Prezidentdən sərt mesaj: Bu hərəkət heç kimə şərəf gətirmir
Siyaset
Oxunub: 948
5 noy 2015 | 08:09
Prezidentdən sərt mesaj: Bu hərəkət heç kimə şərəf gətirmir










“Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik”

Bu gün Avropada mənəvi böhran yaşanır. Avropa bəyan etdiyi dəyərlərə sadiq çıxa bilmir, miqrantlara - müsəlman qaçqınlarına nə qədər böyük əzab-əziyyət verilir, onların ləyaqəti alçaldılır, onlara qarşı çox dözülməz, qəbuledilməz addımlar atılır. Mən dəfələrlə demişəm, o insanların heç bir günahı yoxdur. Xarici müdaxilə nəticəsində onların ölkələri darmadağın edildi, onlar on minlərlə, yüz minlərlə yaxınlarını itirdilər, milyonlarla insan qaçqın vəziyyətinə düşdü və indi onlar Avropaya pənah aparırlar.

Orada isə onların qarşısında sədlər tikilir, tikanlı məftillər çəkilir, onlara itlərlə hücum edilir, onlar qəfəsə salınır. Sonra isə insana yaraşmayan o qəfəsin üstündən onlara yemək atılır. XXI əsrdə bu qədər dözülməz hərəkət heç kimə şərəf gətirmir. Bu, bir sınaq dövrüdür. Avropa indi bu sınaqdan çıxmalıdır, bəyan etdiyi dəyərlərə sadiq qalmalıdır. Yoxsa, əgər bu vəziyyət davam edərsə heç bir başqa ölkə qarşısında heç bir tələb qoyula bilməz. İlk növbədə, sən özün daxildə bu prosesləri normal məcraya salmalısan, özün daxildə bəyan etdiyin dəyərlərə sadiq çıxmalısan, ondan sonra kimdənsə nəsə tələb edə bilərsən.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

“Bu proseslər bizi çox narahat edir, incidir, ürəyimizi ağrıdır. O yazıq insanları bu vəziyyətdə görəndə əminəm ki, hər bir normal insan çox ağır hisslər yaşayır. Digər tərəfdən, bu, dini qarşıdurmadır, - mən bunu belə adlandırardım, - bu, miqrant böhranı deyil, bu, dini qarşıdurmadır, bu, islamafobiyanın əlamətidir. Bu, son illər ərzində anti-müsəlman təbliğatının nəticəsidir və bu, daha da böyük problemlərə və dünyada sivilizasiyalararası toqquşmaya gətirib çıxara bilər.

Biz Azərbaycanda multikulturalizm dəyərlərini təbliğ edirik. Biz müxtəlif forumlar, konfranslar, beynəlxalq tədbirlər keçiririk və sübut edirik ki, bir yerdə yaşamaq mümkündür. Azərbaycanın timsalında bunu hər kəs görə bilər.

Ancaq bu gün biz görürük ki, dini zəmində qarşıdurma daha da böyük problemlərə gətirib çıxara bilər. Biz də bunu bilməliyik. Bəzi hallarda belə sözlər işlədilir ki, biz inteqrasiya etməliyik, Avropaya inteqrasiya etməliyik. Mən artıq dəfələrlə demişəm, biz heç yerə inteqrasiya etməməliyik. Biz öz milli dəyərlərimiz üzərində möhkəm dövlət, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Xüsusilə indiki ayrı-seçkilik, islamafobiya dövründə inteqrasiya etməyə heç bir ehtiyac yoxdur. Biz hansı formada inteqrasiya edə bilərik. Bizi orada qəbul edə bilərlərmi? Yox. Bu, artıq reallıqdır, ancaq acı reallıqdır. Ona görə biz bundan sonra da ancaq daxili resurslar hesabına yaşamalıyıq.

Onsuz da heç kim bizə heç vaxt kömək etməmişdir. Nəyi əldə etmişiksə, öz hesabımıza əldə etmişik. Biz heç kimdən heç bir yardım gözləmirik, buna ehtiyac yoxdur. Sadəcə olaraq, bizim işimizə də heç kim qarışmasın, bizimlə diktat dili ilə danışmağa cəhd etməsin. Onsuz da bu səylər əbəsdir.

Hesab edirəm ki, Azərbaycan xalqı bu gün öz milli ləyaqətini qoruya bilir, bunu sübut edib. Bizim gücümüz xalqla iqtidar arasındakı birliyimizdədir. Ona görə də dünyada gedən acınacaqlı proseslərə baxmayaraq, biz Azərbaycanda inkişaf görürük. Yeni binalar, yeni sənaye müəssisələri tikilir, insanlar rahat yaşayır, seçkilər gözəl şəraitdə keçirilir. Bax, budur Azərbaycanın uğurlu inkişaf modeli. Mən əminəm ki, biz gələcəkdə də bu uğurlu yolla gedəcəyik”, - dövlət başçısı bildirib.
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO