyası üçün bu gözlənti keçərli deyil”, - deyə ekspert vurğuladı.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini, politoloq Nazim Cəfərsoy hesab edir ki, Bayden seçilsə belə, o, 20 yanvarda iş başına gələcək. O vaxta qədər Qarabağ müharibəsi artıq bitmiş olacaq. O bildirib ki, heç kim, xüsusilə də Tramp seçki kampaniyasında rəqibinin sözü ilə əsla hərəkət etməz: “Bayden seçilsə belə, ABŞ kimi qlobal maraqları olan dövlət birtərəfli davranmaz və uduzan haqsız tərəfdən yana olmaz.

Əgər bunu Azərbaycana təzyiqlə daha irəli mərhələyə götürmək istəsə, Türkiyə, Rusiya və İranın müqaviməti ilə rastlaşacaq. Digər tərəfdən heç yəhudi lobbisi və İsrail də Baydenə imkan verməyəcək. Baydenin bu ifadələrinə erməni lobbisinə xoş görünüb seçkidə onların səsini almaq istəyən siyasətçinin dediyi sözlər kimi baxmaq lazımdır".
“ABŞ-ı ikinci Venesuelaya çevirəcəklər” - Tramp “ABŞ-ı ikinci Venesuelaya çevirəcəklər” - Tramp Siyaset Tramp şikayət etdi: “Ağ Evdə tək qalmışam” Tramp şikayət etdi: “Ağ Evdə tək qalmışam” Siyaset İki il əvvəl söz verilən MÜHARİBƏNİ O BAŞLADACAQ: Tramp üçün ən pis SSENARİ İki il əvvəl söz verilən MÜHARİBƏNİ O BAŞLADACAQ: Tramp üçün ən pis SSENARİ Siyaset Tramp ailəsi Obama cütlüyünü belə yola saldı Tramp ailəsi Obama cütlüyünü belə yola saldı Dunya Tramp Klintonu geridə qoydu Tramp Klintonu geridə qoydu Dunya