“Nə vaxtdan bəri “şir” Ermənistan kimi çaqqalla qardaş olub?” – İranın təhdidlərinə CAVAB
Hadise
Oxunub: 559
20 sen 2021 | 22:50
“Nə vaxtdan bəri “şir” Ermənistan kimi çaqqalla qardaş olub?” – İranın təhdidlərinə CAVAB


“Arazboyu təlimə başlayan İran “Azərbaycan legionu”na da Bakıya qarşı hücum əmri verdi. Keçmiş Azərbaycan vətəndaşları, müharibədən öncəyə qədər Azərbaycanın inanclı auditoriyası üzərində mollaların təbliğatını aparan “nur-az” səhifəsinin idarəçiləri olan “Hüseyniyyun” qruplaşması yenidən aktivləşdi. Bu qruplaşmaya Tohid İbrahimbəyli, Orxan Məmmədov, İsgəndər Hüseynzadə və digərləri daxildir”.

Bu barədə KONKRET.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı məlumat verib. O bildirib ki, II Qarabağ müharibəsində İran Azərbaycana qarşı hücuma ara verən kimi, bu qruplaşma və onların təbliğatı da yoxa çıxdı. Hərçənd, Tovuz döyüşləri ilə Vətən müharibəsi arasındakı dövrdə Türkiyənin Azərbaycana dəstəyini Şah İsmayıl-Sultan Səlim müstəvisində təqdim edir, “Türkiyə Azərbaycanı işğal edəcək” iddialarını tirajlayırdılar: “Müharibə və sonrakı dövrdə Azərbaycana “fətva”, Ermənistana real dəstək verən İran Bakının praktiki reaksiyası ilə üzləşən kimi “dişini qıcadı”. Hərbi təlimlər keçirir, bəyanatlar verir, hərçənd, Tehranın Bakıya qarşı ən “təsirli” rıçağı dini müstəvidə təbliğatıdır”.

Asif Nərimanlı əlavə edib ki, Xameneinin nümayəndəsi, Ərdəbil imam cüməsi Seyid Həsən Amilinin “quyruqlu şir” açıqlamasından sonra bu vətən xainləri (başqa açıqlaması yoxdur) də hərəkətə keçdi: “Orxan Məmmədov yenidən Türkiyənin Azərbaycanda mövcudluğuna dil uzadır, İranın Xankəndinə yük daşımasını, separatçılara dəstəyinə haqq qazandırır. Bu prosesin başlanğıcıdır və daha şiddətli formada davam edəcək. İranın dini müstəvidə Azərbaycana müdaxilə rıçaqları xeyli zəiflədilsə də, hələ də qalır və qarşıdakı dövrdə bu rıçaqlar yenidən aktivləşdiriləcək”.

Politoloq Samir Hümbətov da İranın sərhəddə hərbi təlimlər keçirməsi ilə bağlı fikirlərini saytımızla bölüşüb. O cənub qonşumuz İranın yenə öz ağlına görə bizi təhdid etməyə çalışdığını deyib: “İranın əsas kəşfiyyat qüvvələrindən hesab edilən SEPAH Arazın o tayında, yəni İran ərazisində hərbi təlim keçirməyə başlayıb. SPAH-ın təşkil etdiyi bu təlimlər Horadizə paralel istiqamətdə yerləşən Aslandüzdən, İranın Culfasınadək olan geniş ərazini əhatə edir. Nəzərə alsaq ki, II Qarabağ savaşında Horadizdən başlayaraq Mehri rayonuna qədər işğalda olan ərazilərimiz düşmən tapdağından azad olunub və sözügedən təlimlər də məhz bu yerlərdə keçirilir, o zaman İranın attığı addımın Azərbaycanı hərbi müdaxilə ilə təhdid etmək anlamı daşıdığını demək mümkündür. Məsələ burasındadır ki, İranın Azərbaycana qarşı təhdidi təkcə sərhəddə hərbi təlimlərlə bitmir, eyni zamanda ideoloji və psixoloji baxımdan da təhdid etməyə çalışır. Demək olar ki, həyatını və karyerasını Azərbaycana qarşı mövqeyi ilə keçirmiş və daima ölkəmizə qarşı düşmən münasibəti ilə tanınmış İran dini lideri Ayətullah Xameneinin Ərdəbil üzrə nümayəndəsi və eyni zamanda imamcüməsi olan Ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində təhdid xarakterli fikirlər səsləndirib. O, öz cümə xütbəsində Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Buradan belə başa düşmək olar ki, Amili İranı şirə bənzədir. Amilidən soruşmaq lazımdır ki, İran şirdirsə, nə zamandan bəri şir Ermənistan kimi çaqqalla qardaş olub? Amili bu xütbəsində Azərbaycanı deyil, eyni zamanda qardaş ölkələr Türkiyə və Pakistanı da hədələmək eşqinə düşüb”.

Politoloqun sözlərinə görə, İranın Azərbaycandakı səfiri Abbasəli Musəvinin son ay yarımda iki dəfə prezidentin köməkçisi Hikmət Hacıyevlə və bir dəfə baş nazirin müavini Şahin Mustafayevlə görüşünü təsadüf hesab etmək olmaz: “Eyni zamanda Azərbaycanın İrandan Ermənistana gələn Gorus-Qafan yolunu bağlaması da tam qanunauyğun hal kimi qəbul edilməlidir. Əgər İranın niyyəti təmizdirsə, niyə Azərbaycanın atdığı addımlar ona qarşı qıcıqlandırıcı gəlir? Əgər İran həqiqətən də Azərbaycanı qardaş ölkə bilirsə, o zaman niyə atdığı addımlarda Azərbaycanın mövqeyini nəzərə almır? Fikrimcə, İrandakı bəzi qüvvələrin atdığı bu təxribatçı addımların əsas məqsədi bölgədə süni gərginliyi daha da artırmaq və qeyri-stabilliyi qalıcı etməkdir”.
KONKRET.az
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi