Mirşahin Ağayev: Eldar şamından yıxılanlar... – VİDEO
Siyaset
Oxunub: 1 107
26 okt 2015 | 07:08
Mirşahin Ağayev: Eldar şamından yıxılanlar... – VİDEO










“Tora bu boyda balığın düşəcəyi gözlənilmirdi”

Mirşahin Ağayev dünən “Hesabat”da eks-MTN şefi Eldar Mahmudovdan danışıb.

Həmin süjeti təqdim edirik:

Əlbəttə, Prezident neçə müddət idi ki, deyirdi, xəbərdarlıq edirdi və idman reportyorlarının dili ilə desək, qol yaranmaqdaydı. Amma tora bu boyda topun və ya balığın düşəcəyini əksəriyyət gözləmirdi.

Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən çıxarıldı və gövdəli, cüssəli bir nəfərin çıxarıldığı yerdə böyük bir çala yarandı.

Eldar Mahmudovun götürüldüyü yerin ağzı açıldı, nə açıldı, dükan dolusu şərab burdan keçdi, “Range Rover”lər, “Maserati”lər şütüyüb 40 incə bellə burdan keçdi… əsir götürülmüş manat-manat, dollar-dollar şahidlər - şahbaz igidlər burdan keçdi.

Ölkənin Milli Təhlükəsizlik Nazirliyinin əslində yavaş-yavaş ölkənin milli təhlükə nazirliyinə çevirməkdə olduğunu gördük. Rahat-rahat arxalanaraq təhlükəsizliyimizi etibar etdiyimiz insanların nəhəng bir Eldar şamına çevrildiyini kim ağlına gətirə bilərdi ki? İndi artıq ziyanı yoxdu, ya yıxılıb, ya sönüb. Hər iki halda bu şamın işığı yox kölgəsi, ucalığı yox, yeri qalıb.

Həmişə zirzəmisi zirzəmidə deyil, damdadır deyə orijinallığı ilə seçilən bu qurum doğrudanmı əslində baş-ayaqmış. Heyrət götürür adamı ki, balam bu adamlar şir ürəyi yeyib nədir? Axı ortada İlham Əliyevin imzası ilə ya arxivə, ya da türməyə tolazlanmış nə qədər nazir var… Görünür ilk növbədə ona görə ki, bu adamlar vəzifəyə gələn kimi özlərini qanundankənar elan edirlər. Onlar hamıdan yuxarı olurlar. Özlərini toxunulmaz sayırlar. Mətbuat və ictimai gözdən uzaq düşərək, könüldən də iraqa düşürlər və sonda üzdəniraqlaşırlar. Bax belə.

Ona görə də dövlət məmurları, prezidentin təbirində desək xalqın xidmətçiləri olduqlarını unutmamalıdırlar. Onlar “dövlət qulluqçusunu tənqid etmək olmaz, bu, prezidentin təyin etdiyi şəxsdir, toxunulmazdır” deməməlidirlər. Əksinə, İlham Əliyevin son zamanlar xüsusilə sadə insanlardan interaktiv yanaşma tələbatına fikir verilməlidir.

“Məlumat ya gecikir, ya gəlmir, ya da, o da sirr deyil ki, məlumatı gizlətmək istəyirlər. Ona görə Azərbaycanda azad mətbuatın mövcudluğu mənim də işimi yüngülləşdirir. Administrasiyada və digər yerlərdə, strukturlarda işləyənlər bunu bilirlər ki, mən bəzi hallarda məlumatı onlardan tez əldə edirəm və dərhal reaksiya verirəm. Ən azı ki, bu, yoxlanılmalıdır. Əgər həqiqətdirsə, ölçü götürülməlidir”, – deyə İlham Əliyev qeyd edib.

Heç bir qurum, heç bir nazir, heç bir komitə və şura sədri toxunulmaz olmağa çalışmamalıdır.

Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE