Keçmiş hərəkatçıdan Elmira Axundovaya ağır ittihamlar
Siyaset
Oxunub: 1 134
30 noy 2015 | 09:37
Keçmiş hərəkatçıdan Elmira Axundovaya ağır ittihamlar











Firuz Haşımov: «Londondan vurub Dubaydan çıxan oğlu nə vaxt xalqın pulunu qaytaracaq?»

Milli Azadlıq Hərəkatının öncüllərindən olan Firuz Haşımov dövlət başçısı İlham Əliyev müraciət ünvanlayıb. 78 yaşlı siyasətçinin şikayəti isə deputat Elmira Axundova və onun oğlu Həbib Axundovdandır.

Redaksiyamıza göndərdiyi müraciətində Haşımov yazır ki, istər özünün, istərsə də oğlunun qəbahətlərini nə vaxtsa yazdığı bəsit, bədii-publisistik dəyəri o qədər də yüksək olmayan “romanlarla”, mədhiyyələrlə, indi də orda-burda etdiyi konyukturaçı çıxışlarla ört-basdır etməyə çalışan Elmira Axundova kimi odioz fiqurlar ayıblarına kor olmurlar. «Fəaliyyətinin çox sahələri indiyə qədər əməlli araşdırılmamış Elmira Axundova aldığı titul və imtiyazları sipərə döndərib oğlu Həbib Axundovu layiq olduğu məsuliyyətdən qoruyur».

Yaşlı siyasətçi Prezidertə xitabən vurğulayır ki, son bir ildə neçə-neçə qəzetdə, sosial şəbəkədə Elmira Axundovanın oğlu Həbib Axundovun əməllərini ifşa edən külli miqdarda material gedib. «Deputat balası maliyyə fırıldağı quraraq neçə-neçə ailənin həyatını cəhənnəmə döndərib. Pulları, var-yoxları əllərindən çıxmış insanlar respublikanın nüfuzlu təşkilatlarına dəfələrlə müraciət ediblər, ətraflı məlumatlar verilib, vacib dəlillər, sübutlar və təkzib edilməyən faktlar təqdim olunub. Nüfuzlu qəzetlərdə, saytlarda Elmira Axundova və oğlunun bahalı maşınları, təmtəraqlı evləri, villaları barədə yetərincə danışılıb».

O qeyd edib ki, bütün bunlara baxmayaraq, bir orqan Elmira Axundovanın qorxusundan iki qara qəpiklik iş görməyib. «Bu xanım özünü elə aparır ki, sanki bütün günahlar qapılara düşən, gündə ora-bura çağrılan, hədələnən, adam yerinə qoyulmayan, pulları əllərindən çıxmış, intihar həddinə çatdırılmış zavallılardadır. Onların ailə üzvləri bir müddət bundan əvvəl Sizə də üz tutub müraciət etmişdilər, amma bir xəbər çıxmadı. Bütün varlığımla əminəm ki, Elmira Axundova və oğlunun pəstahları barədə Sizə dəqiq, qərəzsiz məlumat verilsə, vəziyyət bir anda dəyişəcək. Bütün xalq bilir ki, Siz heç bir vaxt simsarsız, köməksiz qalmış insanların dərdinə biganə qalmamısınız».

Firuz Haşımov nəzərə çatdırır ki, Elmira Axundova ictimaiyyətin diqqətini yayındırmaq, özündən, oğlundan böhtan qurbanı, cəfakeş obrazı yaratmaq üçün onu məhkəməyə verib. «Guya mən onu məqalələrimlə təhqir etmişəm, elə buna görə də üzr istəyib, yüz min manat da cərimə verməliyəm. Məhkəmə sonra bu 100 mini 5 min manata endirdi! Hörmətli Prezident, Sizin məmur balalarının harınlığına, azğınlığına münasibətinizi xalq bilir. Mən də yazmışam ki, məmləkətin indiki durumunda məmur balalarının harınlığı əsl xəyanətdir, bunlar firavan həyatlarını, bahalı maşınlarını sosial şəbəkədə nümayiş etdirməklə kasıb-kusubu təhqir edir, Prezidentin sözlərinə məhəl qoymurlar, iqtidarla xalq arasında qəsdən uçurum yaradırlar».

O qeyd edib: «Daha sonra Elmira Axundovadan soruşmuşdum ki, o hansı qonorarların hesabına neçə-neçə imarət ucaldıb, mənzillər alıb, beş bahalı maşın saxlayır. Niyə müvafiq orqanlar Elmira Axundovadan soruşmurlar ki, deputat maaşı ilə nə cür olub ki, belə cah-cəlalı qurub? Londondan vurub Dubaydan çıxan oğlu nə vaxt xalqın pulunu qaytaracaq?»

Firuz Haşımovun redaksiyamıza göndərdiyi müraciətində daha sonra yazılır: «Hörmətli Prezident, heydən düşmüşəm, nə dərmana pulum var, nə əməlli müalicəyə, bununla belə əmrinizə müntəzirəm. Ümummilli cihad elan etdiyiniz saatda balalarımla birgə Vətən yolunda vuruşmağı, həlak olmağı özümə səadət, şərəf sayacağam. Amma Elmira Axundova kimilər “gül balalarını” bir bəhanə ilə ölkədən çıxaracaqlar. İyirmi il ərzində üç-dörd bayrağa qulluq etmiş bu xanım barədə qəzet səhifələrinə çıxartdığım sözləri bir də təkrar edirəm, “onun hər bir çıxışı hamıda sarkastik gülüş doğurur!” Səbəbi hamıya bəllidir. Bu ittihamını məhkəmədə də sübut etmişəm».

Haşımov müraciətinin sonunda yazır: «Hörmətli Prezident, Sizdən təvəqqe edirəm deputat balasının müflis edib küçələrə saldığı insanların dadına çatın! Göstərişinizlə geniş təhqiqat aparılsa çox əmmalar üzə çıxacaq və əminəm ki, Elmira Axundova min mükafat, titul sahibi olsa da, bir saat belə Milli Məclisdə oturmayacaq».

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb