Kərəm Həsənov da Baş Prokurorluğa çağırılıb
Siyaset
Oxunub: 1 136
13 noy 2015 | 08:03
Kərəm Həsənov da Baş Prokurorluğa çağırılıb











Komitə sədrinin MTN işi ilə əlaqədar istintaqa ifadə verdiyi xəbəri yayılıb

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov ötən həftənin cümə günü Baş Prokurorluğa dəvət olunub. Bu barədə Redaksiyamıza etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumata görə, Həsənovun Baş Prokurorluğa dəvət edilməsinin səbəbi MTN işi ilə əlaqəli olub. İddialara görə, komitə sədri istintaqçılara sabiq nazir Eldar Mahmudovla əlaqələri və digər mətləblərlə bağlı ifadə verib. Bir neçə saat dindirilmədən sonra sərbəst buraxılıb. Və xəbərdarlıq edilib ki, istintaq dönəmində yenidən dəvət oluna bilər.

Redaksiyamıza məlumat verən qaynaq onu da bildirib ki, Kərəm Həsənovla birlikdə istintaqa dəvət olunanlar sırasında, həmçinin Dövlət Reyster Xidmətinin rəhbəri Məhəmməd İmanov da olub. Onun da ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Xatırladaq ki, Kərəm Həsənov və Məhəmməd İmanovun MTN-lə ciddi əlaqələrə malik olmasına dair xeyli məlumatlar yayılıb. Belə ki, komitə sədrinin sabiq nazir Eldar Mahmudovla şərikli biznesinin olması, qardaşı Malik Həsənovun keçmiş MTN şefi tərəfindən 2010-cu ildə deputat seçilməsi, habelə digər qardaşı Şahin Həsənovun MTN-də şöbə rəisi təyin edilməsi, eyni zamanda qudasının da MTN-də Baş İdarələrdən birinin rəisi müavini olduğu artıq təsdiqini tapıb.

Məhəmməd İmanova gəldikdə isə onun MTN-in İstintaq Baş İdarəsinin rəis müavini Babatovla yaxın əlaqələrə malik olduğu da gizli olmayan məsələlərdəndir. Həmçinin İmanovla Həsənovun MTN-ə sahibkarların əmlakları barədə geniş məlumatlar verdiyinə dair də iddialar var.

Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
Bu gün, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Bu gün, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Bu gün, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Bu gün, 14:34
Akademik Zərifə Əliyeva
Bu gün, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Bu gün, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Bu gün, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Bu gün, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR