Kəmaləddin Heydərovun həbsinə start verildi
Siyaset
Oxunub: 1 875
21 okt 2015 | 21:13
Kəmaləddin Heydərovun həbsinə start verildi

















Hakimiyyət nəqliyyat naziri və «fövqəlnazir» kimi böyük güclərlə üzülüşməyə çalışır

Nəqliyyat naziri Ziya Məmmədovdan sonra hədəfə fövqəladə hallar naziri Kəmaləddin Heydərov gələcək. Bu barədə "Azadlıq" qəzeti məlumat yayıb. Qəzet yazır ki, əslində Ziya Məmmədovla bağlı başlayan proses hakimiyyətdəki “oliqarx ovu” planının tərkib hissəsidir. “Ziya Məmmədovun ”vurulması” ilə bağlı müxtəlif səbəblər göstərir. Bəzi məlumatlara görə, o, Beynəlxalq Bankdan 500 milyon manat kredit götürdüyünə görə, başqa xəbərlərə görə isə nazir baş nazirin keçmiş müavini Abbas Abbasovla əlaqəyə görə “vurulur”.

Əslində Ziya Məmmədovun “vurulması” hakimiyyətdəki oliqarxlarla üzülüşmək planından irəli gəlir. Ölkədə iqtisadi böhranın hökm sürdüyü bir ərəfədə hakimiyyətin zirvəsində imtiyazlı və iddialı məmurlar təhlükə kimi görülür. Ziya Məmmədov baş nazir olmaq iddiaları var idi. Bundan başqa o, iqtisadi imperiyaya, mediaya, qoçu dəstələrinə malik bir məmur idi. Hakimiyyətin zirvəsində düşünürlər ki, bu cür məmurlar hər an ciddi təhlükəyə çevrilə bilər. Bu baxımdan onların sıradan çıxarılması, ən yaxşı halda zəiflədilməsi məqsədəuyğun sayılıb”, – deyə mənbə bildirib.

Onun sözlərinə görə, Kəmaləddin Heydərov da Ziya Məmmədov həm böyük gücə malikdir, həm də böyük iddiaları olan məmurdur. Mənbə ölkə başçısı Ilham Əliyevin bir neçə gün əvvəl Nazirlər Kabinetində keçirdiyi iclasda idxalda monopoliyanı açıq mətnlə vurması əslində Kəmaləddin Heydərovun da sıradan çıxarılacığının mesajı sayıla bilər.

Təsadüfi deyil ki, Ilham Əliyevin bu çıxışından sonra deputat Yevda Abramov “idxal mafiyası”nı “vurub”. O, bildirib ki, Rusiya tərəfi Azərbaycana istənilən qədər məhsul gətirməyə icazə verir. Amma Azərbaycan sərhədindən 10 kq-dan artıq məhsul keçirməyə qoymurlar: “Niyə icazə verilmir? 10 kilodan çox olanda nə olar ki? Bu sənin insanındır. Sərhəddə balıqların başı kəsilir, kolbasalar kəsilir, artıq yüklər orada yerə atılır. Eyni zamanda, bu il ”Kənd təsərrüfatı ili”dir. Rayonların çoxunun deputatı buna çıxışında toxunmadı, yəqin hiss etməyiblər. Şəmkirdən xiyarı aparıb Rusiyada satmaq istəyir, amma neçə gündür sərhəd məntəqəsindən keçə bilmir, nəticədə onu 2 qəpiyə verir. Bu il qara gavalının qiyməti 10 qəpikdən yuxarı qalxmadı. Mən də deyirəm ki, iş yerləri açılsın. SSRI dövrünün tədarük məntəqələri bərpa edilsin”.

Deputat Fəzail Ağamalı da həmkarının fikirlərinə dəstək verib. Deputat deyib ki, Azərbaycana idxal olunan məhsulların kimlərin razılığı olmadan keçirilə bilmədiyini yaxşı bilir: “Azərbaycan xalqı qabiliyyətli xalqdır. Ona imkan verilsə, problemlərini özü həll edə bilər. O zaman heç neftə də ehtiyac qalmaz. Biz prezidentimizlə bərabərik. Bizim sədaqətimizə şübhə yoxdur. Prezidentin müşavirədə səsləndirdiyi çağırışa səs verməliyik. Kim buna səs vermirsə, o xəyanətkardır, Azərbaycan əleyhinə koalisiyasının tərkibində yer alır”.

Ölkədə idxalın Kəmaləddin Heydərovun nəzarətində olduğu sirr deyil. Güman ki, Fəzail Ağamalı və Yevda Abramov da bunu bilir. Bu halda onların səsləndirdiyi fikirlərin müstəqil mövqe olduğunu düşünmək sadəlövhlük olardı.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...