Kərəm Həsənovun adı ilginc olaya qarışıb: HAKİMİYYƏT ƏLEYHİNƏ ETİRAZLARI MALİYYƏLƏŞDİRİB
Siyaset
Oxunub: 1 049
6 noy 2015 | 11:13
Kərəm Həsənovun adı ilginc olaya qarışıb: HAKİMİYYƏT ƏLEYHİNƏ ETİRAZLARI MALİYYƏLƏŞDİRİB










Komitə sədri Sabirabad hadisələrində mühasibi Davud Məmmədovun atası Zabulla kişinin əliylə etirazçılara maliyyə yardımı edib

Ötən günlərdə xəbər vermişdik ki, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovla sabiq MTN şefini təkcə biznes və deputatlıq məsələləri deyil, həmçinin digər amillər də birləşdirir.

Redaksiyamızın bununla bağlı apardığı araşdırmalar nəticəsində məlum olub ki, Kərəm Həsənovu Eldar Mahmudova bağlayan bir başqa mətləb də müxalifət özləri üçün xüsusi qruplar saxlamaqdan ibarətdir. Belə ki, bu işin planını sabiq nazir cızsa da, işin maliyyə tərəfini məhz komitə sədri həyata keçirib.

İndi isə işin təfsilatına keçək. Bir xeyli əvvəl yuxarıda qeyd etdiyimiz plana əsasən ölkənin ən aparıcı siyasi partiyalarından birinə yanaşan Kərəm Həsənov oradan özünə tərəfdaş tapır. Davud Məmmədov Meydan Hərəkatından gəlməklə yanaşı, siyasi fiqur olaraq da tanınırdı. Mahmudovun təlimatı əsasında Davud Məmmədovla anlaşan Həsənov onun bütün maliyyə məsələlərini üzərinə çəkir və şərait yaratmağa başlayır.

Redaksiyamızın araşdırmalarına görə, Davud Məmmədov təmsil olunduğu partiyada yaxşı nüfuza malik olub. Üstəlik, komitə sədrinin ona verdiyi pulları həmin partiyada özünə tərəfdaş toplamaq üçün xərcləməyə başlayıb. Etibarlı mənbədən aldığımız məlumata görə, partiya funksionerinin əsas missiyası bu tərəfdaşları başına yığaraq, onların zərurət olduğu təqdirdə imkanlarından istifadə etməkdən ibarət olub. Burada «zəruri hal» heç də həmin partiyanı parçalamaq anlamına gəlmir. Mənbə israrla bildirir ki, niyət məhz Kərəm Həsənov və ya Eldar Mahmudovun maraqlarına toxunulacağı təqdirdə etirazların təşkili və ya qarşıdurmalar yaratmaqdan ibarət olmalıymış.

Məsələn, Sabirabad hadisələri zamanı əhalini qızışdırıb ortaya atanların başında məhz Davud Məmmədov dayandığı deyilir. Üstəlik, bu, Eldar Mahmudova hava və su kimi lazım olduğu bir məqamda baş verib. Məqsəd həmin aksiyanı aradan qaldırmaqla yuxarıların yanında etimad qazanmaq olub. Amma bu etirazlar necə təşkil olunub? Redaksiyamızın araşdırmalarına görə, həmin vaxt rayonda etiraz edənləri qızışdırıb, küçələrə çıxaranlardan biri elə Davud Məmmədovun atası Zabulla kişi olub. Amma Zabulla Məmmədov həm də Kərəm Həsənovun verdiyi pulları etirazçılara çatdırmaqla məşğul olub.

Hadisənin təfsilatından belə anlaşılır ki, Eldar Mahmudov və Kərəm Həsənov Aran bölgəsində ciddi etiraz dalğası yaratmaq üçün həm pul, həm də güc sərf ediblər. Nəticədə isə qazanan camaat deyil, bu iki məmur olub.

Redaksiyamızın araşdırmalarına görə, hadisələrin gedişatı Davud Məmmədov üçün heç də uğurlu olmayıb. Bir müddət sonra həmin partiyanın rəhbərliyi məsələdən xəbər tutaraq, onunla yollarını ayırmaq məcburiyyətində qalır. Amma Kərəm Həsənov Davud Məmmədovu sahibsiz buraxmır. Onu əvvəlcə 2009-cu ildə Əmlak Məsələləri Dövlət Komitəsində işə götürür. Ardından isə özünün bütün biznesinin mühasibatlığını ona həvalə edir.

Mənbə bildirir ki, Kərəm Həsənov Davud Məmmədovu əvvəlcə DYP-nin keçmiş binasının yerində inşa edilmiş binanın altındakı hipermarketin mühasibatlığını tapşırır. Ardından isə Qələbə Meydanının yanındakı məşhur «Baku Mall» Ticarət Mərkəzinin də mühasibatlığını ona tapşırır.

Redaksiyamızın dəqiqləşdirmələrinə görə, Davud Məmmədov hal hazırda Kərəm Həsənovun ən etibarlı kadrlarından biri sayılır və bütün biznesin buxalteriyası da onun əlindədir. Vaxtıyla təmsil olunduğu partiyanın rəhbərliyi ilə münasibəti qalmasa da, üzvlərlə əlaqələrini saxlamaqda davam edir. Hətta onların bir çoxunu Kərəm Həsənovun obyektlərində işə düzəltməyə belə nail olub.

P.S. Növbəti araşdırmamızda Kərəm Həsənovun dərman biznesində də olan qardaşının Akif Çovdarovla ortaq işləri barədə geniş məlumat verəcəyik. Qarşı tərəfi dinləməyə hazırıq.
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər