Sarkisyan: Bu, Azərbaycana müharibə elan etmək deməkdir
Siyaset
Oxunub: 921
3 dek 2015 | 15:15
Sarkisyan: Bu, Azərbaycana müharibə elan etmək deməkdir











“Bu, məntiqlidir?”

Mən cari konstitusiyanın müəyyən tənzimləyici mexanizmlərində təhlükə görürəm və bunu deməyi özümə borc bilirəm.

Bunu Ermənistan prezidenti Serj Sarkisyan erməni telekanallarından birinə verdiyi müsahibəsində konstitusiyada dəyişikliklərin təşəbbüskarı olduğunu və niyə məhz indi bunu etdiyi barədə danışarkən bildirib.

Azerinfo.az bu barədə haqqin.az-a istinadən xəbər verir.

“Prezidentin səlahiyyətlərinin göstərildiyi maddəyə baxaq. Bu, 55-ci maddədir və 55-ci maddənin 12-ci bəndi: Respublika prezidenti – Silahlı qüvvələrin Ali baş komandanı, müdafiə sahəsində dövlət orqanlarının fəaliyyətini koordinasiya edir”.

“Koordinasiya edir” sözünə diqqət yetirin, rəhbərlik etmir, koordinasiya edir. Zəhmət olmasa deyin görüm, rəhbərlik etmədən koordinasiya edərək prezident təhlükəsizliyi necə təmin edə bilər?”, - Sarkisyan deyib.

O, prezident kimi Ermənistanın cari konstitusiya ilə parlamentin qəbul etdiyi katostrafik qərarların qarşısını almaq iqtidarında olmadığını bildirib.

“Bir dəqiqəlik təsəvvür edin ki, 2012-ci ilin parlament seçkilərində proqram müddəaları bizim dövlət maraqlarımıza zidd olan siyasi qüvvələrdən biri qalib gəlib. İndi təsəvvür edək ki, bu qüvvə elə “Naslediye” (İrs) partiyasıdır.

Və o, Dağlıq Qarabağın müstəqilliyini tanımağı tələb edir. Hökumət qərar qəbul edir, sonra qanun layihəsini Milli Məclisə yollayır, parlament Dağlıq Qarabağın müstəqilliyini tanıyır və konstitusiyamıza əsasən qanun prezidentə imzaya göndərilir.

Mən 21 gün müddətində bu qanunu ya imzalamalı, ya da ki, iradlar ilə Milli Məclisə göndərməliyəm. Amma onlar çoxluq təşkil etdiklərinə görə parlament seçkilərində qalib gəldikləri üçün vetonu aşaraq qanunu yenidən imzalanması üçün prezidentə göndərəcəklər. Və mən 5 gün müddətində onu imzalamalıyam.

Dağlıq Qarabağın müstəqilliyini tanımaq nə deməkdir? Bu, Azərbaycana müharibə elan etməkdir, çünki əgər rəsmi olaraq Dağlıq Qarabağın müstəqilliyini tanısaq, hansı danışıqlardan söhbət gedə bilər? Danışıqlara alternativ isə müharibədir”, - o deyib.

Sarkisyan xatırladıb ki, bu ilin may ayında “Naslediye” partiyasının üzvlərindən biri parlamentə Ermənistanın Türkiyədən “Qərb Ermənistanının” ərazisini tələb etməli olduğu qanun layihəsini çıxarıb.

“Bu nə deməkdir? Bu, daha bir müharibəni Türkiyəyə elan etmək deməkdir. Eyni şey baş verəcək və mən heç nə edə bilməyəcəm. Və yaxud da mən Aram Abramyan ilə son telefon söhbətində edilən təklifi rəhbər tutmalıyam.

Yəni hüquq-mühafizə orqanları vasitəsilə baş nazirə və ya Hökumətə təzyiq göstərmək. Amma bu, yolverilməzdir. Axırda nə alınır? Müdafiənin imkanlarını məhdudlaşdıraq, vəsaiti azaldaq, Azərbaycan və Türkiyəyə müharibə elan edək, və bu zaman məsuliyyət kimin üzərindədir?

Belə çıxır ki, Raffi Ovanisyan Azərbaycana müharibə elan edəcək, təhlükəsizliyi isə Serj Sarkisyan təmin etməlidir? Bu, məntiqlidir? Axı bu məntiqli deyil. Ali baş komandanın funksiyası öz iqamətgahında oturub və ya Müdafiə Nazirliyinə gedib xəritəni açaraq: “birinci ordu korpusu sağdan, ikinci ordu korpusu isə soldan hücum etməlidir” deməkdən ibarət deyil.

Bunun üçün hərbçilər var, mütəxəssislər var, baş qərargah var və bu, baş qərargahın işidir. Respublika prezidentinin - yəni ali baş komandanın işi isə hərbi-siyasi məsələnin həlli məqsədi ilə ölkənin bütün resurslarını cəlb etmək, respublikaya təhlükə yaradan amili aradan qaldırmaqdır. Əgər Ali baş komandan yalnız koordinasiya edirsə, o zaman o bunu necə təşkil edə bilər?”, - Sarkisyan deyib.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO