Yeni deputatların keçmişi: Müəllim, həkim, işsiz, rəssam
Siyaset
Oxunub: 1 108
3 noy 2015 | 08:27
Yeni deputatların keçmişi: Müəllim, həkim, işsiz, rəssam










Qanunverici orqan yenilənib

Azərbaycanda keçirilən parlament seçkilərinin yekun nəticələri artıq bəllidir. Milli Məclisin yeni tərkibində hazırki deputatlarla yanaşı ilk dəfə mandat alanlar da var. Belə ki, parlamentin payız sessiyasında 27 yeni deputat işə başlayacaq və bu, qanunverici orqanın 22 faiz yenilənməsi deməkdir.

Azerinfo.az xəbər verir ki, AzVision.az ilk dəfə deputat seçilən şəxslərin bundan öncə hansı işlə məşğul olmasını araşdırıb.

6 saylı Culfa–Babək seçki dairəsindən deputat seçilən Həmzəyeva Ülviyyə Tapdıq qızı Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədridir.

9 saylı Binəqədi ikinci seçki dairəsindən seçilən Qafarov Kəmaləddin Nəsrəddin oğlu Milli Onkologiya Mərkəzinin Baş direktorun müavini vəzifəsində çalışır.

11 saylı Qaradağ seçki dairəsində mandat qazanan Hüseynov Aydın Nəsir oğlu (YAP-ın namizədidir-red) namizədliyi irəli sürənədək Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı agentliyi 9 saylı Xəzinədarlıq idarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri vəzifəsində çalışıb.

17 saylı Yasamal üçüncü seçki dairəsindən deputat seçilən Həsənov Elşad Eldar oğlu (Bitərəf) "Kaspian Konsaltinq" şirkətinin hüquqşünası işləyib.

19 saylı Nərimanov birinci seçki dairəsini təmsil edən Məmmədov Hikmət Baba oğlu “Yeni Azərbaycan” qəzetinin baş redaktorudur.

27 saylı Sabunçu ikinci seçki dairəsindən qalib çıxan Cəbrayılova Dilarə Məmmədağa qızı 295 saylı orta məktəbin direktoru vəzifəsini tutub.

35 saylı Xətai üçüncü seçki dairəsindən namizədliyi irəli sürən və seçkidən qalib çıxan Əlizadə Araz Mübariz oğlu (ASDP) bildiyimiz kimi hazırda Azərbaycan Sosial Demokrat Partiyasının sədridir.

37 saylı Nizami (Gəncə) birinci seçki dairəsindən deputat seçilən Kərimzadə Pərvin Orxan qızı Gəncə Dövlət Universitetində Elm və İnnovasiyalar üzrə prorektor vəzifəsində çalışır.

38 saylı Nizami (Gəncə) ikinci seçki dairəsində seçki mübarizəsinə qatılan Həmzəyev Naqif Ələşrəf oğlu Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində çalışıb. Çox güman ki, o deputatlıq fəaliyyətinə görə bu vəzifəsini itirməli olacaq.

41 saylı Sumqayıt birinci seçki dairəsində bütün rəqiblərini üstələyən YAP üzvü Xəlilov Mirzəcan Mirzəmməd oğlu “Azərsutəchizat Tikinti” ASC-nin sədridir.

Hakim partiyanın digər üzvü Mirkişili Tahir Famil oğlu 42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputat seçilib. O hazırda İqtisadiyyat və Sənaye Nazirliyinin Müşaviridir.

55 saylı Xaçmaz şəhər seçki dairəsini təmsil edən Səlimov Eldəniz Adil oğlu (YAP) Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

57 saylı Kürdəmir seçki dairəsindən mandat qazanan Məmmədov Müslüm Mürsəl oğlu (Bitərəf) (62,4 faiz) Belçika Krallığında Azərbaycan Kommunikasiya ofisinin rəhbəri vəzifəsində çalışıb.

62 saylı Saatlı seçki dairəsində deputat seçilən Amaşov Əflatun Əhməd oğlu Azərbaycan Mətbuat Şurasının sədridir.

63 saylı Sabirabad birinci seçki dairəsini təmsil edən Quliyev Elçin Bəybala oğlu deputat seçilənə kimi Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsində Aparat rəhbəri vəzifəsində çalışıb.

77 saylı Astara seçki dairəsində Milli Məclisə seçilən Mahmudov Rəşad Məmmədqulu oğlu Mərkəzi Neftçilər Xəstəxanası, Ürək-damar mərkəzinin rəhbəridir.

81 saylı Beyləqan seçki dairəsində mübarizə aparan Şahin İsmayılov Əmir oğlu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədridir.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən mandat alan Kərimli Tahir Zayıdağa oğlu Vəhdət" Partiyasının sədridir.

89 saylı Göyçay-Ağdaş seçki dairəsini təmsil edən Nəsirov Elman Xudam oğlu Azərbaycan Respublikası Prezidenti yanında dövlət idarəçilik akademiyasının Siyasi Araşdırmalar İnstitunun direktorudur.

99 saylı Şəmkir kənd seçki dairəsindən millət vəkili seçilən Əliyeva Sona Sakit qızı Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavinidir. O da Milli Məclisdəki fəaliyyətinə görə, o, bu vəzifəsini itirməli olacaq.

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən seçilən Bayramov Kamran Fərhad oğlu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və Yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri vəzifəsini tutub.

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən deputat seçilən Ağayeva Ülviyyə Cavanşir qızı hazırda Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunda işləyir.

107 saylı Qazax seçki dairəsindən seçilən Nəbizadə Kamran Telman oğlu NKH MMC-də idarə heyətinin sədridir.

109 saylı Balakən seçki dairəsində təmsil olunan Məhəməliyev Nəsib Məhəmməd oğlu müvəqəti işsiz. Qeyd edək ki, o 2000-2006-cı illərdə Balakən rayon İcra Hakimiyyətinin başçısı, 2006-2015-ci illərdə isə Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

110 saylı Zaqatala seçki dairəsindən mandat qazanan Musayev Elşən Məmmədhənifə oğlu Azərbaycan Respublikası Milli Məclisinin Hüquq Siyasəti Və Dövlət Quruculuğu Komitəsinin ekspertidir.

Mahir Abbaszadə Milli Məclisdə 121 saylı Laçın seçki dairəsini təmsil edəcək. O indiyədək "Zaminbank" Açıq Səhmdar Cəmiyyəti, Gənclik filialının müdiri vəzifəsində çalışıb.
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır