İradə Gülməmmədova: Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb
Siyaset
Oxunub: 1 424
6 noy 2015 | 09:22
İradə Gülməmmədova: Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb











Bu bir həqiqətdir ki, Azərbaycan iqtisadiyyatının dinamik surətdə inkişafı, insanların rifahının günü - gündən yaxşılaşması, vətənimizin simasının nəzərəçarpacaq dərəcədə yeniləşməsi, beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmlənməsi həyata keçirilən düşünülmüş siyasətin, sistemli və kompleks proqramların məntiqi nəticəsidir

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya 2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu strategiyanın yeni dövrün tələblərinə uyğun əhəmiyyətli dərəcədə zənginləşdirilməsi milli iqtisadiyyatın regional və qlobal sınaqlara dayanıqlığını artırmış, sosial-iqtisadi islahatlarla müəyyən edilmiş məqsədlərə nail olunmasını, o cümlədən həmin siyasətin əsasını təşkil edən əhalinin sosial vəziyyətinin yaxşılaşmasını təmin etmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin - "Bizim qarşımızda bütün yollar açıqdır, səma aydındır, üfüqlər açıqdır və biz irəli gedirik" - fikri ölkəmizin və xalqımızın hərtərəfli inkişafı üçün tezis kimi qəbul edilə bilər.

Hazırda respublikamız inkişafın elə uğurlu mərhələsindədir ki, qazanılmış makroiqtisadi nailiyyətlər cəmiyyət həyatının ən müxtəlif sahələrində sosial rifaha, iqtisadi azadlığa və səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın taleyində ciddi dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan inkişafına xidmət edən liberal islahatları yüksək dinamizmlə gerçəkləşdirmək imkanı yaradır. Güclü iqtisadiyyat tezisini əməli fəaliyyətində gerçəkləşdirən dövlət başçısının düşünülmüş uzaqgörən siyasəti hər bir sahədə böyük uğurların əldə olunması ilə səciyyələnir. Xarici siyasət məsələlərində də Azərbaycanın çox fəal rol oynaması ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə səbəb olmuşdur. Regionda böyük güc mərkəzinə çevrilən Azərbaycan dünyanın aparıcı dövlətləri ilə çox səmərəli və qarşılıqlı hörmət əsasında münasibətlərini qurmuşdur.

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var: iqtisadi inkişaf, sosial məsələlərin həlli, ekoloji proqram, neft-qaz sektorunun inkişafı, regional inkişaf proqramı, səhiyyə proqramı, təhsil proqramı. Elə bir sahə yoxdur ki, orada bizim proqramımız olmasın. Bunlar sadəcə olaraq, bir niyyət sənədi, şüar toplusu deyil, düşünülmüş, konkret tədbirlər planıdır. İqtisadiyyatı hər bir inkişafın təməl daşı adlandıran Prezident İlham Əliyevin qənaətincə, əgər güclü iqtisadiyyat yoxdursa, sosial proqramları və eyni zamanda, müstəqil xarici siyasəti həyata keçirmək mümkün deyildir.

Bu məsələyə ciddi önəm verilməsinin nəticəsi olaraq regionlarımız sürətlə və intensiv inkişaf edir, yeni iş yerləri ilə yanaşı, təhsil, müalicə-sağlamlıq ocaqları, idman və mədəniyyət kompleksləri açılır. "İstəyirəm ki, Azərbaycan bölgələri daha da sürətlə inkişaf etsin. Bölgələrdə bütün lazımi infrastruktur, sosial-iqtisadi, sənaye infrastrukturu yaradılmalıdır, müəssisələr işləməlidir, insanlar işlə təmin olunmalıdırlar, abadlıq-quruculuq işləri aparılmalıdır, məktəblər, xəstəxanalar, yəni insanın həyatı üçün bütün şərait olmalıdır və özü də ən yüksək səviyyədə."

Azərbaycan Prezidentinin çoxşaxəli fəaliyyətində Ermənistanın işğalçı, qəsbkar siyasətinin ifşa edilməsi, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması, ölkəmizin ərazi bütövlüyünün tanınması, öz doğma dədə-baba ocaqlarından didərgin salınmış soydaşlarımızın qan tökülmədən ev-eşiklərinə qaytarılması xüsusi yer tutur və bu problemin tezliklə həll olunması üçün son dərəcə ciddi addımlar atılır. Qarabağ probleminin dinc yolla həll edilməsinin tərəfdarı olan Prezident İlham Əliyev eyni zamanda, açıq-aşkar bəyan edir ki, Azərbaycanın öz torpaqlarını istənilən şəkildə, o cümlədən hərbi yolla işğaldan azad etmək, ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanları vardır: "Əlbəttə, biz ümid edirik ki, nəhayət, Ermənistan tərəfi reallıqlarla hesablaşmalı olacaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaqdır. Biz bunun tərəfdarıyıq, atəşkəs rejimi başlanandan sonra 15 il ərzində konstruktiv mövqe nümayiş etdiririk. Sülh danışıqlarında konstruktiv iştirak etməklə bu danışıqlara sadiqliyimizi göstəririk. Ancaq qarşı tərəf də konstruktivlik nümayiş etdirməlidir. Qarşı tərəf də bilməlidir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır. Azərbaycan xalqı və Azərbaycan dövləti bu işğalla, etnik təmizləmə siyasəti ilə, torpaqlarımızın müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacaqdır. Öz torpaqlarımızı azad etmək üçün bizim tam əsaslarımız var, beynəlxalq hüquq bunu təsdiq edir".

İradə Gülməmmədova,
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...