Məhəmməd İmanovun daha bir MTN generalıyla şərikliyi üzə çıxdı
Siyaset
Oxunub: 1 055
12 noy 2015 | 06:53
Məhəmməd İmanovun daha bir MTN generalıyla şərikliyi üzə çıxdı











Reyster Xidmətinin rəisinin Akif Çovdarovla birlikdə İstanbulda böyük biznes qurduqları məlum olub, xidmət rəisinin Baş Prokurorluqda nə üçün dindirildiyi hələlik məlum deyil

MTN-də baş verənlərin ardından ölkəni təlatümə gətirən olaylar demək olar ki, əksər məmurları əhatə etməyə başlayıb. Prosesin təkcə MTN-lə yekunlaşacağı gözlənildiyi bir vaxtda, kələfin ucunun Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qədər uzanması bu xəmirin daha çox su aparacağından xəbər verirdi. Amma məsələ bu dövlət qurumu ilə də yekunlaşmamaqdadır.

Redaksiyamızın əldə etdiyi məlumata görə, MTN-də baş verənlərlə bağlı aparılan araşdırmaların bir ucu da Əmlak Məsələləri Dövlət Komitəsinə gedib çıxıb. Həmin məlumatlara görə, komitənin sədri Kərəm Həsənovun sabiq nazir Eldar Mahmudovla biznes şəriki olması işin bir tərəfi olub. Ardından o da üzə çıxıb ki, bu ortaqlıq siyasi sahəyə də tansfer edib. Belə ki, Kərəm Həsənovun bir qardaşı Şahin Həsənov MTN-də şöbə rəisi olub. Daha sonra isə komitə sədrinin DYP-də kapitan rütbəsi ilə xidmət edən qudası sonradan MTN-də mühüm Baş İdarələrdən birinə müavin təyinatı alıb. Amma iş bununla da yekunlaşmayıb. Həsənovun daha bir qardaşı Malik Həsənov məhz Eldar Mahmudovun təqdimatı və xahişi əsasında parlamentə deputat qismində düşüb.

Redaksiyamız xəbər verir ki, hadisələrin gedişatı hər şeyin artıq Kərəm Həsənov üzərində fokuslaşdığını ortaya qoyur. Ancaq onunla bağlı konkret olaraq hansı addımın atılacağı məlum deyil. Düzdür, gələn məlumatlarda ötən həftə Kərəm Həsənovla Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovun Baş Prokurorluğa çağırıldığına dair məqamlar da var. Həmin bilgilərə görə, MTN-lə əlaqələr məsələsinə görə tərəflərin izahatları alınıb. Ancaq onların verdikləri ifadələrində nələri qeyd etdikləri məxfi olaraq qalır.

Baş verənlərin fonunda DRX rəisi Məhəmməd İmanovun adının ortaya çıxması isə təsadüfi məsələ sayılmamalıdır. Ölkənin ən önəmli qurumlarından birində rəhbərlik edən İmanovun MTN-lə ciddi əlaqələrinin olması çoxdan təsdiqini tapmış məsələdir. Üstəlik, onun Kərəm Həsənovun «qara kassası» kimi tanınması da bəlli olan bilgilərdəndir.

Redaksiyamız bildirir ki, Məhəmməd İmanovun MTN-in nəzarəti altına düşməsinin səbəbi isə olduqca maraqlıdır. Belə ki, Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanovun ən yaxın adamı külli miqdarda rüşvət alarkən MTN-çilər tərəfindən həbs olunub və bundan sonra istər Əmlak Komitəsi sədri Kərəm Həsənov, istərsə də Dövlət Reyster Xidmətinin rəisi Məhəmməd İmanov MTN-çilərlə məcburi əməkdaşlığa cəlb olunublar. Lakin daha sonra bu əməkdaşlıq qazanc mənbəyinə çevirilib. Bununla bağlı bir qədər sonra.

Nəzərinizə çatdıraq ki, Məhəmməd İmanovun DRX-nın rəisi postuna gətirilməsinin əsas baiskarı yaxın dostu, Kərəm Həsənovun müavini Rüstəm Şahbazov olub. Məlumatlara görə, İmanov ilk illər DRX-də adı rəis kimi gedən İmanov, əslində, elə də ciddi səlahiyyət sahibi olmayıb. Onun vəzifəsi qarşısına qoyulan sənədləri imazalamaqdan ibarət olub. Xidmətin bütün alış-veriş işləri, gəlir gətirən məsələlərinə isə Kərəm Həsənovun əmisi oğlu Məhəmməd Həsənov baxıb.

Amma bu şəxsin bəxi prosesin yarısında qəti gətirməyib. Redaksiyamıza verilən məlumatlara görə, Məhəmməd Həsənov külli miqdarda pul alan zaman MTN işçiləri tərəfindən saxlanılıb. Təcridaxana bir neçə gün qalandan sonra əmisi oğlunun bütün sirlərinə bələd olan sözügedən həxs əksər mətləblərin üzərini açaraq, onu çətin vəziyyətə salıb. Elə MTN də bundan sonra Kərəm Həsənov və Məhəmməd İmanovla ortaq biznesə start verib.

Məlumatlarda qeyd edilir ki, MTN-lə «körpüləri» quran ilk ada melə Məhəmməd İmanov olub. Onun görüşdüyü şəxs isə nazirliyin Kadrlar Baş İdarəsinin rəis müavini, bu yaxınlarda özünə qəsd etməyə çalışan polkovnik Tehran Babatov olub.

Tehran Babatov kimidir? Mətbuatın yazdığına görə, Babatov heç də kiçik fiqur deyil və o, Eldar Mahmudovun adından bilavasitə alış-veriş edən adam olaraq tanınıb. Elə buna görədir ki, həbs olunan və ya saxlanılanlar canlarını qurtarmaq üçün ilk olaraq onunla anlaşırmışlar. Sonradan isə Baş İdarənin rəisi Əlimusa Əliyevlə məsləhətli şəkildə qiymət müəyyən edilib, daşa sonra da alırmışlar.

Babatov MTN-də təkcə pul üçün saxlanılanlardan nələrsə qoparmaq işlərinə baxmayıb. O, həmçinin işə götürülmə, MTN Akademiyasında tələbə statusu almaq kimi məsələlərdə də ad çıxarmış fiqurlardan biridir.

Gələn məlumatlarda qeyd edilir ki, DRX-nın rəisi ilə Babatov arasında əldə edilmiş anlaşma elə babat olub. Redaksiyamıza çatan bilgilərə görə, həmin anlaşmaya əsasən komitə sədrinin əmisi oğlunun həbsdən azad edilməsi üçün 1 milyon dollar ödənilib. Bunun yarım milyonu nağd şəkildə ödənilsə də, yerdə qalan yarısı isə «Zamin Bankı»ın filiallarından birinə köçürülüb. Üzərindən, MTN rəsmilərinin təqdim etdikləri siyahı üzrə əmlakların ayrı-ayrı adamların adına keçirilməsi razılaşdırılıb.

Qeyd edək ki, Tehran Babatovun verdiyi siyahı üzrə ən qısa müddətdə Məhəmməd İmanov Bakının mərkəzində 30-dan artıq əmlakın çıxarışını MTN Kadrlar Baş İdarəsinin rəisi Əlimusa Əliyevin yaxınlarının adına keçirib. 20-yə yaxın əmlak isə Babatovun yaxın adamlarının adına sənədləşdirilib.

Amma DRX rəisinin işləri bununla da yekunlaşmayıb. Ardından Məhəmməd İmanovun özünün və yaxın qohumlarının MTN-in hərbi hissəsində qulluq etmələri təmin olunub.

İşin ən eybəcər tərəfi odur ki, məhz bu əməkdaşlıq nəticəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Dövlət Reyster Xidməti dəyəri milyonlarla manat ölçülən dövlət əmlaklarını su qiymətinə MTN-çilərin adına özəlləşdiriblər. Bu azmış kimi, MTN-in saxladığı şəxslərin mal varlıqları barədə bilgiləri alıblar.

Mənbənin dediyinə görə, Kərəm Həsənovun hazırda əsas problemi MTN-lə birgə həyata keçirdiyi su qiymətinə apardığı özəlləşdirmədir. Çünki araşdırma aparılarsa, Əmlak Komitəsinin həyata keçirdiyi özəlləşdirmədə həddindən artıq böyük korrupsiya və dövlət əmlakının talan olunması ortaya çıxacaq.

Redaksiyamızın araşdırmaları zamanı başqa bir mətləbin də üzəri açılıb. Və məlum olub ki, DRX-nın rəisi Məhəmməd İmanovun təkcə Babatovla deyil, həmçinin digər bir generalla da yaxın münasibətləri olub. İddia olunur ki, həmin şəxs adı son günlər gündəmdən düşməyən Akif Çovdarovdur.

Məlumatlara görə, İmanovla Çovdarov sonradan yaxşı münasibətlər qurublar. Əvəzində qarşılıqlı anlaşma şəraitində bir sıra işlər görülüb və milyonlarla manat qazanılıb. Üstəlik, adları çəkilən şəxslərin İstanbulda birgə ticarət mərkəzinə sahib oluqları da deyilir.

Qarşı tərəfi də dinləməyə hazırıq. Məsələ ilə bağlı araşdırmamız isə davam edir.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO