20-11-2020, 18:51 Oxunub: 57

Nazir Polis Akademiyasının rəisini kollektivə təqdim etdi - Foto

Nazir Polis Akademiyasının rəisini kollektivə təqdim etdi - Foto


Prezident İlham Əliyevin sərəncamı ilə polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi təyin edilib.

DİN-dən verilən məlumata görə, bu gün daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Polis Akademiyasına gedərək C.Daanovu həmin təhsil müəssisəsinin şəxsi heyətinə təqdim edib.

Nazir əmin olduğunu bildirib ki, Akademiyada təlim-tədris prosesinin davamlı olaraq təkmilləşdirilməsi, yüksək ixtisaslı, müasir dövrün çağırış və təhdidlərinə cavab verən, informasiya texnologiyaları ilə peşəkarcasına işləməyi bacaran yeni nəsil polis əməkdaşlarının hazırlanması sahəsində tədbirlər gücləndiriləcək və daha məqsədyönlü xarakter daşıyacaq.

Polis polkovniki Canpolad Daanov ona göstərilən yüksək etimada görə ölkə və DİN-in rəhbərliyinə dərin minnətdarlığını bildirib, bu etimadı doğrultmaq üçün bilik və bacarığını əsirgəməyəcəyinə söz verib.

Nazir Polis Akademiyasının rəisini kollektivə təqdim etdi - Foto
Polis Akademiyasına rəis təyin olunub Polis Akademiyasına rəis təyin olunub Siyaset Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi Vilayət Eyvazov polis rəisini təqaüdə göndərdi Siyaset Vilayət Eyvazov Salyana yeni rəis təyin etdi Vilayət Eyvazov Salyana yeni rəis təyin etdi Siyaset Vilayət Eyvazov polis rəisini işdən çıxardı Vilayət Eyvazov polis rəisini işdən çıxardı Siyaset Vilayət Eyvazov tanınmış polkovniklə bağlı əmr verdi Vilayət Eyvazov tanınmış polkovniklə bağlı əmr verdi Gundem / Sosial