SİLLƏYƏ GÜLLƏ CAVABI: - Dayanan tikinti, atəşə tutulan Şuşa....
Hadise
Oxunub: 351
16 iy 2021 | 18:20
SİLLƏYƏ GÜLLƏ CAVABI: - Dayanan tikinti, atəşə tutulan Şuşa....


Köhnə günlərə döndük – “atəşkəs pozulub”, “cavab atəşi ilə düşmən susdurulub”.

Azərbaycan xalqının başının altına yastıq qoyanlar istər Ermənistan-Azərbaycan dövlət sərhəddində, istər Qarabağda baş verənləri Ermənistandakı növbədənkənar parlament seçkiləri ilə əlaqələndirirdi. Elə zamanında da, bu düşüncənin yalan, yanlış, məntiqsiz olduğunu deyirdik. Bu adamlar hiss olunur ki, nə Ermənistanı, nə erməni xalqını, nə Rusiyanı tanıyır, nə də münaqişənin tarixini bilirlər.

Faktiki olaraq, Ermənistandakı seçkilərdən sonra iki ölkə arasında gərginlik artan xətt üzrə getməyə başladı.

Əvvəl nə baş verirdi?

Dövlət sərhəddinin müəyən edilməsi üçün iki ölkənin ordusu arasında “sillələmə əməliyyatı” keçirilirdi. Azərbaycan əsgəri erməni əsgərlərini sillələyib, təpikləyib qovur. Soaial şəbəkədə insanların ehtirasları pik həddə çatırdı. Hər kəs bundan həzz alırdı. Daha sonra erməni hərbçiləri Azərbaycan əsgərinə qarşı eyni hərəkətləri tətbiq etdi. Bunda da, ehtirası söyüş, təhqir, müharibə çağırışları əvəz etdi. Bu proseslər bir müddət belə davam etdikdən sonra, Ağdamın Əliağalı kəndində qanunsuz erməni silahlı dəstəsi Azərbaycan əsgərinə sillə yox, güllə atdı. Ardınca Şuşa atəşə tutuldu, sonra Naxçıvan istiqamətində ermənilər atəşkəsi iki dəfə pozdu, yenidən Şuşa atəşə tutuldu və sonda cavab atəşi açıldı.

Müdafiə nazirliyi hər bu tip açıqlamasında atəş açanları Rusiya sülhmıramlı qüvvələrinin yerləşdirdiyi qanunsuz erməni silahlı dəstələri adlandırır.

O dəstələr nə zaman çıxmışdı ki, ruslar da onları əraziyə gətirib yerləşdirsin?

Qanunsuz erməni silahlı dəstələri üç tərəfli bəyanat imzalanandan olduqları yerdə qalıblar. Qaldıqlarını da hər formada sübut ediblər. Nə qədər “əski parçası” adlandırılsa da, qondarma Dağlıq Qarabağın bayrağı postlardan dalğalanıb. Sülhməramlılarla birgə hərbi təlimlər də keçiblər.

Azərbaycanda Paşinyan lağ obyektidir. Üç tərəfli bəyanatı imzalaması ilə bağlı gülüş obyektinə çevrilib. Bəyənatın harada, necə, hansı formada imzalamasının heç bir mənası yoxdur. Əsas məsələ bəyanatın şərtlərinə əməl edilib-edilməməsidir. Edilirmi? Yox! Rusiyanın təşəbbüsü ilə imzalanan bəyənatın demək olar heç bir bəndinə əməl edilmir. Erməni silahlı dəstələri ərazidədir. Anklav olan Kərki geri qaytarılmayıb. Qazax rayonunun 7 kəndindən xəbər yoxdur. Zəngəzur dəhlizi açılmayıb. Hətta ermənilər üçtərəfli bəyannamənin 9-cu bəndində nəzərdə tutulan Azərbaycanla Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin inşasının hökumətlərarası komissiyanın müzakirə predmetində olmadığını yenə də bəyan etdilər. Erməni tərəfi açıq şəkildə məsələni uzadır, dirəniş göstərir ki, beynəlxalq aləmdən dəstək yığaraq, özlərinə pay götürə bilsinlər. Zaman keçdikcə də problem dərinləşir.

Məsələ o həddə gəlib çatıb ki, nəinki Azərbaycan-Ermənistan, bölgədə münaqişəni alovlandırmaq istəyən istənilən güc yeni müharibənin əsasını qoya bilər. Bir güllə Azərbaycan əsgərinə, bir güllə erməni əsgərinə vurmaq kifayətdir ki, iki xalq bir-birinə girsin.

Hər fürsətdə müharibə bitib deyilir. Bütün müharibələrin bitdiyini sübut edən şey sülh müqaviləsidir.

Sülh müqaviləsindən xəbər varmı?

Ortada heç bir danışıq yoxdur. Ən azı bunu Azərbaycan rəsmi olaraq açıqlayıb. O zaman hansı bitmiş müharibədən danışa bilərik?

Azərbaycan əsgərinə Azərbaycan ərazisindən güllə atılır. Şuşa şəhərinə Şuşanın kəndindən atəş açılır. Hansı bitmiş müharibədən danışa bilərik?

Bir neçə gündür sual verirlər ki, Ağdamda tikinti dayanıb, səbəb nədir? Xarici şirkətlər gələcəkdi deyirdilər, nə oldu? Xəritədə Ağdamın coğrafiyasına baxmaq lazımdır. Ağdamın ən hündür yeri şəhəri ovuc içində görən, təkcə Ağdam şəhərinə yox, daha geniş əraziyə nəzarət edəcək yüksəklik – Fərrux dağı qanunsuz erməni silahlı dəstələrinin nəzarətindədir. Həmin Fərrux dağı ilə Kolanlı dərəsindəki bütün kəndlərə heç bir kameradan istifadə etmədən nəzarət etmək mümkündür. Hələ Ağdamın Ağdərə ilə sərhəddindəki yüksəklikləri demirəm. Adına qanunsuz erməni silahlı dəstələri dediklərimiz orada olduğu müddətcə, nədən danışmaq olar?

Adətən qaliblər çılğın, ipə-sapa yatmayan olurlar. Burada isə çılğınlığı edən məhz məğlub ölkədir. Kimə güvənirlər? Əlbəttəki Rusiyaya!

Rusiya müharibə vaxtı susdu. Ancaq tam da susmuş hesab oluna bilməz. “İskəndər-M” raketi susmadığını göstərirdi. Rusiyanı işə qoşan isə Naxçıvan istiqamətində onlara məxsus helikopterin vurulması oldu. “Şimal ayısı” bu hadisə ilə pəncəsini münaqişəyə keçirdi.

Bir anlıq təsəvvür edin, təmas xəttində atəşkəs pozulur və Rusiya sülhmıramlı qüvvələrinin bir hərbçisi öldürülür. O zaman “Şimal ayısı” nəinki münaqişəyə, hətta iki ölkəyə də pəncə atacaq. Bəlkə də niyyət budur.

Müharibə tarixlərinə baxdıqda hər biri kiçik bir bəhanələrlə başlayıb. Rusların Azərbaycana ilk hücumu da bir tacirin yolda öldürülməsi ilə başlamışdı. İkinci Dünya Müharbəsinin necə başlamasını da hər kəs bilir.

Bölgədə çox ciddi oyun gedir.

Ən kiçik bir səhv hər şeyi yerlə bir edə bilər. Bu səbəblə də, yüz ölçüb, yüz biçib, ancaq qətiyyətli addım atmaqda fayda var.

Ermənilər silləyə güllə ilə cavab verirlər. Azərbaycan tərəfi isə güllənin gəldiyi yeri yerlə bir etməlidir.
Səxavət Məmməd
www.yenicag.az
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar