İlham Əliyev “Gülüstan” sarayında yaradılan şəraitlə tanış oldu - FOTOLAR
Siyaset
Oxunub: 382
24 in 2021 | 14:24
İlham Əliyev “Gülüstan” sarayında yaradılan şəraitlə tanış oldu - FOTOLAR


Bakıdakı əzəmətli “Gülüstan” sarayı yüksək səviyyədə və özünəməxsus memarlıq üslubu saxlanılmaqla yenidən qurulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Gülüstan” sarayında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

“Gülüstan” sarayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-1980-ci illərdə inşa edilib. Ulu Öndər bu sarayın tikintisinin gedişini şəxsən daim nəzarətdə saxlayıb, inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı mütəmadi olaraq tövsiyə və tapşırıqlarını verib. “Gülüstan” sarayı yalnız keçmiş Sovet İttifaqında deyil, daha geniş məkanda ən müasir və özünəməxsus gözəl arxitektura nümunələrindən biri hesab olunurdu. Bakının memarlıq ansamblını daha da gözəlləşdirən bu sarayın inşası o zaman Ulu Öndərin paytaxtımızın inkişafı ilə bağlı həyata keçirdiyi silsilə tədbirlərin tərkib hissəsi idi. Sarayın arxitekturasında Azərbaycanın milli memarlıq elementlərindən geniş istifadə olunub.

Öz əzəməti və bənzərsiz memarlıq üslubu ilə seçilən “Gülüstan” sarayında tarixi əhəmiyyət kəsb edən, müxtəlif sahələrə aid bir sıra ümumrespublika və beynəlxalq əhəmiyyətli tədbirlər keçirilib. Onların arasında “Əsrin müqaviləsi”nin imzalanması və digər tarixi hadisələri qeyd etmək olar. Zaman keçdikcə “Gülüstan” sarayının yenidən qurulmasına zərurət yaranmışdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial infrastrukturun inkişafı və müasirləşdirilməsi, regionların və paytaxtımızın daha da abadlaşması, eyni zamanda, Bakının tarixi görkəminin saxlanılması, tarixi binaların bərpası ilə bağlı layihələrin icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının tapşırığı ilə “Gülüstan” sarayının yenidən qurulması da bu istiqamətdə görülən işlər sırasında mühüm yer tutur.

“Gülüstan” sarayında 600 yerlik əsas zal, həmçinin “Şərq” zalı və konfrans zalı da müasir səviyyədə yenidən qurulub. Beləliklə saray yeni görkəmdə, yeni üslubda, amma öz tarixi koloritini saxlamaqla qapılarını qonaqların üzünə açır.

Paytaxtın dağlıq hissəsində yerləşən “Gülüstan” sarayı Bakı körfəzini və şəhərin mənzərəsini seyr etmək üçün ən gözəl məkanlardan biridir. “Gülüstan” sarayının yenidən qurulması heç şübhəsiz ki, postpandemiya dövründə də Azərbaycanın yüksək səviyyədə ev sahibliyi edəcəyi beynəlxalq tədbirlərin keçirilməsi işinə öz töhfəsini verəcək.

İlham Əliyev “Gülüstan” sarayında yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev “Gülüstan” sarayında yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev “Gülüstan” sarayında yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev “Gülüstan” sarayında yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev “Gülüstan” sarayında yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev “Gülüstan” sarayında yaradılan şəraitlə tanış oldu - FOTOLAR
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO