Pənah Hüseyn Sabirabadın 4 kəndində seçicilərlə görüş keçirdi
Siyaset
Oxunub: 1 255
18 okt 2015 | 16:03
63 saylı Sabirabad birinci seçki dairəsindən deputatlığa namizəd Pənah Hüseyn hazırda Sabirabad rayonunda seçiciləri ilə görüş keçirir.
Pənah Hüseyn Sabirabadın 4 kəndində seçicilərlə görüş keçirdi
Musavat.com-un Sabirabad rayonuna ezam olunmuş reportyorunun verdiyi məlumata görə, Pənah Hüseyn hazırda rayonun Qruzma kəndində seçicilərinə səslənir.

Görüş keçirilən stadionda izdiham yaşanır. Yüzlərlə kənd sakini P.Hüseynlə görüşə gəlib. Pənah Hüseyn tribunada çıxış edərək deyib:

"Mən bu məktəbdə oxumuşam, təhsil almışam. Sonuncu dəfə də seçicilərimlə görüşə bu kənddən başlamışdım, indi də buradayıq. 63 saylı Sabirabad birinci seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürmüşəm. Rəqiblərimə də uğurlar arzu edirəm. Ümid edirəm ki, buradan həqiqətən səs toplayan şəxs deputat olacaq.

Buradan hər kəsə səslənirəm. Əgər mənə etimad göstərilərsə, deputat seçilərəmsə, təkcə Sabirabad rayonunun, müxalifətin yox, hər kəsin deputatı olacağıma söz verirəm.

Bəzən mənə deyirlər ki, Pənah bəy, sən 2005-ci və 2010-cu illərdə deputat olmuşdun. Həmin illərdə nə etmisən ki, indi yenə səs gözləyirsən?

Mən bu suala cavab verirəm. Deputat olduğum zamanlarda Milli Məclisə 11 ədəd qanun layihəsi hazırlayıb, təqdim etmişəm. Sadəcə 5 il ərzində mənə 5 mindən yuxarı müraciət göndərilib. Onların böyük hissəsinə cavab vermişik. Müxtəlif rayonlardan, kəndlərdən kommunal problemlərlə bağlı şikayətlər gəlib. Onlara da əlimdən gələn yardımı etmişəm.

Biz istədiklərimizin, arzuladıqlarımızın 10 fazini belə həyata keçirə bilmədik. Çünki mən hakimiyyətin deputatı deyildim, vəzifədə də deyildim. Mən deputat olduğum zamanlarda rayonun yollarına asfalt çəkilməsi üçün prezident İlham Əliyevə müraciət etmişəm. Və bu mənim İlham Əliyevə yeganə müraciətim olub. Hansı ki, bir müddət sonra bu kəndin yolluna asfalt çəkildi.
Mən tam cəsarətimlə deyirəm ki, bir deputat 2005-ci və 2010-cu illərdə nə edə bilərdisə, mən ondan artığına da çalışmışam. Və yenə də söz verirəm ki, Sabirabad camaatı mənə etimad göstərərsə, mən bütün gücümlə sizin üçün çalışacağam".
Daha sonra Pənah Hüseyn özünün seçki platformasından bəhs edib: "Platformada milli birlik, demokratiya, sosial rifah kimi bəndlər yer alır".
Deputatlığa namizəd bu görüşdən sonra rayonun digər kəndlərinə üz tutub. İlk olaraq Surra kəndində olan Pənah Hüseyn burada da kənd camaatı tərəfindən yaxşı qarşılanıb. O öz seçicilərinə səslənərək, onlardan noyabrın 1-də ona səs verərək, etimad göstərmələrini istəyib.
Pənah Hüseynin görüşləri bununla bitməyib. O, ümumulikdə rayonun 4 kəndində görüş keçirib. Bunlar Quruzma, Surra, Axıska, Kovlar kəndləri olub. Görüşlər zamanı heç bir əngəl törədilməyib. Görüşlər öncədən təyin edilən yerlərdə, sakit şəkildə keçirilib. Dörd kənddə Pənah Hüseynlə görüşə gələnlərin sayı 500-700 nəfər olub.
Qeyd edək ki, bu görüşlər önəmli bir nüansla da yadda qalıb. Belə ki, bu günə kimi ölkə ərazisində açıq havada seçicilərlə görüş keçirən namizəd olmayıb. P.Hüseyn bunu ilk edən namizəd olub.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ