24-11-2020, 21:49 Oxunub: 76

ŞOK GƏLİŞMƏ: “DQR” silahlıları Kəlbəcərdən çıxmaqdan imtina edir – Müharibə yenidən başlaya bilər

 ŞOK GƏLİŞMƏ: “DQR” silahlıları Kəlbəcərdən çıxmaqdan imtina edir – Müharibə yenidən başlaya bilər


Ermənistan öz qoşunlarını Kəlbəcər rayonundan çıxarma öhdəliyini növbəti dəfə pozur.

Ovqat.com xəbər verir ki, məlumatı Rusiya hərbi dairələrinə yaxınlığı ilə seçilən Avia.pro portalı yayıb.

Portalın Azərbaycandakı mənbələrə istinadən bildirdiyinə görə, Ermənistan Silahlı Qüvvələrinin və “DQR” ordusunun hərbi qulluqçuları hələ də Kəlbəcəri tərk etməyiblər. Bu, üçtərəfli razılaşmanın şərtlərinin pozulması deməkdir və münaqişənin yenidən bərpasına gətirib çıxara bilər.

“Mənbələrin məlumatına görə, Azərbaycan Ordusunun hərbi bölmələri bir gündən az müddətə Kəlbəcər rayonunun ərazisinə daxil olacaq, lakin münaqişənin əks tərəfinin silahlı qüvvələri hələ də rayon qalmaqdadır. Bildirilir ki, əsasən “DQR ordusu”nun könüllüləri üçtərəfli memoranduma dair razılaşmanın tələblərini yerinə yetirməkdən açıq şəkildə imtina edir.

Eyni zamanda qeyd olunur ki, Kəlbəcər rayonundan silahların əsas hissəsi çıxarılıb, lakin vəziyyət hələ də gərgin olaraq qalır”,- portal belə yazır.

Qeyd edək ki, üçtərəfli razılığa əsasən, ermənilər noyabrın 15-də Kəlbəcəri tərk etməli idilər. Lakin müxtəlif bəhanələrlə rayonu tərk etməyən ermənilərə Azərbaycan tərəfi humanism göstərib daha 10 möhlət vermişdi. Belə görünür ki, düşmən rəsmi Bakının humanizminin “bezrazmer” olduğuna inandığından hələ də yanını tərpətmək fikrində deyil.
Tonoyan Azərbaycan ordusunun gücünü belə etiraf etdi Tonoyan Azərbaycan ordusunun gücünü belə etiraf etdi Hadise Rusiya öz hərbçilərini Qarabağa göndərməkdən imtina edib: - Sərhəddə rus bayrağı qaldıran əsgərlər ermənilər imiş Rusiya öz hərbçilərini Qarabağa göndərməkdən imtina edib: - Sərhəddə rus bayrağı qaldıran əsgərlər ermənilər imiş Siyaset / Dunya Ermənistan silahlı qüvvələri İran-Azərbaycan sərhədinə yaxınlaşsa Tehran Ermənistanı vuracaq Ermənistan silahlı qüvvələri İran-Azərbaycan sərhədinə yaxınlaşsa Tehran Ermənistanı vuracaq Sosial MN: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb MN: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb Hadise Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini minaatan və qumbaraatanlardan atəşə tutmaqda davam edir Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini minaatan və qumbaraatanlardan atəşə tutmaqda davam edir Gundem