Qarabağ ətrafında gərginlik: örtülü tələb, aşkar təzyiq - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 368
15 sen 2021 | 18:20
Qarabağ ətrafında gərginlik: örtülü tələb, aşkar təzyiq - NƏ BAŞ VERİR?


Qarabağ ətrafında yaşanan siyasi gərginlik davam edir. Xüsusən də, Rusiya və İranın siyasi davranışları, Qarabağdakı erməni separatçı-terrorçularına altdan-altdan isti münasibəti, yardımları Azərbaycanın haqlı narahatlığına səbəb olur.

Bugünlərdə İrana məxsus yük avtomobillərinin Laçın dəhlizi vasitəsilə separatçı-terrorçulara yanacaq daşımasının videogörüntüləri yayıldı. Bundan sonra rəsmi Bakı tərəfindən Tehrana etiraz edildi. Eyni zamanda, İranla Ermənistan arasındakı Gorus-Qafan magistralının Azərbaycana düşən hissəsində qurulan polis postlarımızda nəzarət gücləndirildi. İndi Azərbaycan polisi İrandan Ermənistana daşınan yükləri yoxlayaraq buraxır.

İran bundan narazılığını gizlədə bilmir. Və Azərbaycana cavab olaraq başqa məsələ haqqında bəyanat verdi. Belə ki, İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə açıqlamasında bildirib ki, Xəzər dənizində Türkiyə Ordusunun varlığı Tehranı narahat edir. Məlumdur ki, Xəzərdə Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçirirlər. İran XİN bunu Türkiyənin Xəzərdə hərbi varlığı sayır və bildirir ki, bu, Xəzəryanı dövlətlərin dənizdə digər xarici dövlətlərin hərbi varlığının olmaması ilə bağlı razılığına ziddir.

Rusiya isə bu aralar müəyyən susqunluq mövqeyində görünsə də, Qarabağdakı sülhməramlı missiyasının qeyri-qanuni fəaliyyətini davam etdirməkdədir. Belə ki, Laçın dəhlizini demək olar ki, “nəzarətsiz” buraxan sülhməramlılar Xankəndiyə qeyri-qanuni yüklərin daşınmasına göz yumur, humanitar yardım adı altında separatçılara yardımlar edilir.

Bir sözlə, 10 noyabr üçtərəfli Birgə Bəyanatın bütün müddəaları Rusiya tərəfindən pozulmaqdadır. Eyni zamanda, bugünlərdə Rusiya sülhməramlıların yeni komandanını təyin etdi - general Rüstəm Muradovu “Abxaz cəlladı” kimi tanınan general Mixail Kosobkov əvəzlədi. Bir çox analitiklər Kosobkov kimi mənfi imicə sahib birinin komandan göndərilməsini Kremlin Azərbaycana mesajı kimi qiymətləndirir.

Rəsmi Bakı isə hələlik bəyanat verir, regionda marağı olan ölkələrə çağırış edir. Və Azərbaycan bildirir ki, beynəlxalq hüquqa uyğun olaraq təxribatlara lazım olan cavab veriləcək.

Baş verənləri AYNA-ya şərh edən “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, İranın Qarabağdakı erməni separatçılarına, Ermənistana münasibəti aydındır:

- İran bilir ki, Azərbaycan və güneyli azərbaycanlılarla bağlı yürütdüyü siyasət bütün hallarada İran-Azərbaycan münasibətlərinə təsir göstərəcək. Rəsmi Tehran Ermənistana, erməni separatçılarına dəstək verməklə Rusiyasayağı siyasət həyata keçirir. Azərbaycana təzyiq etmək lazım olduqda isə Ermənistan, erməni amilindən istifadə edir. Erməni separatizminə dəstək, Azərbaycanı təhdid etmək Tehranın çoxdankı siyasətidir.

- Azərbaycanın Gorus-Qafan yolunda atdığı addımlar Tehranın Bakıya qarşı siyasətində dəyişiklik yaradacaqmı?

- Düzü, mən bilmirəm Gorus-Qafan yolunda İran avtomobillərinin yoxlanılması barədə deyilənlər nə qədər düzdür. Amma görünən odur ki, bu, həqiqətdən uzaq deyil. Bu günlərdə İranın Azərbaycandakı səfirinin Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşü olub. Görünür, bu məsələlər görüşdə müzakirə edilib. Rəsmi Bakı Tehrana nota vermişdi və bu, onu deməyə əsas verir ki, ortada ciddi faktlar var.

Hesab edirəm ki, ümumiyyətlə, İrandan separatçılara uzanan xətti kəsmək lazımdır. İrandan Ermənistana nə istəyirlərsə, daşısınlar. Amma Qarabağdakı terrorçulara daşınan hər nə olur-olsun, qarşısı birmənalı şəkildə alınmalıdır. İran Qarabağa nəsə aparmaq istəyirsə, bunu yalnız Azərbaycanın razılığı ilə edə bilər. Yoxsa ki, avtomobilləri yoxlayaraq buraxmaq nə deməkdir? Bu, İranın separatçılarla əlaqələrinin qarşısını almayacaq. Düşünürəm ki, məsələ Tehran qarşısında fərqli şəkildə qoyulmalıdır. Əgər İran hansısa ticarət əlaqələri qurmaq istəyirsə, Azərbaycana müraciət etməlidir. Azərbaycan da baxar, uyğun bilsə, icazə verilər.

- Rusiyanın Azərbaycanla bağlı siyasətindəki təzyiq xarakterliliyi də artıb. Eyni zamanda, Qarabağ sülhməramlılarına yeni komandan olaraq general Kosobokov təyin edildi. Hansı ki, Kosobokov heç də yaxşı xarakteristikası olan zabit deyil. Xidmət etdiyi bölgələrdə “cəllad” ləqəbi ilə tanınıb. Kremlin belə bir generalı Qarabağa təyin etməsinin arxasında nə dayanır?

- Rusiyanın Qarabağdakı “sülhməramlı” adlandırılan kontingentə yeni təyin etdiyi komandan general Kosobokov Abxaziyada xidmət edib və o, “Abxaz cəlladı” ləqəbi ilə tanınır. Bundan başqa, abxazlara kütləvi şəkildə Rusiya pasportları verilməsi prosesində fəal iştirakçı olub. General təkcə Abxaziya məsələsində deyil, müxtəlif mənbələrin məlumatına görə, Donbasdakı separatçılara da hər cür yardımlar edib, Ukrayna separatçılarına silah-sursat dəstəyi göstərib. Rusiyanın belə bir hərbçini Qarabağ sülhməramlılarına komandan təyin etməkdə məqsədi Azərbaycana siyasi xəbərdarlıqdır. Kreml bununla Azərbaycanı təhdid edir.

Bilirsiniz ki, son dövrlər Qarabağdakı “sülhməramlı” adlandırılan kontingentin davranışları və onun nəticələri səbəbindən Azərbaycan ilə Rusiya arasında ciddi soyuqluq müşahidə edilir. Moskva istəyir ki, Azərbaycan sülhməramlıların statusunu tanısın, onlara mandat verilsin. Azərbaycanın bu istiqamətdə addım atmağa tələsməməsi Rusiyanı narahat edir. Güman ki, üzdə müzakirə olunmayan başqa məqamlar da var. Rusiya çalışır ki, kommunikasiyalara nəzarəti də əldə etsin. Lakin bir tərəfdən Ermənistan Zəngəzur dəhlizinin açılmasına razı deyil, Azərbaycan isə digər kommunikasiyaları Kremlin nəzarətinə vermək istəmir. Görünür, bu səbəblər də gərginliyin artmasında rol oynayır. Rusiya gah ekspertlərin, gah siyasətçilərin dili ilə Azərbaycana təzyiq edir ki, şərtlərini qəbul etdirsin. Hazırda bu siyasət həyata keçirilir.

Bir sözlə, Rusiya Azərbaycana təzyiq yolunu tutub. Kosobokov kimi generalın “sülhməramlı” adlandırdıqları qüvvələrə komandan təyin edilməsi də bir növ hədə-qorxudur. Amma düşünmürəm ki, bu, ciddi amildir. Əslində, o fikirlə tamamilə razıyam ki, Qarabağdakı kontingentin komandanının kim olmasının məsələlərə heç bir aidiyyəti yoxdur. Bu gün Azərbaycan daxilində Azərbaycan vətəndaşları var ki, Rusiyaya canla-başla xidmət edirlər. Öz xalqına, dövlətinə xəyanət edənlər varsa, Rusiya generalından nə uma bilərik?! Kosobokov Rusiya siyasətinin icraçısıdır. Kremldən onlara nə tapşırılırsa, onlar da onu icra edirlər.

- Sanki İkinci Qarabağ müharibəsindən sonra Rusiya ilə İranın Azərbaycanla bağlı siyasəti eynidir...

- İranla Rusiyanın Azərbaycana qarşı siyasətində müəyyən parametrlər üzrə eynilik var. Hər iki qonşu dövlət Qarabağdakı erməni separatçılarından və Ermənistandan alət kimi istifadə edərək Azərbaycana təzyiq göstərməyə çalışır. Ermənilər Rusiya və İran üçün regiondakı siyasətlərində alətdirlər. Amma bu iki dövlətin Azərbaycan siyasətində fərqli məqamlar da var. Bu məqamlar da ondan ibarətdir ki, Rusiya Ermənistana birbaşa nəzarət edir, ermənilərə ciddi təsiri var. İran isə bu sferada özünə yer tutmağa çalışır. Ona görə də, Tehran “xeyriyyəçi” olub, Qarabağa yanacaq daşıyır, ərzaq aparır, yardım edir.
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək